https://sputnik.az/20220201/azerbaycan-millisinin-toplanisi-kutlevi-xesteliye-gore-legv-olunub-438735660.html
Azərbaycan millisinin toplanışı kütləvi xəstəliyə görə ləğv olunub
Azərbaycan millisinin toplanışı kütləvi xəstəliyə görə ləğv olunub
Sputnik Azərbaycan
Federasiya rəsmisi bildirib ki, futzalçılar test vermədikləri üçün onların koronavirusa yoluxub-yoluxmadıqları bəlli deyil. 01.02.2022, Sputnik Azərbaycan
2022-02-01T21:47+0400
2022-02-01T21:47+0400
2022-02-01T21:47+0400
azərbaycan
idman
futzal
https://cdnn1.img.sputnik.az/img/41669/35/416693544_0:0:1921:1080_1920x0_80_0_0_77659e93a59e1883b84bca26d04eb452.jpg
BAKI, 1 fevral — Sputnik. 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin bu gün başlamalı olan təlim-məşq toplanışı ləğv edilib.Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Futzal Federasiyasının Mətbuat katibi Mahal Məmmədovun "Report"a verdiyi məlumata görə, buna əksər oyunçuların səhhətlərində problem aşkarlanması səbəb olub.Federasiya rəsmisi bildirib ki, futzalçılar test vermədikləri üçün onların koronavirusa yoluxub-yoluxmadıqları bəlli deyil: "Amma aralarında qızdırması olan, soyuqlayan, halsızlıq hiss edənlər var. Toplanış olsaydı, AFFA-da test verəcəkdilər. Hazırlıq prosesi baş tutmadığından, onlardan analiz götürülməyib".Qeyd edək ki, U-19 gələn ay Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayacaq. 7-ci qrupda yer alan Ağatahir Əzimovun başçılıq etdiyi kollektiv martın 16-da Belarus, martın 17-də Xorvatiya və martın 19-da Latviya ilə qarşılaşacaq. Bu qrupun oyunları Xorvatiyada təşkil olunacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41669/35/416693544_0:0:1707:1280_1920x0_80_0_0_8887ee074c3a778269eec4bbed14445b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, futzal
Azərbaycan millisinin toplanışı kütləvi xəstəliyə görə ləğv olunub
Federasiya rəsmisi bildirib ki, futzalçılar test vermədikləri üçün onların koronavirusa yoluxub-yoluxmadıqları bəlli deyil.
BAKI, 1 fevral — Sputnik. 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin bu gün başlamalı olan təlim-məşq toplanışı ləğv edilib.
Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Futzal Federasiyasının Mətbuat katibi Mahal Məmmədovun "Report"a verdiyi məlumata görə, buna əksər oyunçuların səhhətlərində problem aşkarlanması səbəb olub.
Federasiya rəsmisi bildirib ki, futzalçılar test vermədikləri üçün onların koronavirusa yoluxub-yoluxmadıqları bəlli deyil: "Amma aralarında qızdırması olan, soyuqlayan, halsızlıq hiss edənlər var. Toplanış olsaydı, AFFA-da test verəcəkdilər. Hazırlıq prosesi baş tutmadığından, onlardan analiz götürülməyib".
Qeyd edək ki, U-19 gələn ay Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayacaq. 7-ci qrupda yer alan Ağatahir Əzimovun başçılıq etdiyi kollektiv martın 16-da Belarus, martın 17-də Xorvatiya və martın 19-da Latviya ilə qarşılaşacaq. Bu qrupun oyunları Xorvatiyada təşkil olunacaq.