Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Aİ-92 benzini idxal rüsumundan azad edilib - Qiymətə təsiri-VİDEO

© pixabay / 422737benzin
benzin - Sputnik Azərbaycan, 1920, 01.02.2022
Abunə olmaq
Azərbaycana idxal edilən Aİ-92 oktan ədədi ilə avtomobil benzini gömrük rüsumundan azad edilib. Bu güzəştlər benzinin qiymətinə təsir edəcəkmi? İqtisadçılar məsələni Sputnik Azərbaycan-a şərh ediblər
BAKI, 01 fevral — Sputnik. Nazirlər Kabineti Azərbaycana idxal edilən Aİ-92 avtomobil benzinini gömrük rüsumundan azad edib. Bu benzin növünün hər min litri üçün gömrük rüsumu 15 faizdən sıfır faizə, aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib. Bu güzəştlər fevralın 1-dən tətbiq olunacaq və bu ilin iyunun 1-dək qüvvədə qalacaq.
Bəs, Aİ-92 benzinin gömrük rüsumundan azad edilməsi onun qiymətinə təsir edəcəkmi?
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, bu addım Aİ-92 benzinin qiymətinə ciddi təsir etməyəcək:
© Photo : N.Cəfərlinin şəxsi arxiviNatiq Cəfərli, iqtisadçı-ekspert
Natiq Cəfərli, iqtisadçı-ekspert - Sputnik Azərbaycan, 1920, 01.02.2022
Natiq Cəfərli, iqtisadçı-ekspert
"Çünki Aİ-92 benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir. Lakin Aİ-95 markalı benzin isə bazar qiymətləri ilə tənzimlənir. Ona görə də Tarif Şurasının qərarı olmadan bu güzəştlərin birbaşa qiymətə təsiri mümkün deyil. Sadəcə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təmir işləri aparılacaq və Aİ-92 benzinin istehsalı kəskin azalacaq. Dünyada neftin qiymətlərinin bahalaşması ilə bağlı xaricdən alınan Aİ-92 benzinin qiyməti yüksəlir. Bu güzəştlərin tətbiqi qiymətlərin artmamasına görədir. Yəni öz istehsalımız başlayana qədər qiymət artmasın deyə belə bir addım atıldı".
"Bu güzəştlər Aİ-95 markalı benzinin idxalına aid deyil. Söhbət Aİ-92, Aİ-93 markalı benzin növlərindən gedir", - deyə iqtisadçı əlavə edib.
Aİ-92 benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir
Millət vəkili Vüqar Bayramov da bildirib ki, Aİ-92 markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimləndiyi üçün bu qiymətə bazarın təsir imkanları məhduddur: "Güzəştlərin çox qısa müddəti, yalnız 4 ayı əhatə etməsi yerli benzin istehsalı həyata keçirən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təmir-yenidənqurma işlərinin aparılması ilə bağlıdır. Belə ki, yerli istehsalın azalmasının təklifə təsir etməməsi üçün növbəti 4 ayda idxalda güzəştlər tətbiq ediləcək. Bu zaman istehlakçılara yalnız yerli deyil, eyni zamanda oxşar markalı idxal benzini də təklif ediləcək".
© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan, 1920, 01.02.2022
Vüqar Bayramov
Güzəştin təsirlərini qiymətləndirmək üçün xərc müşahidələrinə ehtiyac var
"Digər tərəfdən, güzəştin təsirlərini qiymətləndirmək üçün xərc müşahidələrinə ehtiyac var. İdxal edilən benzinin xərcinin aşağı salınması üçün həm güzəşt dairəsinin genişləndirilməsi, həm də güzəşt müddətinin ən azı 1 illik dövrü əhatə etməsi məqsədə uyğundur", - deyə deputat əlavə edib.
Neft Emalı Zavodunda təmir işləri aparılacaq
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan dövri təmir işləri ilə əlaqədar ölkəmizdə benzini istehsal edən qurğular işləmədiyindən bu yanacağın idxalına müəyyən miqdarda ehtiyac yarana bilər. Buna görə də hökumət benzinin idxalı üçün daha əlverişli imkanlar yaradır.
Zavod Avro-5 standartına cavab verən dizelin istehsalına başlayacaq
O bildirib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda mütəmadi olaraq təmir və sazlanma işləri aparılır:
"İldə bir dəfə olmaqla zavodda bir çox qurğuların fəaliyyəti müvəqqəti dayandırılır. Dövri təmir işləri adətən bir ay və daha çox davam edə bilər. Ötən il dövri təmir işləri bəzi optimallaşdırma işlərinə görə aparılmayıb. Bu il isə zavod artıq Avro-5 standartlarına cavab verən dizel yanacağının istehsalına başlamağa hazırlaşır. Bu baş verməmişdən əvvəl müvafiq qurğuların işə salınması üçün zavodun işi dayandırılmalıdır. Dövri təmir və sazlama işləri də aparılmalıdır. İlin birinci yarısında bu işlər həyata keçiriləcək".
© Sputnik / Irade JELILBenzin qiymətləri
Benzin qiymətləri - Sputnik Azərbaycan, 1920, 01.02.2022
Benzin qiymətləri
İ.Əhmədov vurğulayıb ki, zavodda istehsal edilən benzin yanacağı qabaqcadan tədarük edilsə də, qabaqcadan tədarük edilən yanacaq dövri təmir müddətində ölkənin benzinə olan tələbatına tam yetməyə də bilər. Buna görə də SOCAR üçün dövlət idxal imkanı da yaradır, Aİ-92 gömrük rüsumundan müvəqqəti azad edilir və aksiz dərəcəsi azaldılır.
Zavodda təmir işləri zamanı dizelin idxalına adətən ehtiyac yaranmır
"Zavodda təmir işləri aparılmasına baxmayaraq, dizelin idxalına adətən ehtiyac yaranmır. Ona görə ki, bizim dizel istehsal edən başqa bir qurğumuz da var. Həmin müddətdə alternativ qurğu işləyir. O da ölkənin dizelə olan tələbatını təmin edə bilir", - deyə SOCAR rəsmisi əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Azərbaycanın ixrac icmalı - CƏDVƏL
Şimal bölgəsinin bazarlarında fındığın qiyməti ucuzlaşıb - SƏBƏBLƏR
Zəmanət verildi: Azərbaycan fındığı Avropadan milyonlar gətirəcək
Fermerə dəyən ziyan belə ödənilir-VİDEO
Xəbər lenti
0