https://sputnik.az/20220125/simal-bolgesinin-bazarlarinda-findigin-qiymeti-ucuzlasib---sebebler-438476105.html
Şimal bölgəsinin bazarlarında fındığın qiyməti ucuzlaşıb - SƏBƏBLƏR
Şimal bölgəsinin bazarlarında fındığın qiyməti ucuzlaşıb - SƏBƏBLƏR
Sputnik Azərbaycan
Xaçmazın fındıq bağlarından ötən il 7 min 268 ton fındıq istehsal edilib. Fındıq istehsalı rayonun kənd əhalisinin əsas qazanc mənbələrindəndir.
2022-01-25T18:29+0400
2022-01-25T18:29+0400
2022-01-25T18:43+0400
fındıq
iqtisadiyyat
qiymət
bazar
azalma
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42251/08/422510834_0:161:3071:1888_1920x0_80_0_0_fcee793471e259a0bdf7d1c0871cb9d4.jpg
BAKI, 25 yanvar — Sputnik. Şimal bölgəsinin bazarlarında fındığın qiyməti 30 faizədək ucuzlaşıb. Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir ki, hazırda fındıq son illər ərzində ən aşağı qiymətə satılır.Təsərrüfatçılar istehsal etdikləri fındığı qəbul məntəqələrinə maksimum 3 manat 80 qəpiyə sata bilirlər. Halbuki ötən il qiymət 5-6 manat civarında idi.Fındıqçılıq Xaçmaz rayonunda kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək olan sahələrindən biri sayılır. Rayondakı 10 min hektara yaxın fındıq bağının 5 min 271 hektarından məhsul toplanılır.Xaçmazın fındıq bağlarından ötən il 7 min 268 ton fındıq istehsal edilib. Fındıq istehsalı rayonun kənd əhalisinin əsas qazanc mənbələrindəndir.Bu mövsüm fındığın məhsuldarlığı torpaq mülkiyyətçilərini ürəyincə olsa da, satış qiyməti onları qane etmir. Bir çox təsərrüfatçılar toplanan məhsulu adətən anbarlarda saxlayıb qiymət bahalaşandan sonra, yəni dekabr-mart aylarında satırlar. Bu il isə qiymətlər gözlənilənin əksinə daha da ucuzlaşıb.Fındıq qəbulu məntəqələrində qiymətin ucuzlaşmasını məhsulun xarici bazardakı qiyməti ilə əlaqələndirirlər.Xaçmaz rayonunda 10-a yaxın fındıq emalı müəssisəsi və qəbul məntəqələri fəaliyyət göstərir.Bura şimal bölgəsi ilə yanaşı, respublikamızın digər regionlarından da məhsul gətirilərək təhvil verilir. Rayonda istehsal olunan fındıq yerli bazarlarla yanaşı, Rusiya, Türkiyə və digər xarici ölkələrə ixrac olunur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Zəmanət verildi: Azərbaycan fındığı Avropadan milyonlar gətirəcəkFermerə dəyən ziyan belə ödənilir-VİDEOAvropa İttifaqından Azərbaycan fındığı ilə bağlı mühüm qərar
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42251/08/422510834_170:0:2901:2048_1920x0_80_0_0_17b297bc631c44eb1a3cd4ad553ef04a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şimal bölgəsinin bazarlarında fındığın qiyməti ucuzlaşıb - səbəblər
şimal bölgəsinin bazarlarında fındığın qiyməti ucuzlaşıb - səbəblər
Şimal bölgəsinin bazarlarında fındığın qiyməti ucuzlaşıb - SƏBƏBLƏR
18:29 25.01.2022 (Yenilənib: 18:43 25.01.2022) Bir çox təsərrüfatçılar toplanan məhsulu adətən anbarlarda saxlayıb qiymət bahalaşandan sonra, yəni dekabr-mart aylarında satırlar. Bu il isə qiymətlər gözlənilənin əksinə daha da ucuzlaşıb.
BAKI, 25 yanvar — Sputnik. Şimal bölgəsinin bazarlarında fındığın qiyməti 30 faizədək ucuzlaşıb.
Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir ki, hazırda fındıq son illər ərzində ən aşağı qiymətə satılır.
Təsərrüfatçılar istehsal etdikləri fındığı qəbul məntəqələrinə maksimum 3 manat 80 qəpiyə sata bilirlər. Halbuki ötən il qiymət 5-6 manat civarında idi.
Fındıqçılıq Xaçmaz rayonunda kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək olan sahələrindən biri sayılır. Rayondakı 10 min hektara yaxın fındıq bağının 5 min 271 hektarından məhsul toplanılır.
Xaçmazın fındıq bağlarından ötən il 7 min 268 ton fındıq istehsal edilib. Fındıq istehsalı rayonun kənd əhalisinin əsas qazanc mənbələrindəndir.
Bu mövsüm fındığın məhsuldarlığı torpaq mülkiyyətçilərini ürəyincə olsa da, satış qiyməti onları qane etmir. Bir çox təsərrüfatçılar toplanan məhsulu adətən anbarlarda saxlayıb qiymət bahalaşandan sonra, yəni dekabr-mart aylarında satırlar. Bu il isə qiymətlər gözlənilənin əksinə daha da ucuzlaşıb.
Fındıq qəbulu məntəqələrində qiymətin ucuzlaşmasını məhsulun xarici bazardakı qiyməti ilə əlaqələndirirlər.
Xaçmaz rayonunda 10-a yaxın fındıq emalı müəssisəsi və qəbul məntəqələri fəaliyyət göstərir.
Bura şimal bölgəsi ilə yanaşı, respublikamızın digər regionlarından da məhsul gətirilərək təhvil verilir. Rayonda istehsal olunan fındıq yerli bazarlarla yanaşı, Rusiya, Türkiyə və digər xarici ölkələrə ixrac olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.