Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Rusiya ilə müharibə Boris Consonun nəyinə lazımdır?

© AP Photo / Matt DunhamBoris Conson
Boris Conson - Sputnik Azərbaycan, 1920, 31.01.2022
Abunə olmaq
Böyük Britaniya baş nazirinin Rusiya ətrafında ehtirasları qızışdırmaqla öz xalqının qəzəbindən yayına bilib-bilməyəcəyi məlum deyil.
BAKI, 31 yanvar — Sputnik, Aleksandr Xabarov. Böyük Britaniya baş nazirinin işləri heç vaxt olmadığı qədər fırıqdır və onu yalnız müharibə, hələlik təxəyyül məhsulu olan müharibə xilas edə bilər. Boris Conson öz ölkəsinin bir o qədər də ürəkaçan olmayan işlərini bir kənara atıb bu həftəni Rusiyaya həsr etmək niyyətindədir.
O, Vladimir Putinə zəng vurmağa hazırlaşır, Londonun qərarı ilə Rusiyaya qarşı tətbiq oluna biləcək Estoniyadakı Böyük Britaniya hərbi kontingentini iki dəfə artırmaq niyyətindədir. Bu qorxunc tədbirləri səsləndirməyi isə xarici işlər naziri Elizabet Trassa həvalə edib. Belə görünür ki, Böyük Britaniya diplomatasiyanın rəhbəri Rusiya sərhədləri yaxınlığında üstünə çıxıb şəkil çəkdirdiyi tankdan yerə düşmək istəmir. "Sky News" telekanalının efirində tapança kimi açılaraq "Kremlin marağını təmsil edən istənilən şirkətə qarşı" amansız olacaqlarını bəyan etdi. Aparıcının Böyük Britaniya hakimiyyətinin varlı rusların Londondakı evlərini əllərindən alıb-almayacaqları barədə (bu artıq neçə illərdir ki, İngiltərədə sevimli mövzulardan birdir) sualına Liz Trassa ikibaşlı cavab verdi:
"İstisna edilmir. Amma biz indi sanksiyaların kimə və necə təsir edəcəyi barədə detallı danışmaq istəmirik".
Söhbətin axarı ölkədaxili gündəmə tərəf dönəndə isə qəzəbli nazir bir az yumşaldı: Avropa İttifaqı ilə münasibətlərdə problemə çevrilən Şimali İrlandiyanın taleyi haqqında qeyri-müəyyən şeylər söylədi. Söhbət baş nazirin ətrafındakı vəziyyətdən düşəndə isə bir az da əzilib-büzüldü və ikiüzlü şəkildə bildirdi ki, indi onun fikri-zikri Rusiya ilə Ukraynanın yanındadır. Sanki Britaniya baş nazirinin taleyi onu zərrə qədər də maraqlandırmır.
Conson indi özünü xilas etmək üçün ümidsiz cəhdlər edir. Onun iqamətgahında əyləncə məclisi qurulması ilə bağlı qalmaqal o həddə gəlib ki, baş nazirin dadına London polisi çatıb.
Keçən həftə Conson, "kimin kiminlə oturduğunu, nə içdiyini və harada dayandığını" araşdıran və birbaşa onun tabeliyində olan Syu Qreyin hesabatını dərc edəcəyinə söz vermişdi. Hər şey Skotlend-Yard-ın qəfil vəziyyəti ələ almasından sonra dəyişdi. Baş polis məmuru Kressida Dik bildirdi ki, onun tabeliyində olanlar hətta baş nazirin özünü də dindirəcəklər və o, bununla razılaşdı, çünki komissarın növbəti tələbi Consonun vəd etdiyi hesabatın təfərrüatlarının istintaq davam etdiyi müddətdə açıqlanmaması idi. Aydındır ki, polis araşdırması aylarla uzanacaq və indi baş nazirə vaxt qazanmaq həmişəkindən daha çox lazımdır. Seçicilər artıq qaz və elektrik enerjisinin qiymətlərinin sürətlə bahalaşması ilə üzləşiblər və aprel ayından etibarən onlar vergi artımı ilə də qarşı-qarşıya qalacaqlar. May ayında isə Böyük Britaniyada yerli idarəetmə orqanlarına seçki keçiriləcək və onun nəticəsi baş nazirin gələcək taleyini müəyyənləşdirəcək. Conson isə bütün bunlarla məşğul olmaq əvəzinə, Rusiya-Ukrayna mövzusuna baş qoşur: o, qitəyə qoşun göndərməyə hazırdır, hətta özü də Şərqi Avropaya getməyi planlaşdırır.
Hər tərəfdən ona ruhlandırıcı məsləhətlər verirlər. "Bu dəfə Putin başa düşməlidir ki, əgər NATO-nun müttəfiqlərindən və ya Avropa İttifaqının neytral üzvlərindən bircəciyinə belə toxunsa, biz vuruşacağıq və buna hazırlaşmalıyıq", – deyə sabiq baş nazir Toni Bleyr aparatının keçmiş rəhbəri Conatan Pauell "The Times"-da yazır.
Halbuki İngiltərəni İraqa qarşı kampaniyaya cəlb etmək üçün necə dəridən-qabıqdan çıxdığını yada salmamaq üçün hamıdan çox onun susması lazım idi.
Metodlar heç dəyişməyib – uydurulmuş kəşfiyyat hesabatları, mətbuatda genişmiqyaslı kampaniya. Son həftələrdə Ukrayna ətrafında ehtirasları alovlandıran britaniyalı jurnalistlərin ideyaları və foto bankı açıq-aşkar tükənib:
"The Times" eyni əlisilahlı kiyevli qadının şəklini müxtəlif soyadlarla dəfələrlə dərc edir. Nə fərqi var? Əsas odur ki, foto-aparatın qarşısında dayanıb və söz verir ki, rusları ölkəsinə buraxmayacaq.
Bu gün ciddi seçici problemləri olan yerlərdə anti-Rusiya isterikası daha çox özünü göstərir. Conson və Bayden reytinqlərlə bağlı problem yaşayır, Makronun da apreldə seçkisi var. Hər kəs özünü toplamalıdır. Müttəfiqlərin kollektiv səyləri onların gücünə şübhə ilə yanaşan almanları sarsıtmağa yönəlib. Ukraynaya silah verməkdən biabırçı şəkildə imtina edən Almaniyanın yeni hökuməti, hər bir halda, bu ölkəyə dəbilqələr göndərdi.
Təbii ki, Almaniyadan dəbilqə yox, "Şimal axını-2"-dən imtina etməsini gözləyirdilər. Bu tələblə ilk növbədə almanların pulunun hesabına öz problemlərini həll etməyə bel bağlayan Böyük Britaniya və ABŞ çıxış edir.
Britaniya baş nazirinin Rusiya ətrafında ehtirasları qızışdırmaqla öz xalqının qəzəbindən yayına bilib-bilməyəcəyi məlum deyil. Amma bu, heç də yeni üsul sayılmaz. Eyni metoddan Skripallar və sərt sanksiyalar rejimi mövzusunda onun sələfi Tereza Mey də yararlanıb.
Həmin vaxt Rus kapitalı ilə mübarizə gülünc bir şəkildə Roman Abramoviçə viza verilməməsi ilə başa çatmışdı. "Çelsi"nin sahibi üçün bu, ağcaqanad sancması kimi bir şey idi, amma nəticədə xanım Mey özü hönkür-hönkür ağladı və baş nazir iqamətgahını tərk etdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Conson diplomatları Moskvaya göndərir
Lavrov Rusiyanın NATO və ABŞ-dan tələblərini açıqladı
Rusiya müharibə istəmir - Patruşev
Rusiya-Ukrayna görüşü Bakıda keçirilə bilər
Xəbər lenti
0