https://sputnik.az/20220131/azerbaycanli-alime-avstraliyada-yuksek-vezife-verilib-438703775.html
Azərbaycanlı alimə Avstraliyada yüksək vəzifə verilib
Azərbaycanlı alimə Avstraliyada yüksək vəzifə verilib
Sputnik Azərbaycan
1960-cı il yanvarın 7-də Biləsuvar rayonunda anadan olan alim Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tətbiqi riyaziyyat fakültəsinin məzunudur.
2022-01-31T22:44+0400
2022-01-31T22:44+0400
2022-01-31T22:44+0400
alim
cəmiyyət
avstraliya
riyaziyyat
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1f/438703747_0:0:1000:563_1920x0_80_0_0_8dace62279bc42e1e3c7805ee0a39045.jpg
BAKI, 31 yanvar — Sputnik. Azərbaycanlı alim Adil Bağırov Avstraliya Tədqiqatlar Şurasının (ARC) ekspertlər kollegiyasının üzvü təyin edilib.Sputnik Azərbaycan-ın Report-a istinadən xəbərinə görə, bu barədə ARC ekspertlər qrupunun 2022-ci il üçün açıqlanan tərkibinə dair məlumatda bildirilib.ARC Avstraliya Birliyinin təşkilatı hesab olunur. Bu qurum tədqiqat məsələləri üzrə Avstraliya hökumətinə məsləhətlər verir, Müsabiqə Qrantları Milli Proqramını (NCGP) idarə edir və tədqiqatlar sahəsində nailiyyətlərin əldə olunması üçün cavabdehlik daşıyır.Qeyd edək ki, 1960-cı il yanvarın 7-də Biləsuvar rayonunda anadan olan alim Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tətbiqi riyaziyyat fakültəsinin məzunudur.Avstraliyada yaşayana qədər Azərbaycan Milli Elmlər Akademiyası Təbii Sərvətlərin Kosmik Tədqiqatları İnstitutunda, Bakı Dövlət Universitetində, Moskvanın Dubna vilayətindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda çalışıb.Hazırda Avstraliyanın Ballarat şəhərində yaşayan professor A.Bağırov 1999-cu ildən Avstraliya Federasiya Universitetində (keçmiş Ballarat Universiteti) çalışır.Optimallaşdırma, qeyri-hamar analiz və digər müvafiq sahələr üzrə araşdırmalar aparır. Çoxlu sayda elmi əsərlərin və məqalələrin müəllifi, 7 beynəlxalq jurnalın redaksiya heyətinin üzvüdür.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Aziz Sancarın tələbəsi: Özümü hələ yolun başlanğıcında hiss edirəmElm adamlarına imkanlar yaradılmalıdır - Nobel mükafatı laureatıDünya alimləri Azərbaycanda
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1f/438703747_73:0:905:624_1920x0_80_0_0_1e007d2ff9949ab245972700ccd4f77a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycanlı alimə avstraliyada yüksək vəzifə verilib
azərbaycanlı alimə avstraliyada yüksək vəzifə verilib
Azərbaycanlı alimə Avstraliyada yüksək vəzifə verilib
Hazırda Avstraliyanın Ballarat şəhərində yaşayan professor optimallaşdırma, qeyri-hamar analiz və digər müvafiq sahələr üzrə araşdırmalar aparır.
BAKI, 31 yanvar — Sputnik. Azərbaycanlı alim Adil Bağırov Avstraliya Tədqiqatlar Şurasının (ARC) ekspertlər kollegiyasının üzvü təyin edilib.
Sputnik Azərbaycan-ın Report-a istinadən xəbərinə görə, bu barədə ARC ekspertlər qrupunun 2022-ci il üçün açıqlanan tərkibinə dair məlumatda bildirilib.
ARC Avstraliya Birliyinin təşkilatı hesab olunur. Bu qurum tədqiqat məsələləri üzrə Avstraliya hökumətinə məsləhətlər verir, Müsabiqə Qrantları Milli Proqramını (NCGP) idarə edir və tədqiqatlar sahəsində nailiyyətlərin əldə olunması üçün cavabdehlik daşıyır.
Qeyd edək ki, 1960-cı il yanvarın 7-də Biləsuvar rayonunda anadan olan alim Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tətbiqi riyaziyyat fakültəsinin məzunudur.
Avstraliyada yaşayana qədər Azərbaycan Milli Elmlər Akademiyası Təbii Sərvətlərin Kosmik Tədqiqatları İnstitutunda, Bakı Dövlət Universitetində, Moskvanın Dubna vilayətindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda çalışıb.
Hazırda Avstraliyanın Ballarat şəhərində yaşayan professor A.Bağırov 1999-cu ildən Avstraliya Federasiya Universitetində (keçmiş Ballarat Universiteti) çalışır.
Optimallaşdırma, qeyri-hamar analiz və digər müvafiq sahələr üzrə araşdırmalar aparır. Çoxlu sayda elmi əsərlərin və məqalələrin müəllifi, 7 beynəlxalq jurnalın redaksiya heyətinin üzvüdür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.