Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Manatın məzənnəsi, inflyasiya necə olacaq - İcmal

© Sputnik / Murad OrujovAzərbaycan manatı, arxiv şəkli
Azərbaycan manatı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.01.2022
Abunə olmaq
Mərkəzi Bankın uçot dərəcəsini artırması, manatın məzənnəsi, Azərbaycan neftinin qiymətinin rekord vurması Sputnik Azərbaycan-ın materialında
BAKI, 28 yanvar — Sputnik. Bu həftə Azərbaycanda baş verən mühüm iqtisadi hadisələrin qısa icmalını təqdim edirik.
Mərkəzi Bank uçot dərəcəsini artırıb
Mərkəzi Bankın (MB) İdarə Heyəti faiz dəhlizi parametrlərinin yüksəldilməsi haqqında qərar qəbul edib. Bununla bağlı MB-nin sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransı keçirib.
Uçot dərəcəsi 7,25 faizdən 7,5 faizə, faiz dəhlizinin yuxarı həddi isə 8,25 faizdən 9 faizə yüksəldilib. Dəhlizin aşağı həddi 6 faizdə saxlanılıb.
Mərkəzi Bank inflyasiya ilə bağlı proqnozunu açıqlayıb
Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib ki, bu il inflyasiya hədəf diapazonunun yuxarı həddində olacaq. Onun sözlərinə görə, 2023-cü ildə inflyasiya hədəf diapazonunun mərkəzinə qayıdacaq.
Qeyd edək ki, ötən il Azərbaycanda ortaillik inflyasiya 6,7% təşkil edib. Təkcə dekabr ayında isə illik inflyasiya 12% olub.
Elman Rüstəmovdan manatın məzənnəsi ilə bağlı açıqlama
O bildirib ki, cari ildə də manatın məzənnəsi sabit olacaq və dayanıqlılığı qorunub saxlanılacaq. Bank bu istiqamətdə qoruyucu yox, neytral siyasət tətbiq edib və manatı devalvasiyadan yox, revalvasiyadan qoruyub.
"Azərbaycanda valyuta satışlarında azalma müşahidə olunur, düşünürəm ki, əhalimizin milli valyutaya inamı artıb", - deyə o diqqətə çatdırıb.
Azərbaycan nefti 94 dollara yaxınlaşıb
"Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,68 ABŞ dolları və ya 2,94% artaraq 93,84 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti yanvarın 28-də (93,17) qeydə alınıb. Ötən il Azərbaycan neftinin ən yüksək göstərici 88,19 dollar, ən minimal göstərici isə 50,92 dollar olub.
Kəlbəcərə dəmiryolu xətti çəkilə bilər
Kəlbəcərə dəmiryolu xətti üzrə konseptual layihələr hazırlanıb, hazırda texniki-iqtisadi əsaslandırma işləri aparılır. Bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aida Bədəlova deyib.
O bildirib ki, Bərdə-Ağdam dəmiryolu xəttinin birinci hissəsi üzrə işlər başlanıb, ikinci hissəsinin layihələndirilməsi işləri aparılır. Həmçinin Füzuli-Şuşa və Horadiz-Ağbənd dəmiryolu xətləri də layihələndirilir: "Qarabağda 13 avtomobil yolundan 9-u üzrə işə başlanılıb".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Azərbaycana gətirilən benzinlərin gömrük rüsumu sıfırlanır
Uçot dərəcəsi qaldırıldı - Manata və inflyasiyaya təsiri necə olacaq?
Dollar bahalaşacaqmı? - Deputatdan məzənnə ilə bağlı açıqlama
İnfluenza uşaqlar üçün bu dərmanların tapılmamasına səbəb oldu
Xəbər lenti
0