https://sputnik.az/20220129/rafael-agayev-yeni-idman-novunde-ikinci-qelebesini-qazandi---foto-438640427.html
Rafael Ağayev yeni idman növündə ikinci qələbəsini qazandı - VİDEO - FOTO
Rafael Ağayev yeni idman növündə ikinci qələbəsini qazandı - VİDEO - FOTO
Sputnik Azərbaycan
Rafael Ağayev ilk dəfə 2018-ci ildə "Karate Combat" turnirində çıxış edib. 29.01.2022, Sputnik Azərbaycan
2022-01-29T11:55+0400
2022-01-29T11:55+0400
2022-01-29T12:03+0400
idman
qələbə
karate
rafael ağayev
https://cdnn1.img.sputnik.az/img/42166/26/421662620_0:0:1000:563_1920x0_80_0_0_8224120ce7a8c2f9b538b89ee45f4c98.jpg
BAKI, 29 yanvar - Sputnik. Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev peşəkarların mübarizə apardığı “Karate Combat”da ikinci döyüşünü keçirib.Sputnik Azərbaycan Report-a istinadən bildirir ki, titullu idmançı Macarıstan təmsilçisi Jolt Habda ilə qarşılaşıb. Görüş Ağayevin qələbəsi ilə başa çatıb.Qeyd edək ki, Rafael Ağayev ilk dəfə 2018-ci ildə "Karate Combat" turnirində çıxış edib. O, həmin vaxt Dominikan karateçisi Dionisio Qustavo ilə döyüşüb və qalib gəlib.Rafael Ağayevin yeni idman növünə keçəcəyi haqda ötən il dekabrın sonunda xəbərlər yayılmışdı. Xatırladaq ki, bir müddət əvvəl beşqat dünya çempionu karyerasını bitirmək fikrində olduğunu yazmışdı. Görünür, həmin vaxt söhbət ənənəvi karate ilə sağollaşıb, daha çox qonorar verilən kombat karateyə keçməkdən gedirmiş. Rafael bu məqsədlə aktiv şəkildə boks fəndlərini təkmilləşdirməyə başlamışdı.Eləcə də oxuyun:* Rafael Ağayev başqa idman növünə keçir
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42166/26/421662620_0:0:1000:751_1920x0_80_0_0_0cdf68b814aa4d6db22716052b305b0d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rafael ağayev karate kombatda yeni qələbəsini qazandı video foto
rafael ağayev karate kombatda yeni qələbəsini qazandı video foto
Rafael Ağayev yeni idman növündə ikinci qələbəsini qazandı - VİDEO - FOTO
11:55 29.01.2022 (Yenilənib: 12:03 29.01.2022) Rafael Ağayev ilk dəfə 2018-ci ildə "Karate Combat" turnirində çıxış edib.
BAKI, 29 yanvar - Sputnik. Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev peşəkarların mübarizə apardığı “Karate Combat”da ikinci döyüşünü keçirib.
Sputnik Azərbaycan Report-a istinadən bildirir ki, titullu idmançı Macarıstan təmsilçisi Jolt Habda ilə qarşılaşıb. Görüş Ağayevin qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Rafael Ağayev ilk dəfə 2018-ci ildə "Karate Combat" turnirində çıxış edib. O, həmin vaxt Dominikan karateçisi Dionisio Qustavo ilə döyüşüb və qalib gəlib.
Rafael Ağayevin yeni idman növünə keçəcəyi haqda ötən il dekabrın sonunda xəbərlər yayılmışdı. Xatırladaq ki, bir müddət əvvəl beşqat dünya çempionu karyerasını bitirmək fikrində olduğunu yazmışdı. Görünür, həmin vaxt söhbət ənənəvi karate ilə sağollaşıb, daha çox qonorar verilən kombat karateyə keçməkdən gedirmiş. Rafael bu məqsədlə aktiv şəkildə boks fəndlərini təkmilləşdirməyə başlamışdı.