Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Səhər tərifləndi, axşam ələndi: Millimiz Avro-2022-dən ayrıldı

© Photo : Facebook / Azərbaycan Futzal FederasiyasıFutzal üzrə Azərbaycan millisinin oyunçusu
Futzal üzrə Azərbaycan millisinin oyunçusu - Sputnik Azərbaycan, 1920, 29.01.2022
Abunə olmaq
Azərbaycan millisi rəqibinə qalib gəlsə də, turnirdən ələnib.
BAKI, 29 yanvar — Sputnik. Futzal üzrə Azərbaycan milli komandası Niderlandda keçirilən Avropa çempionatının qrup mərhələsində sonuncu oyununa çıxıb.
Sputnik Azərbaycan Report-a istinadən bildirir ki, D qrupunun III turunda Bosniya və Herseqovinanı sınağa çəkən Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 4:2 hesablı qələbə qazanıb.
Yığmanın heyətində qolları 7-ci dəqiqədə Bolinya, 11-ci dəqiqədə Eduardo Borges, 33-cü dəqiqədə Rafael Vilela və 40-cı dəqiqədə Qallo vurublar. Rəqibdən isə 12-ci dəqiqədə Anel Radmiloviç və Nermin Kahvedziç fərqlənib. Joze Alesionun komandasında Felipinyo 30-cu dəqiqədə ikinci sarı vərəqəni görərək meydandan qovulub.
Qalibiyyətə baxmayaraq, Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırıb. Buna qrupun digər matçında Gürcüstanın İspaniyaya məğlubiyyəti (0:8) səbəb olub. Bununla da yığma qrupu 4 xalla 3-cü pillədə başa vurub.
Qeyd edək ki, qrupdakı ilk matçında Gürcüstana 2:3 hesabı ilə uduzan Azərbaycan millisi ikinci görüşdə İspaniya ilə heç-heçə edib - 2:2.
Xatırladaq ki, bugünkü rəqibin baş məşqçisi Azərbaycan millisini keyfiyyətli kollektiv adlandıraraq tərifləmişdi.
--------
16:55
Bosniya və Herseqovina milli komandasının baş məşqçisi İvo Krezo Niderlandda keçirilən Avropa çempionatında Azərbaycan yığması ilə oynayacaqları D qrupunun III tur matçından öncə mətbuat konfransı keçirib.
Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, İvo Krezo Joze Alesio Da Silvanın başçılıq etdiyi komandanın qrupdakı hər iki görüşünü izlədiyini bildirib:
"Azərbaycan millisi keyfiyyətli kollektivdir. Onlar İspaniyaya qarşı sərgilədikləri oyunla əbəs yerə Avropa reytinqinin ilk 10-luğunda olmadıqlarını sübut etdilər. İspanlara qalib gəlsəydilər, bu, tam layiqli qələbə olardı. Rəqib özü haqqında ən yaxşı təəssüratı yaratmaq üçün bizimlə matçda xallar qazanmağa çalışacaq".
Krezonun sözlərinə görə, Azərbaycan millisinin onurğa sütunu braziliyalı oyunçulardır: "Ümid edirəm ki, futzalçılar qarşıdakı oyunla bağlı müvafiq tapşırıqları yerinə yetirə biləcəklər. İnanıram ki, turniri xalsız bitirməmək üçün özümüzdə güc tapacağıq. Axı, bu, Avropa çempionatıdır. Bu, bizə gələcək üçün əlavə stimul verəcək".
Qeyd edək ki, bu gün keçiriləcək Azərbaycan-Bosniya və Herseqovina oyunu Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0