https://sputnik.az/20220129/azerbaycanli-idmanci-dunya-kubokunu-qazandi---vdeo-438657769.html
Azərbaycanlı idmançı Dünya Kubokunu qazandı - VİDEO
Azərbaycanlı idmançı Dünya Kubokunu qazandı - VİDEO
Sputnik Azərbaycan
Azərbaycanın qadın millisinin lideri üçün ən çətin döyüş yarımfinalda olub. 29.01.2022, Sputnik Azərbaycan
2022-01-29T21:11+0400
2022-01-29T21:11+0400
2022-01-29T21:13+0400
idman
qalib
dünya kuboku
video görüntü
https://cdnn1.img.sputnik.az/img/42066/25/420662527_0:0:1000:563_1920x0_80_0_0_4f06ced8bdf8267d9674d4620227c1d5.jpg
BAKI, 29 yanvar - Sputnik. Azərbaycanlı qılıncoynadan Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunun qalibi olub.Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Qılıncoynatma Federasiyasından məlumat verilib. Azərbaycan millisinin lideri reytinqi yüksək olduğunu görə turnirə qrup mərhələsindən deyil, pley-offdan qatılıb.Pley-offun birinci dövrəsində Başta Anastasiya Şorokovaya (Rusiya, 15:9), Yulika Funkenə (Almaniya, 15:11), En-Elizabet Stouna (ABŞ, 15:9), Misaki Emuraya (Yaponiya, 15:11) qalib gəlib.Yarımfinalda Azərbaycan təmsilçisi italyan Rossela Qreqorionu 15:13, finalda isə fransız Manon Brunetini 15:10 hesabı ilə məğlub edib.Qeyd edək ki, Anna Başta üçün bu, 2022-ci ildə beynəlxalq turnirdə ilk qələbədir. Ötən il isə o, Tokio Yay Olimpiya Oyunlarının mükafatçıları sırasına düşə bilməmişdi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42066/25/420662527_0:0:1000:751_1920x0_80_0_0_5733898ccf64d74705b0a2501db31b7b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
azərbaycan millisinin lideri başta dünya kubokunu qazandı - video
azərbaycan millisinin lideri başta dünya kubokunu qazandı - video
Azərbaycanlı idmançı Dünya Kubokunu qazandı - VİDEO
21:11 29.01.2022 (Yenilənib: 21:13 29.01.2022) Azərbaycanın qadın millisinin lideri üçün ən çətin döyüş yarımfinalda olub.
BAKI, 29 yanvar - Sputnik. Azərbaycanlı qılıncoynadan Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunun qalibi olub.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Qılıncoynatma Federasiyasından məlumat verilib.
Azərbaycan millisinin lideri reytinqi yüksək olduğunu görə turnirə qrup mərhələsindən deyil, pley-offdan qatılıb.
Pley-offun birinci dövrəsində Başta Anastasiya Şorokovaya (Rusiya, 15:9), Yulika Funkenə (Almaniya, 15:11), En-Elizabet Stouna (ABŞ, 15:9), Misaki Emuraya (Yaponiya, 15:11) qalib gəlib.
Yarımfinalda Azərbaycan təmsilçisi italyan Rossela Qreqorionu 15:13, finalda isə fransız Manon Brunetini 15:10 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Anna Başta üçün bu, 2022-ci ildə beynəlxalq turnirdə ilk qələbədir. Ötən il isə o, Tokio Yay Olimpiya Oyunlarının mükafatçıları sırasına düşə bilməmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.