Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan taekvondo üzrə dünya çempionatını keçirə bilməyəcək

© Photo : AZƏRTACTaekvondo yarışları, arxiv şəkli
Taekvondo yarışları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.01.2022
Abunə olmaq
Meksika ilə yanaşı, daha 2 ölkə yarışı qəbul etmək üçün namizədliyini irəli sürüb. Bunlardan biri Azərbaycan, digər isə Livan olub.
BAKI, 29 yanvar — Sputnik. Taekvondo üzrə növbəti dünya çempionatının keçiriləcəyi ölkə müəyyənləşib.
Sputnik Azərbaycan Dünya Taekvondo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarış bu il Meksikanın Kankun şəhərində təşkil olunacaq. Sözügedən ölkə tarixində ikinci dəfə mundiala ev sahibliyi edəcək. Burada ilk dünya çempionatı 2013-cü ildə baş tutub.
Meksika ilə yanaşı, daha 2 ölkə yarışı qəbul etmək üçün namizədliyini irəli sürüb. Bunlardan biri Azərbaycan, digər isə Livan olub. Lakin yekun nəticədə 52 faiz səs toplayan Meksika bu hüquqa yiyələnib.
Qeyd edək ki, noyabrda keçiriləcək dünya çempionatında 140 ölkədən 205-dən çox taekvondoçunun iştirakı gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0