Azərbaycan komandası Dünya Kuboku uğrunda yarışacaq - FOTO
© Photo : Equestrian Federation Qarüstü Polo üzrə Dünya kuboku turnirinə Azərbaycan komandası
© Photo : Equestrian Federation
Abunə olmaq
Poloçularımız yarımfinal mübarizəsində 2019-cu ilin çempionu “Badrutts Palace” ilə üz-üzə gəliblər.
BAKI, 29 yanvar - Sputnik. Azərbaycan təmsilçisi "Land of Fire" İsveçrənin Sankt-Morits şəhərində keçirilən Dünya Kubokunun finalına çıxıb.
Yanvarın 27-dən start götürən qarüstü polo üzrə 37-ci Dünya Kubokunda 6 komanda iştirak edir.
© © Equestrian Federation of Azerbaijan RepublicAzərbaycanın "Land of Fire" komandası İsveçrənin Sankt-Moritz şəhərində Qar polosu üzrə Dünya Kubokunda
Azərbaycanın "Land of Fire" komandası İsveçrənin Sankt-Moritz şəhərində Qar polosu üzrə Dünya Kubokunda
© © Equestrian Federation of Azerbaijan Republic
“Land of Fire” komandası bu gün ikinci matçına çıxıb. İlk oyunda “Perrier Jouet” kollektivini üstələyən poloçularımız yarımfinal mübarizəsində 2019-cu ilin çempionu “Badrutts Palace” ilə üz-üzə gəliblər.
Oyunun əvvəlində hesabda geri qalan “Land of Fire” əzmkarlıq nümayış etdirərək yekunda 4:2 hesablı qələbə əldə edərək turnirin final matçına vəsiqə qazanıb.
© © Equestrian Federation of Azerbaijan RepublicAzərbaycanın "Land of Fire" komandası İsveçrənin Sankt-Moritz şəhərində Qar polosu üzrə Dünya Kubokunda
Azərbaycanın "Land of Fire" komandası İsveçrənin Sankt-Moritz şəhərində Qar polosu üzrə Dünya Kubokunda
© © Equestrian Federation of Azerbaijan Republic
Komandanın kapitanı Elçin Camallının rəhbərliyi altında poloçularımızın həlledici görüşdə rəqibi “Clinique La Prairie” komandası olacaq.
Final matçı yanvarın 30-u, Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.
Xəbərdə Report-un məlumatından istifadə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.