Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Xurma ixracı artıb - bəs digər göstəricilər?

© Sputnik / Murad OrujovKaralyok meyvəsi
Karalyok meyvəsi - Sputnik Azərbaycan, 1920, 28.01.2022
Abunə olmaq
Ticarət dövriyyəsinin 20 milyard 336,4 milyon dollarını və ya 66,1 faizini ölkədən ixrac olunmuş məhsulların dəyəri təşkil edib.
BAKI, 28 yanvar - Sputnik. Ötən il Azərbaycandan 174,1 min ton xurma ixrac edilib. AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən xurmanın dəyəri 125,9 milyon dollar olub.
Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a məlumat verilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 30 milyard 746,3 milyon ABŞ dolları təşkil edib.
Ticarət dövriyyəsinin 20 milyard 336,4 milyon dollarını və ya 66,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 10 milyard 409,9 milyon dollarını (33,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib.
Nəticədə 9 milyard 926,5 milyon dollar məbləğində müsbət saldo yaranıb.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 41,2 faizini İtaliyaya, 12,8 faizini Türkiyəyə, 4,1 faizini Rusiyaya, 4,0 faizini İsrailə, 3,8 faizini Xorvatiyaya, hər biri 3,0 faiz olmaqla Hindistan, Gürcüstan və Portuqaliyaya, 2,8 faizini İspaniyaya, hər biri 2,4 faiz olmaqla Almaniya və Tunisə, 2,3 faizini Ukraynaya, 1,7 faizini Birləşmiş Krallığa, 1,6 faizini Yunanıstana, 1,5 faizini Belarusa, 1,3 faizini İsveçrəyə, hər biri 1,1 faiz olmaqla Kanada və Çexiyaya, 6,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Azərbaycandan Türkiyə və Avropaya on yeddi milyardlıq ixrac
Azərbaycan neftinin qiyməti artır - 90 dollar həddini keçib
İrandan Rusiyaya Azərbaycanla bağlı qeyri-adi təklif
Azərbaycanın idxal və ixracı - TƏFƏRRÜATLAR
Xəbər lenti
0