https://sputnik.az/20220128/zelenski-rusiyaya-devet-olundu-438607646.html
Zelenski Lavrov tərəfindən Rusiya Federasiyasına dəvət edildi
Zelenski Lavrov tərəfindən Rusiya Federasiyasına dəvət edildi
Sputnik Azərbaycan
Lavrov deyib ki, Zelenski buyursun, qoy Moskvaya, Soçiyə, Sankt-Peterburqa, harada görüşə razılaşacaqsa, ora gəlsin. 28.01.2022, Sputnik Azərbaycan
2022-01-28T14:29+0400
2022-01-28T14:29+0400
2022-01-28T14:46+0400
vladimir zelenski
rusiya
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
lavrov
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0e/438175864_0:258:2724:1790_1920x0_80_0_0_0053c8497ccd9d768332b3c140eeef1c.jpg
BAKI, 28 yanvar — Sputnik. Əgər Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə münasibətlərin normallaşmasısını müzakirə etməyə hazırdırsa, Moskva hazırdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında bildirib.O, həmçinin qeyd edib ki, Zelenski əgər Donbası müzakirə etmək istəyirsə, Normand formatı çərçivəsində kontakt qrupuna müraciət etməlidir.Lavrov Ukrayna ilə müharbənin başlaması barədəRusiya xarici işlər naziri Sergey Lavrov müharibənin başlaması ehtimalı barədə danışarkən bildirib ki, əgər bu Rusiyadan asılıdırsa, müharibə olmayacaq."Əgər bu Rusiya Federasiyasından asılıdırsa, müharibə olmayacaq. Biz müharibə istəmirik, lakin biz maraqlarımızın kobud şəkildə vurulmasına, maraqlarımızın da diqqətdən kənarda qalmasına imkan verməyəcəyik", - deyə Lavrov qeyd edib.Rusiya XİN rəhbəri qeyd edib ki, NATO-nun Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə cavabı ABŞ-ın cavabı ilə müqayisədə çox ideolojidir: "Bu cavabın fonunda ABŞ-ın cavabı az qala diplomatik ədəb nümunəsidir"Təhlükəsizlik zəmanətləri2021-ci ilin sonunda Rusiya təhlükəsizlik zəmanətləri haqqında ABŞ ilə müqavilə və NATO ilə saziş layihələrini dərc edib. Moskva xüsusilə Qərb tərəfdaşlarından NATO-nun şərqə doğru genişlənməsindən, Ukraynanın bloka qoşulmasından və postsovet ölkələrində hərbi bazaların yaradılmasından imtina etmək üçün hüquqi təminat tələb edirdi.Həmçinin təkliflər NATO-nun zərbə silahlarının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməməsi və Şərqi Avropada alyans qüvvələrinin 1997-ci ildəki mövqelərinə çəkilməsi haqqında bənddən ibarət idi.Həmçinin oxuyun:Lavrov müharibənin başlaması ehtimalı barədə
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0e/438175864_0:2:2724:2045_1920x0_80_0_0_b2dc3431871e7c598219a843327bcd01.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vladimir zelenski, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, lavrov
vladimir zelenski, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, lavrov
Zelenski Lavrov tərəfindən Rusiya Federasiyasına dəvət edildi
14:29 28.01.2022 (Yenilənib: 14:46 28.01.2022) Lavrov deyib ki, Zelenski buyursun, qoy Moskvaya, Soçiyə, Sankt-Peterburqa, harada görüşə razılaşacaqsa, ora gəlsin.
BAKI, 28 yanvar — Sputnik. Əgər Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə münasibətlərin normallaşmasısını müzakirə etməyə hazırdırsa, Moskva hazırdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında bildirib.
"Əgər Zelenski rejiminin birtərəfli fəaliyyətinin vurduğu ziyandan əziyyət çəkən ikitərəfli münasibətlərin normallaşdırılmasını müzakirə etmək istəyirsə və təbii ki, biz bu addımlara cavab veririk, biz hazırıq. Buyursun, qoy Moskvaya, Soçiyə, Sankt-Peterburqa, harada görüşə razılaşacaqlarsa, ora da gəlsin", - deyə Lavrov qeyd edib.
O, həmçinin qeyd edib ki, Zelenski əgər Donbası müzakirə etmək istəyirsə, Normand formatı çərçivəsində kontakt qrupuna müraciət etməlidir.
Lavrov Ukrayna ilə müharbənin başlaması barədə
Rusiya xarici işlər naziri Sergey Lavrov müharibənin başlaması ehtimalı barədə danışarkən bildirib ki, əgər bu Rusiyadan asılıdırsa, müharibə olmayacaq.
"Əgər bu Rusiya Federasiyasından asılıdırsa, müharibə olmayacaq. Biz müharibə istəmirik, lakin biz maraqlarımızın kobud şəkildə vurulmasına, maraqlarımızın da diqqətdən kənarda qalmasına imkan verməyəcəyik", - deyə Lavrov qeyd edib.
Rusiya XİN rəhbəri qeyd edib ki, NATO-nun Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə cavabı ABŞ-ın cavabı ilə müqayisədə çox ideolojidir: "Bu cavabın fonunda ABŞ-ın cavabı az qala diplomatik ədəb nümunəsidir"
Təhlükəsizlik zəmanətləri
2021-ci ilin sonunda Rusiya təhlükəsizlik zəmanətləri haqqında ABŞ ilə müqavilə və NATO ilə saziş layihələrini dərc edib. Moskva xüsusilə Qərb tərəfdaşlarından NATO-nun şərqə doğru genişlənməsindən, Ukraynanın bloka qoşulmasından və postsovet ölkələrində hərbi bazaların yaradılmasından imtina etmək üçün hüquqi təminat tələb edirdi.
Həmçinin təkliflər NATO-nun zərbə silahlarının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməməsi və Şərqi Avropada alyans qüvvələrinin 1997-ci ildəki mövqelərinə çəkilməsi haqqında bənddən ibarət idi.