Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Mahir Emreli "Legiya"-dan ayrılıb Türkiyə klubuna gedir?

© AP Photo / Rui VieiraMahir Emreli
Mahir Emreli - Sputnik Azərbaycan, 1920, 28.01.2022
Abunə olmaq
“Qalatasaray” digər Türkiyə təmsilçiləri “Başakşəhər”lə “Sivasspor”un da heyətinə qatmaq istədiyi Mahiri azad agent kimi sıralarında görmək niyyətindədir.
BAKI, 28 yanvar - Sputnik. Azərbaycan millisinin futbolçusu Mahir Emreli daha bir Türkiyə klubunun maraq dairəsinə düşüb.
Türkiyə mətbuatının yazdığına görə, “Qalatasaray” 25 yaşlı hücumçunu heyətinə qatmaq istəyir.
İstanbul klubu Polşa “Legiya”sı ilə problemi olan futbolçunun transferində maraqlıdır. “Qalatasaray” digər Türkiyə təmsilçiləri “Başakşəhər”lə “Sivasspor”un da heyətinə qatmaq istədiyi Mahiri azad agent kimi sıralarında görmək niyyətindədir.
Menecerlər hücumçunu Super Liqa komandalarına klubsuz oyunçu kimi təqdim edirlər. Apasport yazır ki, havayı futbolçu almaq onlar üçün şirnikləndirinci olsa da, Emreli müqavilə ilə “Legiya”ya məxsusdur. Polşa klubu “Sivasspor”un 400 min, “Başakşəhər”in 750 min avroluq təklifi qarşısında da oyunçunu satmağa razılıq verməyib.
Qeyd edək ki, Mahirin “Legiya” ilə anlaşması 2024-cü ilin yayında bitəcək.
"Legiya" rəhbərliyi Mahir Emrelinin hərəkətlərini tənqid edib
Polşa "Legiya"sının idman direktoru Yatsek Zelinski yanvarın ortalarında Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin toplanışa qoşulmaması barədə "TVP Sport"a açıqlama verib.
Zelinskinin fikrincə, bu, mütləq Emrelinin günahı deyil, yəqin ki, onun məsləhətçilərinindir. Zelinski 25 yaşlı hücumçunun müqaviləyə əsasən Varşava təmsilçisinə məxsus olduğunu xatırladıb:
"Məncə, mövzunu çox pis oynayırlar. O, bizim oyunçumuzdur. Azarkeşlərlə insidentdən öz ehtiyaclarınız üçün istifadə etmək axmaqcasına hərəkət cəhdidir. O, hər şeydən əvvəl özünə, komandaya və gələcəkdə başqa klubların yanaşmalarına xələl gətirir. Bu, yaxşı hərəkət deyil".
Zelinski deyib ki, hazırda iş vəkillərin müzakirəsi səviyyəsində gedir:
"Mənə elə gəlir ki, bizim arqumentlərimiz kifayət qədər güclü, balanslaşdırılmışdır. Qarşı tərəf isə müxtəlif arqumentlərdən istifadə edir, oyunçunu zədələyirlər. Bunun necə həll olunacağını söyləmək çətindir".
Klub rəsmisi Emrelinin adının Türkiyənin "Qalatasaray", "Başakşehir" komandaları, həmçinin Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə hallanmasına da toxunub:
"Komandalardan təkliflər alırıqmı? Bilirəm ki, baş verənlər agentlərin işidir. Onlar vəziyyəti elə idarə edirlər ki, sanki Emreli azad agentdir. Belə hərəkət qətiyyən doğru deyil. O, "Legiya"nın futbolçusudur. Qarşıda bizi araşdırma gözləyir. Hesab edirəm ki, mübahisəli məsələdə öz xeyrimizə olan ciddi arqumentlər var. Mahirin nümayəndələri onu sərbəst oyunçu kimi təklif etməyə çalışırlar. Bəlkə də həmin maraq ondan irəli gəlir. Çünki söhbət klubdan gedirsə, Emreliyə heç bir təklif gəlməyib".
Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.
Xatırladaq ki, ötən ilin dekabrında Polşanın "Legiya" klubunun azarkeşləri Plotsk "Visla"sına 0:1 hesabı ilə uduzduqları matçdan sonra komandanın futbolçularına hücum etmişdilər. Həmin futbolçulardan ikisi ciddi xəsarət almışdı. Onlardan biri Azərbaycan millisinin üzvü Mahir Emreli, digəri isə Lukinyas olmuşdu.
Həmçinin oxuyun:
"Legiya" rəhbərliyi Mahir Emreli barədə: Yaxşı hərəkət etmir, özünə xələl gətirir
Xəbər lenti
0