CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu yaşda qadınlar daha dünyaya uşaq gətirmək istəmirlər - SƏBƏB

© Pexels Garon PiceliHamilə qadın
Hamilə qadın - Sputnik Azərbaycan, 1920, 28.01.2022
Abunə olmaq
BAKI, 28 yanvar — Sputnik. Urbanizasiya, kəndlərdə həyat səviyyəsinin aşağı olması, işsizlik, paytaxta güclü axın, sosial məsələlər, evsizlik ailələrin qayğılarını daha da artırıb. Bunun nəticəsi olaraq ötən əsrin 70-ci illəri ilə müqayisədə Azərbaycanda daha yuxarı yaşlarda övlad dünyaya gətirən qadınların da sayında kəskin azalmalar olub.
Son illərdə bu istiqamətdə Azərbaycanda vəziyyət necə dəyişib - Sputnik Azərbaycan-ın gözü ilə ümumi mənzərəyə nəzər salaq:
Rəqəmlər nə deyir?
1970-ci ildə respublikada yüz əlli min doqquz yüz yetmiş altı körpə dünyaya gəlmişdisə, onların dörd yüz otuz doqquzunu yaşı 50-dən yuxarı olan qadınlar dünyaya gətirmişdi. Lakin sonrakı illərdə bu rəqəm kəskin azalmağa başladı. Məsələn, 1989-cu ildə bu rəqəm doqquz, 1991-ci ildə üç olub.
1999-cu ildə bu rəqəmdə kəskin artım olub və yaşı 50-dən yuxarı olan qadınlar tərəfindən yüz altı körpə dünyaya gətirilib, 2020-ci ildə isə bu rəqəm yenidən azalaraq altmış bir olub.
Ötən əsrin 70-ci illəri və sonu ilə müqayisədə rəqəmlərdə azalma olsa da, daha öncəki 10-20 illə müqayisədə 2020-ci ildə rəqəmlərdə müəyyən artım olub. 2017-ci ildə isə bu rəqəm otuz yeddi olub.
Statistikaya görə, Azərbayanda qadınlar daha çox 20-24 yaşlarda övlad dünyaya gətirirlər. Belə ki, 2020-ci ildə bu yaş qrupunda olan qadınlar tərəfindən 46 min 625 körpə dünyaya gəlib. Lakin daha öncəki illərlə müqayisədə Azərbaycanda bu yaş qrupunda doğumların sayında da azalmaların olduğunu görə bilərik.
Məsələn, 2011-ci ildə bu yaş qrupunda olan qadınlar tərəfindən yetmiş beş min üç yüz qırx iki körpə dünyaya gətirilmişdi.
Səbəblər nədir?
Sosioloq Üzeyir Şəfiyev Sputnik Azərbaycan-a açıqlamasında bu səbəblərdən danışıb, bildirib ki, sovet dövründə "qəhrəman ana" adı da var idi, çoxuşaqlılıq da təşviq olunurdu. Bundan başqa, qadınlar müxtəlif yaş qruplarında övlad dünyaya gətirirdilər:
"Özüm də 11 uşaqlı ailədə doğulmuşam. Reproduktiv sağlamlıq imkan verdikcə, qadınlar övlad dünyaya gətirirdilər. Artıq çoxuşaqlı ailə modelləri geridə qalıb, yeni ailə modelləri yaranıb. Getdikcə də 1 uşaqlı ailələri daha çox müşahidə edirik. Qadınların da daha yuxarı yaşda övlad dünyaya gətirməməsinin səbəbi sosial-iqtisadi vəziyyətdir".
Üzeyir Şəfiyev onu da vurğulayır ki, daha yuxarı yaşlı qadınlar arasında yenidən ana olmağa meylin azalmasının kökündı iqtisadi-sosial problemlər də dayanır:
"Əvvəllər Azərbaycan ailəsində daha çox patriarxal əmək vardı, iqtisadi olaraq qadın daha çox kişi əməyindən yararlanırdısa, indi vəziyyət dəyişib. Hazırda qadınların iqtisadi fəallığı, əmək bazarında çəkisi artıb".
Ekspert vurğulayır ki, ailələr maddi imkanlarını dəyərləndirərək övlad planlaşdırırlar. Onları aktiv sosial dəstək alətləri ilə təmin etmək lazımdır:
"Evdar qadınları özünməşğulluq proqramlarına cəlb etmək olar. Yaxşı olardı ki, uşağa baxdıqları üçün evdar qadınlara əmək stajı yazılsın. Çünki onlar yalnız öz ailələri üçün vətəndaş yetişdirmirlər. Çox yaxşı olardı ki, gələcəkdə onlara da əmək pensiyası verilsin".
Qeyd edək ki, bu göstəriciyə görə nəinki 50+ yaşda azalmalar olub, eyni zamanda 40-44 arası yaş qrupunda da olan qadınlar arasında övlad dünyaya gətirmə statistikasında azalma var.
Belə ki, 1970-ci ildə yaşı 50-dən yuxarı olan belə qadınlar tərəfindən səkkiz min iki yüz altmış altı, 2020-ci ildə isə min dörd yüz on beş körpə dünyaya gətirilib.
1970-ci ildə 35-39 yaşlı qadınlar tərəfindən iyirmi üç min dörd yüz altmış dörd körpə, 2020-ci ildə isə yeddi min yüz səksən dörd körpə dünyaya gətirilib.
Çoxuşaqlılığı və yuxarı yaşda yenidən ana olmaq istəyinin azalmasının səbəbi isə sosial-iqtisadi problemlər, qadınlaırn iqtisadi fəallığının artırılması və övladları ilə bağlı daha məsul qərarlar vermələridir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
Ailə faciəsi, yoxsa “xoşbəxt”liyin kəsə yolu
Rusiyada "atalıq kapitalının" tətbiqi təklif olunur
Bakıda ana uşağını sığınacağa atdı - Axtarışa verilib
Xəbər lenti
0