BAKI, 1 iyun — Sputnik. Rusiya İctimai Palatasının demoqrafiya komissiyasının sədri Sergey Rıbalçenko ölkədə "atalıq kapitalı"nın tətbiq ilə bağlı təşəbbüslə çıxış edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bununla bağlı məktub artıq Baş nazirin müavini Tatyana Qolikovaya göndərilib.
"Prezidentin hökumətə hər il ünvanlandığı tapşırıqda cari ilin iyulun 1-nə qədər Rusiyadakı uşaqlı ailələrə vahid sisteminin formalaşması üçün təkliflərin hazırlanması həvalə olunub. Bu məqsədlə yeni federal layihənin – "Çoxuşaqlı ölkə" layihəsinin işlənib hazırlanmasını təklif edirik", - deyə məktubda deyilir.
Yeni federal layihədə çoxuşaqlı ailələrə əlavə dəstək tədbirlərinin həyata keçirilməsi də təklif olunur.
"Çoxuşaqlı ölkə" layihəsi çərçivəsində bəzi tədbirlərin həyata keçirilməsini təklif edirik. Bura ailədə üç və daha çox uşaq doğulduqda verilən federal analıq kapitalı həcmində, yəni 639,4 min rubl (14,8 min manat) federal çoxuşaqlı (atalıq) kapitalının da təsis olunması; çoxuşaqlı ailələrdə hər bir uşaq üçün, kiçik övlad yetkinlik yaşına çatana qədər aylıq 2,5 min rubl (58 manat) ödənilməsi və sair tədbirlər var", - deyə məlumatda bildirilir.
Bundan əlavə, layihədə çoxuşaqlı ailələr üçün alternativ ailə vergi sisteminin tətbiqi də təklif olunur. Burada ailədə uşaqların sayı artdıqca vergi faizlərinin azalması da nəzərdə tutulur. Layihə müəllifləri hesab edirlər ki, beş uşaqlı ailələr ümumiyyətlə vergi verməməlidirlər.