Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bu il Ağdamda məhsuldarlıq aşağı düşə bilər - FOTO

© Sputnik / Emin AlisahibAğdamda əkin sahələrini gəmricilər məhv edir
Ağdamda əkin sahələrini gəmricilər məhv edir - Sputnik Azərbaycan, 1920, 28.01.2022
Abunə olmaq
Bu il Ağdamda becəriləcək taxılın məhsuldarlığı aşağı düşə bilər. Çünki əkin sahələri məhv olmaq təhlükəsi qarşısındadır.
BAKI, 28 yanvar — Sputnik. Ağdamda əsas gəlir mənbəyi əkinçilik olan fermerlərə gəmiricilər göz verib, işıq vermir. Artıq neçə vaxtdır ki, gəmiricilər hektarlarla sahələri oyaraq tamamilə yararsız vəziyyətə salır.
Rayonun bir sıra kəndlərində hər hansı bir əkin sahəsinə daxil olduqda eyni durumla qarşılaşırsan. Son bir ay ərzində gəmiricilər daha da artdığından fermerlər çətin durumda qalıblar. Mirəşelli kənd sakini, fermer Məhəmməd Qasımlı deyir ki, gəmiricilərin sahələrə qənim kəsilməsi səbəbindən becərmə işlərini də doğru-dürüst apara bilmir.
“Yonca əkmişəm, ancaq gəmiricilər imkan vermir ki, məhsul əmələ gəlsin. Gəmiricilər bütün məhsulun dibini qurudur. Hansı məhsula əl atırsan, görürsən ki, kökünü yeyib. Hər gün bel ilə öldürməyə çalışıram. Amma bir deyil, iki deyil, yüzlərlədir. Qarşısı alınmalıdır. Bu vaxt məhv edilməsə, artacaq”.
© Sputnik / Emin AlisahibAğdamda əkin sahələrini gəmricilər məhv edir
Ağdamda əkin sahələrini gəmricilər məhv edir - Sputnik Azərbaycan, 1920, 27.01.2022
Ağdamda əkin sahələrini gəmricilər məhv edir
Fermerlər kustar üsullarla mübarizə tədbirləri aparsalar da, gəmiricilərin qarşısını ala bilmirlər. Onlar bildirirlər ki, kütləvi şəkildə dərmanlanma işləri həyata keçirilməlidir. Əks halda, bütün əkin sahələrindəki məhsul məhv olmaq təhlükəsi ilə üz-üzə qalacaq.
Təsərrüfat sahiblərinin sözlərinə görə, son bir ayda artan gəmiricilər əkin sahələrində torpağı oyaraq bitməkdə olan yonca, arpa və taxılın kökünü yeyib inkişafdan dayandırır. Müsahibimiz, Sarıcalı kənd sakini, fermer Şəmil Əliyev deyir ki, belə getsə, bu il sahələrdən taxılla bağlı məhsuldarlıq gözləmək əbəsdir.
“Əgər bunun qarşısı alınmasa, məlum məsələdir ki, nə taxıl, nə vələmir, heç bir şey götürə bilmərik. Gərək vaxtında buna tədbir görülə. Bu il yağış az yağdığı üçün quraqlıq oldu. Ona görə də zərərvericilərin sayı artdı. Balalayıblar. Qabağını da almaq mümkün deyil. Dava-dərman lazımdır ki, bunun qarşısını alaq. Yoncanın kökünü kəsir, qurudur. Bir müddətdən sonra taxılın biçilmək vaxtı çatır. Zərərvericilər taxılı kəsib, tökəcək yerə. Olan taxılımız da məhv olacaq”.
Ağdamda arpa, buğda, yonca sahələrinə qənim kəsilən canlılar bitkilərin inkişafına ciddi ziyan vurmaqda davam edir. Fermerlər deyirlər ki, siçanabənzər ziyanvericilər yaşıl zəmini bir anda məhv edir. Toxum torpağa səpiləndən biçilənə qədər təsərrüfat sahibləri ziyanvercilərlə mübarizə aparmalı olurlar. Sarıcalı kənd sakini, fermer Yaqub Həsənov bildirir ki, bütün tədbirlərə baxmayaraq, buna nail ola bilmirlər.
© Sputnik / Emin AlisahibAğdamda əkin sahələrini gəmricilər məhv edir
Ağdamda əkin sahələrini gəmricilər məhv edir - Sputnik Azərbaycan, 1920, 27.01.2022
Ağdamda əkin sahələrini gəmricilər məhv edir
“Belə olsa, məhsul götürə bilməyəcəyik. Gərək dərman vurasan ki, məhsul götürəsən. Bu cür gəmirici yuvaları sahələrin hamısında var. Hansı sahəyə girirsən, başdan-ayağa gəmirici yuvasıdır”.
Gəmiricilərin artmasını havanın mülayim keçməsi ilə əlaqələndirən fermerlər bildirirlər ki, hazırda vəziyyət çox ciddidir. Bu hadisənin sonuncu dəfə 2 il əvvəl yaşandığını deyən yerli fermerlər onu da əlavə edirlər ki, həmin vaxt yerli qurumlar tərəfindən onlara dərmanlar verilib və onlar da həmin sahələri özləri dərmanlayıblar. Fermer Yaqub Həsənov hazırda bununla bağlı aidiyyəti qurumlar tərəfindən hansısa bir addımın atılmadığını bildirir.
© Sputnik / Emin AlisahibYaqub Həsənov
Yaqub Həsənov  - Sputnik Azərbaycan, 1920, 27.01.2022
Yaqub Həsənov
“Aidiyyəti qurumlar köməklik eləsələr, dərman versələr, özümüz dərmanlayarıq. Çünki mütləq dərmanlanmalıdır. Dərmanlanmasa, gələcəkdə buradan məhsul götürmək mümkün deyil”.
Məsələ ilə bağlı Bərdə Regional Bitki Mühafizə Fumiqasiya mərkəzinin Ağdam rayonu üzrə baş aqronomu Yasən Quliyev ilə əlaqə saxladıq. Ən çox Ergi düzü, Quzanlı və Üçoğlan ərazilərində belə hallarla qarşılaşdıqlarını deyən müsahibimiz bildirdi ki, hazırda ərazilərdə mübarizə tədbirləri aparılır.
© Sputnik / Emin AlisahibYasən Quliyev
Yasən Quliyev  - Sputnik Azərbaycan, 1920, 27.01.2022
Yasən Quliyev
“Siçanabənzər gəmiricilərin harada daha çox sıxlığı müşahidə olunursa, o ərazilərdə biz müşahidələr etmişik, orada hektara düşən yuvalarının sayını daha dəqiq müəyyən etdikdən sonra ona qarşı kimyəvi mübarizə aparmışıq. Büdcə hesabına alınmış preparatlar vasitəsilə aldadıcı yemlər hazırlanaraq, fermerlərin köməyi ilə həmin ərazilərə qoyulub”.
Y.Quliyev onu da əlavə edir ki, sahələrdə kimyəvi dərmanlanma işləri iqtisadi zərərvermə həddini keçdikdə tətbiq olunur. Kimyəvi dərmanlara gəlincə aldadıcı yemin hazılanmasında istifadə edilən dərman preparatı isə dövlət tərəfindən yerli idarələrə pulsuz verilir. Yanvar ayı ərzində 2000 hektardan artıq ərazidə ziyanvericilərə qarşı kimyəvi mübarizə tədbirlərinin həyata keçirildiyini deyən müsahibimiz sözügedən ərazilərin də nəzarətə götürüləcəyini vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Fermerə dəyən ziyan belə ödənilir-VİDEO
* Azərbaycanda ərzaqlar bahalaşdı: Şoka salan STATİSTİKA - VİDEO
* Şimal bölgəsinin bazarlarında fındığın qiyməti ucuzlaşıb - SƏBƏBLƏR
Xəbər lenti
0