https://sputnik.az/20220127/rusiya-abs-in-cavabini-qiymetlendirmeye-telesmir-438567306.html
Rusiya ABŞ-ın cavabını qiymətləndirməyə tələsmir
Rusiya ABŞ-ın cavabını qiymətləndirməyə tələsmir
Sputnik Azərbaycan
ABŞ dövlət katibi Entoni Blinken yaxın günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışmağı planlaşdırdığını bildirib.
2022-01-27T15:57+0400
2022-01-27T15:57+0400
2022-01-27T16:26+0400
rusiya
abş
cavab
rusiya
peskov
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/11/425749015_0:56:3082:1790_1920x0_80_0_0_b80bd100096373ac11ad33e05720985f.jpg
BAKI, 27 yanvar — Sputnik. "Hələlik Rusiya Federasiyasının ABŞ-ın zəmanətlərlə bağlı cavabına hansı formada reaksiya verəcəyinə dair bir anlayış yoxdur". Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib."Xeyr. Hələlik buna dair bir anlayış yoxdur", - deyə Peskov Rusiyanın cavab forması barədə danışarkən bildirib. Cavabın ictimaiyyətə açıq olub-olmayacağı barədə suala cavab olaraq Peskov qeyd edib ki, "bununla bağlı ayrıca qərar veriləcək. Biz, bir daha xatırladıram, qiymətləndirməyə tələsməyəcəyik. Təhlil etmək və sonda prezidentimizin müvafiq mövqe ortaya qoyması üçün vaxt lazımdır. Görək necə olacaq", - deyə Peskov qeyd edib.Qeyd edək ki, ABŞ səfiri Con Sallivan Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşkoya Vaşinqtonun təhlükəsizlik zəmanətləri ilə bağlı yazılı cavabını təqdim edib.Görüşün ABŞ-ın diplomatik nümayəndəsinin xahişi ilə keçirildiyi qeyd edilir."Amerika diplomatik missiyasının rəhbəri Rusiya tərəfinin əvvəllər təqdim etdiyi təhlükəsizlik zəmanətləri haqqında ikitərəfli müqavilə layihəsinə ABŞ Administrasiyasının yazılı cavabını təqdim edib", - nazirlikdən bildirilib.Bundan sonra ABŞ dövlət katibi Entoni Blinken yaxın günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışmağı planlaşdırdığını bildirib."Yaxın günlərdə Moskva bizim cavabımızla tanış olacaq. Rusiya xarici işlər naziri Sergey Lavrovla danışmağı planlaşdırıram", - ABŞ dövlət katibi jurnalistlərə bildirib.Qeyd edək ki, ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiya XİN-in binasından ayrılıb. O, jurnalistlərin suallarını cavablandırmayıb. Diplomat burada yarım saatdan çox vaxt keçirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Rusiya ilə NATO arasında birbaşa toqquşma sadəcə fəlakət olacaq – Medvedev sərt danışdıUkraynanın hazırkı rəhbərliyi ilə danışıqlar aparmaq mənasızdır – MedvedevABŞ Rusiyanın təhlükəsizlik təkliflərinə cavab verdi - ən son yenilikMoskva Qərbin gözdənsalma kampaniyasına necə cavab verəcək – video
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/11/425749015_324:0:3055:2048_1920x0_80_0_0_54c86fa765ae8e7b1409610dee4a4dfc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya abş-ın cavabını qiymətləndirməyə tələsmir
rusiya abş-ın cavabını qiymətləndirməyə tələsmir
Rusiya ABŞ-ın cavabını qiymətləndirməyə tələsmir
15:57 27.01.2022 (Yenilənib: 16:26 27.01.2022) ABŞ səfiri Con Sallivan Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşkoya Vaşinqtonun təhlükəsizlik zəmanətləri ilə bağlı yazılı cavabını təqdim edib.
BAKI, 27 yanvar — Sputnik. "Hələlik Rusiya Federasiyasının ABŞ-ın zəmanətlərlə bağlı cavabına hansı formada reaksiya verəcəyinə dair bir anlayış yoxdur".
Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi
Dmitri Peskov bildirib.
"Xeyr. Hələlik buna dair bir anlayış yoxdur", - deyə Peskov Rusiyanın cavab forması barədə danışarkən bildirib. Cavabın ictimaiyyətə açıq olub-olmayacağı barədə suala cavab olaraq Peskov qeyd edib ki, "bununla bağlı ayrıca qərar veriləcək. Biz, bir daha xatırladıram, qiymətləndirməyə tələsməyəcəyik. Təhlil etmək və sonda prezidentimizin müvafiq mövqe ortaya qoyması üçün vaxt lazımdır. Görək necə olacaq", - deyə Peskov qeyd edib.
Qeyd edək ki, ABŞ səfiri Con Sallivan Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşkoya Vaşinqtonun təhlükəsizlik zəmanətləri ilə bağlı yazılı cavabını təqdim edib.
Görüşün ABŞ-ın diplomatik nümayəndəsinin xahişi ilə keçirildiyi qeyd edilir.
"Amerika diplomatik missiyasının rəhbəri Rusiya tərəfinin əvvəllər təqdim etdiyi təhlükəsizlik zəmanətləri haqqında ikitərəfli müqavilə layihəsinə ABŞ Administrasiyasının yazılı cavabını təqdim edib", - nazirlikdən bildirilib.
Bundan sonra ABŞ dövlət katibi Entoni Blinken yaxın günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışmağı planlaşdırdığını bildirib.
"Yaxın günlərdə Moskva bizim cavabımızla tanış olacaq. Rusiya xarici işlər naziri Sergey Lavrovla danışmağı planlaşdırıram", - ABŞ dövlət katibi jurnalistlərə bildirib.
Qeyd edək ki, ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiya XİN-in binasından ayrılıb. O, jurnalistlərin suallarını cavablandırmayıb. Diplomat burada yarım saatdan çox vaxt keçirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.