Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskva Qərbin gözdənsalma kampaniyasına necə cavab verəcək – video

© Photo : Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidМинистр иностранных дел России Сергей Лавров, фото из архива
Министр иностранных дел России Сергей Лавров, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.01.2022
Abunə olmaq
Rusiyanın ABŞ və NATO ilə münasibətləri, dolların Rusiya iqtisadiyyatına təsirinin azaldılması, xaricdə rus dilinə dəstək - Rusiya xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında çıxışı zamanı bu və ya digər mövzulara toxunub.
BAKI, 26 yanvar — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında çıxış edərkən bildirib ki, Rusiya bu həftə ABŞ və NATO-dan təhlükəsizlik təkliflərinə cavab almağa ümid edir.
"Yanvarın 21-də amerikalı həmkarlarımın xahişi ilə ABŞ dövlət katibi Entoni Blinkenlə bu mövzuda danışıqlar apardım. O, əmin etdi və biz də ümid edirik ki, həmin zəmanətlər yerinə yetiriləcək, bu həftə ərzində bizim konkret tələblərimizlə bağlı ABŞ-ın mövqeyini açıqlayan cavab yazılı şəkildə göndəriləcək" - deyə Lavrov Rusiya Federasiyası Dövlət Dumasında çıxış edərkən bildirib.
Nazirin sözlərinə görə, ABŞ-ın cavabından asılı olmayaraq RF Xarici İşlər Nazirliyi və digər qurumlar Prezident Vladimir Putinə bundan sonrakı addımlarla bağlı təkliflər hazırlayacaq.
Lavrov belə hesab edir ki, hazırda bütün beynəlxalq münasibətlər sistemi təlatüm içindədir, beynəlxalq arenada dərin və heç də müsbət olmayan dəyişikliklər gedir. Amma istənilən halda Rusiya vətəndaşlarının təhlükəsizliyi təmin olunacaq.
"İstənilən halda hamı Rusiyanın və onun vətəndaşlarının təhlükəsizliyinin qeyd-şərtsiz prioritet olduğunu və bütün hallarda təmin ediləcəyini bilməli və bundan çıxış etməlidir", – deyə o bildirib.
Fərqli düşüncəyə görə sanksiyalar
Qərb RF və ÇXR-i fərqli düşündüyünə görə "işə yaramayan alətlərlə", o cümlədən, sanksiyalarla cəzalandırmağa çalışır.
"Fərqli düşünənləri, müstəqil siyasət yürüdən ölkələri, ilk növbədə Rusiya və ÇXR-i müxtəlif sanksiyalar, media məkanında demonizasiya, xüsusi xidmətlərin təxribatları və başqa bir sıra işə yaramayan alətlərlə cəzalandırmağa cəhd göstərirlər", – deyə o bildirib.
Lavrov deyib ki, "ABŞ-ın rəhbərlik etdiyi qərbçilər" başqalarının maraqlarını bir o qədər də nəzərə almadan, daha doğrusu, heç nəzərə almadan tarixin obyektiv gedişatına qarşı çıxmağa, özlərinə birtərəfli üstünlük əldə etməyə çalışırlar.
Dolların Rusiya iqtisadiyyatına təsirinin azaldılması
Rusiyanın xarici işlər naziri onu da qeyd edib ki, Moskva dollardan asılılığı azaltmağa çalışır, ABŞ isə öz valyutasına inamı sarsıtmaq üçün əlindən gələni əsirgəmir.
"Biz dollardan asılılığı azaltmağa çalışırıq və amerikalılar bu işdə bizə fəal kömək edirlər, çünki onlar bu valyutaya inamı sarsıtmaq və onu təkcə Rusiya Federasiyası üçün deyil, ümumilikdə beynəlxalq hesablaşmalar üçün riskli etmək məqsədilə demək olar ki, hər şeyi edirlər", - deyə nazir bildirib.
"Görün, onlar Hindistan, Misir, Türkiyə kimi tərəfdaşlarımızdan hərbi-texniki sahədə əməkdaşlığı dayandırmağı necə tələb edirlər və bunlar kifayət qədər böyük ölkələrdir", - deyə Lavrov vurğulayıb.
Rusiya XİN rəhbəri bəyan edib ki, Rusiya dollar ehtiyatlarını sürətlə azaldır və hesablaşmalarda milli valyutaya keçidi təşviq edir. Bu isə Qərbdə siyasətçilər və iqtisadçılar arasında həyəcanlı müzakirələrə səbəb olur.
Nazirin sözlərinə görə, Rusiya Federasiyası Mərkəzi Bankı tərəfindən hazırlanmış maliyyə sistemi SWIFT qədər dayanıqlı olmasa da, işləyir.
Rusiya mədəniyyətinin və idmanının təbliğində Qərbin maneələri
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb Rusiyanın "yumşaq gücünü" məhdudlaşdırmaqla rus mədəniyyətinin dünyadakı mövqeyini və nüfuzunu sarsıtmağa çalışır.
Mən "Rusiyanın məşhur yumşaq gücü" ifadəsini işlətmək istəməzdim. Sovetin gücü sərt-yumşaq idi - nədə sərt olduğu məlumdur, yumşaq güc isə balet, ilk növbədə idman, əlbəttə ki, incəsənət, mədəniyyət... İndi bu konsepsiya çərçivəsində və Rusiyanın hər yerdə qarşısının alınması üçün Qərb nəinki öz aqressiv müttəfiqlərini üzərimizə salmağa çalışır və onları silahla təchiz edir, həm də elə həmin "yumşaq gücü", rus mədəniyyətini sarsıtmaq, nüfuzdan salmaq istəyir", - deyə Lavrov bildirib.
Buna nümunə olaraq nazir deyib ki, "Qərb həm doğru xəbər yayan, ən azından bizim həqiqətlərimizi çatdıran Rusiya mətbuatını gözdən salmağa, həm də bütün qitələrdəki ölkələri bizimlə birgə iş görməkdən çəkindirməyə çalışır".
Xaricdə rus dilinə dəstək
Lavrov çıxışında onu da bildirib ki, Rusiya Xarici İşlər Nazirliyi xaricdə rus dilinin dəstəklənməsi və təbliği məsələsinə xüsusi diqqət yetirir.
"Biz bu məsələyə daha çox diqqət yetiririk. Bu günlərdə xaricdə rus dilinin dəstəklənməsi və təşviqi üzrə dövlət proqramı üzərində iş başa çatacaq. Bu, bütün ölkələrin səylərini əlaqələndirmək üçün nəzərdə tutulmuş kifayət qədər ciddi, radikal sənəddir", – deyə o bildirib.
Nazirin qeyd etdiyi kimi, bu məsələ ilə Rusiyanın bir çox idarə və təşkilatları, o cümlədən, "Rossotrudniçestvo" və "Russkiy mir" fondu məşğul olur. Dövlət proqramı isə bu istiqamətdə səyləri koordinasiya etməklə dünyada rus dilinin dəstəklənməsinə kompleks yanaşmanı təmin edəcək.
Xəbər lenti
0