https://sputnik.az/20220127/ukraynanin-hazirki-rehberliyi-ile-danisiqlar-aparmaq-menasizdir--medvedev-438557851.html
Ukraynanın hazırkı rəhbərliyi ilə danışıqlar aparmaq mənasızdır – Medvedev
Ukraynanın hazırkı rəhbərliyi ilə danışıqlar aparmaq mənasızdır – Medvedev
Sputnik Azərbaycan
Heç kim ABŞ-ın Ukrayna ilə bağlı danışıqlara qoşulmasına heç vaxt etiraz etməyib. 27.01.2022, Sputnik Azərbaycan
2022-01-27T12:43+0400
2022-01-27T12:43+0400
2022-01-27T14:34+0400
rusiya
rusiya
ukrayna
dmitri medvedev
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426108630_0:0:2943:1655_1920x0_80_0_0_63c451d0075439fc4dfc0e8007409e3c.jpg
BAKI, 27 yanvar — Sputnik. Ukraynanın hazırkı rəhbərliyi ilə danışıqlar aparmaq mənasızdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedev Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Baydenlə üçtərəfli görüş keçirmək təşəbbüsünə münasibət bildirirkən qeyd edib."Yalan danışan, qərarlara əməl etməyən, öz əhalisinin bir hissəsinə qarşı yönəlmiş qərarlar qəbul edən, bu mənada heç bir beynəlxalq öhdəliklərə əməl etməyən belə siyasətçilərlə söhbət etmək mənasızdır. Düzdür, belə bir təşəbbüs barədə ölkə prezidenti (Rusiya Prezidenti – red.) qərar verəcək. Lakin mənə elə gəlir ki, bu yaxınlarda o da öz mövqeyini qəti şəkildə ifadə etdi", - deyə Medvedev qeyd edib.Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib ki, heç kim ABŞ-ın Ukrayna ilə bağlı danışıqlara qoşulmasına heç vaxt etiraz etməyib:Qeyd edək ki, ötən gün Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan "NTV" telekanalına müsahibəsində bildirib ki, "Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenski Türkiyədə qəbul etməklə, sülhə aparan yolun əsasını qoya bilərik": "Bu, bizim regiondur. Biz Rusiya ilə Ukrayna arasında gərginliyin yeni böhrana çevrilməsinin əleyhinəyik. Bunun üçün mümkün olan hər şeyi etməyə hazırıq. Mən bu mesajları Putinə və Zelenskiyə çatdırdım. Düşünürəm ki, hər iki ölkə Türkiyənin səmimiyyətindən və bizim xoş niyyətimizdən xəbərdardır", - deyə Ərdoğan qeyd edib."İki ölkənin liderini Türkiyədə qəbul edib, sülhə aparan yolunu aça bilərik. Region qeyri-sabitlikdən kifayət qədər əziyyət çəkib və bu, bizə çox mənfi təsir göstərir. Biz daha çox müharibə istəmirik. Biz məsələnin dialoq yolu ilə həllini və güc tətbiqindən çəkinməyi zəruri hesab edirik", - deyə Ərdoğan qeyd edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:ABŞ Rusiyanın təhlükəsizlik təkliflərinə cavab verdi - ən son yenilikMoskva Qərbin gözdənsalma kampaniyasına necə cavab verəcək – video
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426108630_0:0:2729:2047_1920x0_80_0_0_fad26ef3bc7df57b8d4f62353cca7184.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, ukrayna, dmitri medvedev
rusiya, ukrayna, dmitri medvedev
Ukraynanın hazırkı rəhbərliyi ilə danışıqlar aparmaq mənasızdır – Medvedev
12:43 27.01.2022 (Yenilənib: 14:34 27.01.2022) Heç kim ABŞ-ın Ukrayna ilə bağlı danışıqlara qoşulmasına heç vaxt etiraz etməyib.
BAKI, 27 yanvar — Sputnik. Ukraynanın hazırkı rəhbərliyi ilə danışıqlar aparmaq mənasızdır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu
Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini
Dmitri Medvedev Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Baydenlə üçtərəfli görüş keçirmək təşəbbüsünə münasibət bildirirkən qeyd edib.
"Yalan danışan, qərarlara əməl etməyən, öz əhalisinin bir hissəsinə qarşı yönəlmiş qərarlar qəbul edən, bu mənada heç bir beynəlxalq öhdəliklərə əməl etməyən belə siyasətçilərlə söhbət etmək mənasızdır. Düzdür, belə bir təşəbbüs barədə ölkə prezidenti (Rusiya Prezidenti – red.) qərar verəcək. Lakin mənə elə gəlir ki, bu yaxınlarda o da öz mövqeyini qəti şəkildə ifadə etdi", - deyə Medvedev qeyd edib.
Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib ki, heç kim ABŞ-ın Ukrayna ilə bağlı danışıqlara qoşulmasına heç vaxt etiraz etməyib:
"Amerika artıq "oyundadır", Kiyevə fəal şəkildə təsir edir və "bizim üçün problemlər yaratmağa" çalışır, əsas odur ki, Donbas üzrə Minsk razılaşmaları həyata keçirilsin".
Qeyd edək ki, ötən gün Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan "NTV" telekanalına müsahibəsində bildirib ki, "Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenski Türkiyədə qəbul etməklə, sülhə aparan yolun əsasını qoya bilərik": "Bu, bizim regiondur. Biz Rusiya ilə Ukrayna arasında gərginliyin yeni böhrana çevrilməsinin əleyhinəyik. Bunun üçün mümkün olan hər şeyi etməyə hazırıq. Mən bu mesajları Putinə və Zelenskiyə çatdırdım. Düşünürəm ki, hər iki ölkə Türkiyənin səmimiyyətindən və bizim xoş niyyətimizdən xəbərdardır", - deyə Ərdoğan qeyd edib.
"İki ölkənin liderini Türkiyədə qəbul edib, sülhə aparan yolunu aça bilərik. Region qeyri-sabitlikdən kifayət qədər əziyyət çəkib və bu, bizə çox mənfi təsir göstərir. Biz daha çox müharibə istəmirik. Biz məsələnin dialoq yolu ilə həllini və güc tətbiqindən çəkinməyi zəruri hesab edirik", - deyə Ərdoğan qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.