https://sputnik.az/20220127/azerbaycan-xn-holokostu-anim-gunu-ile-bagli-paylasim-edib-438550866.html
Azərbaycan XİN Holokostu anım günü ilə bağlı paylaşım edib
Azərbaycan XİN Holokostu anım günü ilə bağlı paylaşım edib
Sputnik Azərbaycan
Holokost - Almaniyanın faşizm dövründə törətdiyi, təxminən 6 milyon insanın sistemli şəkildə öldürüldüyü qətliama verilən addır.
2022-01-27T10:25+0400
2022-01-27T10:25+0400
2022-01-27T10:25+0400
xin
cəmiyyət
holokost
https://cdnn1.img.sputnik.az/img/42302/68/423026885_0:318:2079:1487_1920x0_80_0_0_7cbaa6f2ba8b9465f331563641a441b7.jpg
BAKI, 27 yanvar — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Holokostu anım günü ilə bağlı paylaşım edib. Sputnik Azərbaycan xəbər verir ki, paylaşımda bildirilir:"Bu gün zəmanəmizin ən dəhşətli cinayətlərindən biri olan Holokostun anım günüdür. Bu gün biz nifrət, soyqırım, insanlığa qarşı cinayətlər, irqçilik və ksenofobiyanı xatırlayırıq və onlara qarşı birlikdəyik". Holokost (yunanca: holokauston), "holos" (bütün) və "kaustos" (yanmış, köz olmuş) sözlərinin birləşməsindən düzəlir və tamamilə yanmış, yanıb kül olmuş mənasını verir. Yəhudi soyqırımı ya da Ha-Shoa (ivritcə: fəlakət) — Almaniyanın faşizm dövründə törətdiyi, təxminən 6 milyon insanın sistemli şəkildə öldürüldüyü qətliama verilən addır."Holokost" sözü həm də yəhudi dini mərasimləri zamanı yandırılaraq tanrıya təqdim edilən bir məhsulun adıdır.Yəhudilər başda olmaqla sintlər, romanlar və digər "qaraçı" qəbul edilən insanlar, faşizm əlehdarı almanlar, əlillər, homoseksuallar və döyüş əsirləri bu qətliamın qurbanı olmuşlar. Bir çox alim isə bu qrupları Holokosta daxil etməyərək, Holokostu yalnız Yəhudi Soyqırımı olaraq qəbul etmişlər. Faşistlər Holokostu "yəhudi probleminə son həll" olaraq görürdülər. Bütün Holokost qurbanları hesaba alınarsa, həyatını itirənlərin sayı bəzi alimlərə görə 17 milyon insana qədər qalxa bilər.Bu insanların öldürülmə səbəbləri faşizm dövründə son həddə çatmış yəhudi nifrətinin və faşizm irqçiliyinə görə "yaşamaq haqqı olmayan aşağı irqlər" olaraq görülmələri idi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Hikmət Hacıyev: “Xocalı soyqırımına ədalətli qiymət verilsəydi, Ruanda soyqırımı olmazdı”Rusiya nasizmin qəhramanlaşdırılmasına imkan verməyəcək - Gennadi Kuzmin
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42302/68/423026885_55:0:2079:1518_1920x0_80_0_0_b2b3642aa37abd88c9bb2f7b1cdfa88a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan xin holokostu anım günü ilə bağlı paylaşım edib
azərbaycan xin holokostu anım günü ilə bağlı paylaşım edib
Azərbaycan XİN Holokostu anım günü ilə bağlı paylaşım edib
"Holokost" sözü həm də yəhudi dini mərasimləri zamanı yandırılaraq tanrıya təqdim edilən bir məhsulun adıdır.
BAKI, 27 yanvar — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Holokostu anım günü ilə bağlı paylaşım edib.
Sputnik Azərbaycan xəbər verir ki, paylaşımda bildirilir:
"Bu gün zəmanəmizin ən dəhşətli cinayətlərindən biri olan Holokostun anım günüdür. Bu gün biz nifrət, soyqırım, insanlığa qarşı cinayətlər, irqçilik və ksenofobiyanı xatırlayırıq və onlara qarşı birlikdəyik".
Holokost (yunanca: holokauston), "holos" (bütün) və "kaustos" (yanmış, köz olmuş) sözlərinin birləşməsindən düzəlir və tamamilə yanmış, yanıb kül olmuş mənasını verir. Yəhudi soyqırımı ya da Ha-Shoa (ivritcə: fəlakət) — Almaniyanın faşizm dövründə törətdiyi, təxminən 6 milyon insanın sistemli şəkildə öldürüldüyü qətliama verilən addır.
"Holokost" sözü həm də yəhudi dini mərasimləri zamanı yandırılaraq tanrıya təqdim edilən bir məhsulun adıdır.
Yəhudilər başda olmaqla sintlər, romanlar və digər "qaraçı" qəbul edilən insanlar, faşizm əlehdarı almanlar, əlillər, homoseksuallar və döyüş əsirləri bu qətliamın qurbanı olmuşlar. Bir çox alim isə bu qrupları Holokosta daxil etməyərək, Holokostu yalnız Yəhudi Soyqırımı olaraq qəbul etmişlər. Faşistlər Holokostu "yəhudi probleminə son həll" olaraq görürdülər. Bütün Holokost qurbanları hesaba alınarsa, həyatını itirənlərin sayı bəzi alimlərə görə 17 milyon insana qədər qalxa bilər.
Bu insanların öldürülmə səbəbləri faşizm dövründə son həddə çatmış yəhudi nifrətinin və faşizm irqçiliyinə görə "yaşamaq haqqı olmayan aşağı irqlər" olaraq görülmələri idi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.