https://sputnik.az/20220120/rusiya-nasizmin-qehramanlasdirilmasina-imkan-vermeyecek---gennadi-kuzmin-438353486.html
Rusiya nasizmin qəhramanlaşdırılmasına imkan verməyəcək - Gennadi Kuzmin
Rusiya nasizmin qəhramanlaşdırılmasına imkan verməyəcək - Gennadi Kuzmin
Sputnik Azərbaycan
Rusiyanın BMT yanında daimi nümayəndəsinin müavini Gennadi Kuzmin deyib ki, onun ölkəsi nasizmin qəhramanlaşdırılmasına və neonasizmin yayılmasına imkan... 20.01.2022, Sputnik Azərbaycan
2022-01-20T22:15+0400
2022-01-20T22:15+0400
2022-01-20T22:15+0400
rusiya
bmt
faşizm
holokost
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/11/437323904_0:0:2145:1208_1920x0_80_0_0_d70294743aa48e506e7db197ab644e92.jpg
BAKI, 20 yanvar - Sputnik. Rusiya nasizmin qəhramanlaşdırılmasına və neonasizmin yayılmasına imkan verməyəcək, İkinci Dünya Müharibəsi ilə bağlı həqiqətə böhtan atmaq cəhdlərini qəbul etməyəcək.Bunu BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Rusiyanın BMT yanında daimi nümayəndəsinin müavini Gennadi Kuzmin deyib.“Biz azad edən əsgərlərin xatirəsinə ucaldılan abidələrin təhqir olunmasına, nasizmin qəhramanlaşdırılmasına və neonasizmin yayılmasına yol verməyəcəyik. Bu cür hərəkətlər beynəlxalq sülh və təhlükəsizliyə təhlükə yaradır”, - deyə, o əlavə edib.Onun sözlərinə görə, Moskva Holokost qurbanlarının, nasist Almaniyası və onun əlbirlərinin digər cinayətləri haqqında həqiqətlərin üzə çıxarılmasını prinsipial vacib hesab edir.BMT Baş Assambleyası Holokostun inkarını pisləyən qətnamə qəbul edibBMT Baş Assambleyası Holokostun tarixi hadisə kimi inkarını pisləyən və rədd edən qətnamə qəbul edib.Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, İsrail, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Ukrayna, Gürcüstan da daxil olmaqla, 60-dan çox ölkə qətnamənin həmmüəllifi kimi çıxış edib. Qətnamə səsə qoyulmadan qəbul edilib.Qətnamənin mətninə əsasən, Baş Assambleya Holokostun tarixi hadisə kimi hər hansı tam və ya qismən inkarını rədd edir və qeyd-şərtsiz pisləyir.Baş Assambleya nasistlərin ölüm düşərgələri kimi istifadə etdiyi ərazilərin qorunub saxlanmasına töhfə verən ölkələrə minnətdarlığını bildirib. Qətnamə müəllifləri dövlətləri gələcək nəsillərin yaddaşında qalması üçün Holokostla bağlı təhsil proqramları hazırlamağa çağırıb.Qurum həmçinin hökumətləri və sosial media şirkətlərini antisemitizmi, Holokostu inkarı və onun tarixinin təhrifini təşviq edən materialların yayılması üçün informasiya və kommunikasiya texnologiyalarının istifadəsinə qarşı fəal tədbirlər görməyə çağırır.Qeyd edək ki, BMT Baş Assambleyasının 2005-ci il noyabrın 1-də qəbul etdiyi qətnaməyə əsasən, hər il yanvarın 27-si Holokost qurbanlarının Beynəlxalq Anım Günü kimi qeyd olunur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/11/437323904_0:0:2145:1610_1920x0_80_0_0_3aaf8b468609074205b24c31bcde9a12.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya neonasizmin yayılmasına imkan verməyəcək
rusiya neonasizmin yayılmasına imkan verməyəcək
Rusiya nasizmin qəhramanlaşdırılmasına imkan verməyəcək - Gennadi Kuzmin
Rusiyanın BMT yanında daimi nümayəndəsinin müavini Gennadi Kuzmin deyib ki, onun ölkəsi nasizmin qəhramanlaşdırılmasına və neonasizmin yayılmasına imkan verməyəcək.
BAKI, 20 yanvar - Sputnik. Rusiya nasizmin qəhramanlaşdırılmasına və neonasizmin yayılmasına imkan verməyəcək, İkinci Dünya Müharibəsi ilə bağlı həqiqətə böhtan atmaq cəhdlərini qəbul etməyəcək.
Bunu BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Rusiyanın BMT yanında daimi nümayəndəsinin müavini Gennadi Kuzmin deyib.
“Biz azad edən əsgərlərin xatirəsinə ucaldılan abidələrin təhqir olunmasına, nasizmin qəhramanlaşdırılmasına və neonasizmin yayılmasına yol verməyəcəyik. Bu cür hərəkətlər beynəlxalq sülh və təhlükəsizliyə təhlükə yaradır”, - deyə, o əlavə edib.
Onun sözlərinə görə, Moskva Holokost qurbanlarının, nasist Almaniyası və onun əlbirlərinin digər cinayətləri haqqında həqiqətlərin üzə çıxarılmasını prinsipial vacib hesab edir.
BMT Baş Assambleyası Holokostun inkarını pisləyən qətnamə qəbul edib
BMT Baş Assambleyası Holokostun tarixi hadisə kimi inkarını pisləyən və rədd edən qətnamə qəbul edib.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, İsrail, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Ukrayna, Gürcüstan da daxil olmaqla, 60-dan çox ölkə qətnamənin həmmüəllifi kimi çıxış edib. Qətnamə səsə qoyulmadan qəbul edilib.
Qətnamənin mətninə əsasən, Baş Assambleya Holokostun tarixi hadisə kimi hər hansı tam və ya qismən inkarını rədd edir və qeyd-şərtsiz pisləyir.
Baş Assambleya nasistlərin ölüm düşərgələri kimi istifadə etdiyi ərazilərin qorunub saxlanmasına töhfə verən ölkələrə minnətdarlığını bildirib. Qətnamə müəllifləri dövlətləri gələcək nəsillərin yaddaşında qalması üçün Holokostla bağlı təhsil proqramları hazırlamağa çağırıb.
Qurum həmçinin hökumətləri və sosial media şirkətlərini antisemitizmi, Holokostu inkarı və onun tarixinin təhrifini təşviq edən materialların yayılması üçün informasiya və kommunikasiya texnologiyalarının istifadəsinə qarşı fəal tədbirlər görməyə çağırır.
Qeyd edək ki, BMT Baş Assambleyasının 2005-ci il noyabrın 1-də qəbul etdiyi qətnaməyə əsasən, hər il yanvarın 27-si Holokost qurbanlarının Beynəlxalq Anım Günü kimi qeyd olunur.