https://sputnik.az/20220126/lamborghini-planeti-xilas-etmek-isteyir-438500861.html
"Lamborghini" planeti xilas etmək istəyir
"Lamborghini" planeti xilas etmək istəyir
Sputnik Azərbaycan
"Lamborghini" elektrik mühərriklərinə keçid məqsədilə rekord məbləğdə – 1,5 milyard avro (1,7 milyard dollar) vəsait ayırıb.
2022-01-26T08:37+0400
2022-01-26T08:37+0400
2022-01-26T08:37+0400
lamborghini
dünya xəbərləri
toyota
"volkswagen"
tesla
https://cdnn1.img.sputnik.az/img/41751/36/417513645_0:0:1921:1080_1920x0_80_0_0_2580b0ba979eb62faabe3e12e2c51402.jpg
BAKI, 26 yanvar — Sputnik. Gələn ildən etibarən İtaliyanın "Volkswagen AG" şirkətinə məxsus "Lamborghini" konserni təkcə benzin mühərrikləri ilə işləyən avtomobillərin istehsalını dayandıracaq. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, Şirkət planeti xilas etmək və iqlim məqsədlərinə çatmaq üçün dəyişməyə qərar verib.Konsernin baş direktoru Stefan Vinkelmann Bloomberg-ə müsahibəsində bildirib ki, 2023-cü ildə "Lamborghini" həm daxili yanma mühərriki, həm də elektrik mühərriki ilə təchiz edilmiş ilk hibrid avtomobilini təqdim edəcək.2024-cü ildən başlayaraq bütün modellər, o cümlədən "Urus" və "Aventador" idman avtomobili elektrik mühərrikləri ilə təchiz olunacaq. Tam təchiz olunmuş elektro avtomobilin buraxılışı isə 2025-ci ilə planlaşdırılır."Lamborghini" elektrik mühərriklərinə keçid məqsədilə rekord məbləğdə – 1,5 milyard avro (1,7 milyard dollar) vəsait ayırıb.İtaliya avtomobil nəhənginin elektriklə işləyən ilk avtomobilinin dəqiq hansı olacağı isə hələ də bəlli deyil, şirkət yalnız dördqapılı versiyaya üstünlük verdiyini bildirib.Qeyd edək ki, 2021-ci ilin sonunda "Toyota" da genişmiqyaslı planlarını açıqlamışdı: Yapon konserni 2030-cu ilə qədər 30 elektrik avtomobil modelini təqdim etməyə hazırlaşır. Şirkətin rəhbəri Akio Toyoda söz verib ki, 2035-ci ilə qədər şirkət öz müəssisələrinin karbon neytrallığına nail olmaq niyyətindədir. Qlobal planları həyata keçirmək üçün "Toyota" akkumulyator texnologiyasına sərmayəni 4,4 milyard dollara çatdırmaq istəyir.İndiyədək bu bazarda lider mövqe tutan Amerikanın "Tesla" şirkəti isə bu yaxınlarda yenilənmiş "Cybertruck" elektrik pikapını təqdim edib. Model hər təkəri müstəqil idarə olunan dörd mühərriklə təchiz edilib. Həmçinin, avtomobildə iki yeni funksiya - "tank " və "krab" rejimi olacaq.Birinci rejimdə pikap öz oxu ətrafında dönə biləcək ki, bu da elektromobilin manevr qabiliyyətini təkmilləşdirməlidir. İkinci rejimdə isə "Cybertruck" diaqonal şəkildə hərəkət edə biləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:İran “Lamborghini”ni oğurladı, yaratdı və ... – FOTODəyəri yüz minlərlə ölçülən maşın sahibi yolda qoydu“Tesla” şirkəti 2021-ci ildə rekord sayda elektromobil satıb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41751/36/417513645_102:0:1809:1280_1920x0_80_0_0_14ba921d7e1e7ce55e16ddfaf756122e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"lamborghini" planeti xilas etmək istəyir
"lamborghini" planeti xilas etmək istəyir
"Lamborghini" planeti xilas etmək istəyir
2024-cü ildən başlayaraq bütün modellər, o cümlədən "Urus" və "Aventador" idman avtomobili elektrik mühərrikləri ilə təchiz olunacaq.
BAKI, 26 yanvar — Sputnik. Gələn ildən etibarən İtaliyanın
"Volkswagen AG" şirkətinə məxsus
"Lamborghini" konserni təkcə benzin mühərrikləri ilə işləyən avtomobillərin istehsalını dayandıracaq.
Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, Şirkət planeti xilas etmək və iqlim məqsədlərinə çatmaq üçün dəyişməyə qərar verib.
Konsernin baş direktoru Stefan Vinkelmann Bloomberg-ə müsahibəsində bildirib ki, 2023-cü ildə "Lamborghini" həm daxili yanma mühərriki, həm də elektrik mühərriki ilə təchiz edilmiş ilk hibrid avtomobilini təqdim edəcək.
2024-cü ildən başlayaraq bütün modellər, o cümlədən "Urus" və "Aventador" idman avtomobili elektrik mühərrikləri ilə təchiz olunacaq. Tam təchiz olunmuş elektro avtomobilin buraxılışı isə 2025-ci ilə planlaşdırılır.
"Lamborghini" elektrik mühərriklərinə keçid məqsədilə rekord məbləğdə – 1,5 milyard avro (1,7 milyard dollar) vəsait ayırıb.
İtaliya avtomobil nəhənginin elektriklə işləyən ilk avtomobilinin dəqiq hansı olacağı isə hələ də bəlli deyil, şirkət yalnız dördqapılı versiyaya üstünlük verdiyini bildirib.
Qeyd edək ki, 2021-ci ilin sonunda "Toyota" da genişmiqyaslı planlarını açıqlamışdı: Yapon konserni 2030-cu ilə qədər 30 elektrik avtomobil modelini təqdim etməyə hazırlaşır. Şirkətin rəhbəri Akio Toyoda söz verib ki, 2035-ci ilə qədər şirkət öz müəssisələrinin karbon neytrallığına nail olmaq niyyətindədir. Qlobal planları həyata keçirmək üçün "Toyota" akkumulyator texnologiyasına sərmayəni 4,4 milyard dollara çatdırmaq istəyir.
İndiyədək bu bazarda lider mövqe tutan Amerikanın "Tesla" şirkəti isə bu yaxınlarda yenilənmiş "Cybertruck" elektrik pikapını təqdim edib. Model hər təkəri müstəqil idarə olunan dörd mühərriklə təchiz edilib. Həmçinin, avtomobildə iki yeni funksiya - "tank " və "krab" rejimi olacaq.
Birinci rejimdə pikap öz oxu ətrafında dönə biləcək ki, bu da elektromobilin manevr qabiliyyətini təkmilləşdirməlidir. İkinci rejimdə isə "Cybertruck" diaqonal şəkildə hərəkət edə biləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.