CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident yüz yaşlı vəzifə adamına "İstiqlal" ordenini təqdim edib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovaya “İstiqlal” ordenini təqdim edib
Prezident İlham Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovaya “İstiqlal” ordenini təqdim edib - Sputnik Azərbaycan, 1920, 25.01.2022
Abunə olmaq
F.Səttarova uzun illər rəhbər vəzifələrdə çalışıb. O, xeyli müddət müharibə və əmək veteranı kimi Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvü olub.
BAKI, 25 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İkinci Dünya Müharibəsinin iştirakçısı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 100 illiyi münasibətilə ona Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə "İstiqlal" ordenini təqdim edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovaya “İstiqlal” ordenini təqdim edib
Prezident İlham Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovaya “İstiqlal” ordenini təqdim edib - Sputnik Azərbaycan, 1920, 25.01.2022
Prezident İlham Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovaya “İstiqlal” ordenini təqdim edib
Qeyd edək ki, Fatma Hüseyn qızı Səttarova‎ 1922-ci ilin yanvar ayında Bakı şəhərində anadan olub. O, 1941-ci ildə - İkinci Dünya müharibəsi zamanı tibb bacısı kimi könüllü cəbhəyə yollanıb. Alman faşizminə qarşı döyüşlərdə şücaət göstərib.
F.Səttarova uzun illər rəhbər vəzifələrdə çalışıb. O, xeyli müddət müharibə və əmək veteranı kimi Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvü olub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin ötən il yanvarın 16-da keçirilən iclasında F.Səttarova təşkilatın sədri vəzifəsinə seçilib.
Həmçinin oxuyun:
Doxsan doqquz yaşında təşkilata sədr seçilən qadın uzunömürlü olmağının sirrini açdı
"Yaralı görüb heç bir fərq qoymurduq: almana, rusa, qeyri-millətə kömək edirdik"
Xəbər lenti
0