https://sputnik.az/20220125/herbi-qulluqcularin-statusu-haqqinda-yeni-qanun-layihesi-hazirlanib-438500458.html
"Hərbi qulluqçuların statusu haqqında" yeni qanun layihəsi hazırlanıb
"Hərbi qulluqçuların statusu haqqında" yeni qanun layihəsi hazırlanıb
Sputnik Azərbaycan
Ötən sessiyada komitədə “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” qanunda dəyişiklik edilməsi barədə” və bir sıra digər qanun layihələri müzakirə olunub.
2022-01-25T20:04+0400
2022-01-25T20:04+0400
2022-01-25T20:04+0400
ziyafət əsgərov
hərbi
hərbi qulluqçular
qanun
milli məclis
status
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/05/434934988_0:0:943:531_1920x0_80_0_0_4f59eb292c5f4b7448fc019314fd9fc5.jpg
BAKI, 25 yanvar — Sputnik. Azərbaycanda "Hərbi qulluqçuların statusu haqqında" yeni qanun layihəsi hazırlanıb.Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov komitənin 2022-ci ilin yaz sessiyasında keçirilən iclasında deyib.O bildirib ki, bu sessiya ərzində qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin, mövcud qanunlara ediləcək dəyişikliklərin müzakirəsi, habelə komitəyə müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflərin təhlili və ümumiləşdirilməsi, vətəndaşların qəbulunun, ərizə və şikayətlərlə işin təşkili nəzərdə tutulub.İş planına "Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsinin daxil edildiyini deyən komitə sədri sənədin yüksək səviyyədə hazırlandığını, müvafiq dövlət qurumlarından müsbət rəylərin verildiyini bildirib.Komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiq edilib.Ziyafət Əsgərov 2021-ci ilin payız sessiyası ərzində komitədə görülən işlər barədə məlumat verib. Bildirilib ki, hesabat dövründə 21 iclas keçirilib, 8 məsələyə baxılıb. Belə ki, ötən sessiyada komitədə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunda dəyişiklik edilməsi barədə”, “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” qanunda dəyişiklik edilməsi barədə” və bir sıra digər qanun layihələri müzakirə olunub.Komitə tərəfindən Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinin 1-ci ildönümünə həsr olunmuş bir sıra konfranslar, həmçinin Vətən müharibəsi qaziləri, hərbçilərlə görüşlər də təşkil olunub.Qeyd edək ki, mövcud "Hərbi qulluqçuların statusu haqqında" qanun 1991-ci ildə qəbul edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Konstitusiya Məhkəməsi hərbi xidmətdən tərxis olunan şəxslərlə bağlı qərar çıxarıbHərbçilərin icbari sığortası necə həyata keçiriləcək?"Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/05/434934988_49:0:938:667_1920x0_80_0_0_4dc9e775d7c1849e3d9841a05c6a5821.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
"hərbi qulluqçuların statusu haqqında" yeni qanun layihəsi hazırlanıb - foto
"hərbi qulluqçuların statusu haqqında" yeni qanun layihəsi hazırlanıb - foto
"Hərbi qulluqçuların statusu haqqında" yeni qanun layihəsi hazırlanıb
Ziyafət Əsgərov sənədin yüksək səviyyədə hazırlandığını, müvafiq dövlət qurumlarından müsbət rəylərin verildiyini bildirib.
BAKI, 25 yanvar — Sputnik. Azərbaycanda "Hərbi qulluqçuların statusu haqqında" yeni qanun layihəsi hazırlanıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov komitənin 2022-ci ilin yaz sessiyasında keçirilən iclasında deyib.
O bildirib ki, bu sessiya ərzində qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin, mövcud qanunlara ediləcək dəyişikliklərin müzakirəsi, habelə komitəyə müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflərin təhlili və ümumiləşdirilməsi, vətəndaşların qəbulunun, ərizə və şikayətlərlə işin təşkili nəzərdə tutulub.
İş planına "Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsinin daxil edildiyini deyən komitə sədri sənədin yüksək səviyyədə hazırlandığını, müvafiq dövlət qurumlarından müsbət rəylərin verildiyini bildirib.
Komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiq edilib.
Ziyafət Əsgərov 2021-ci ilin payız sessiyası ərzində komitədə görülən işlər barədə məlumat verib. Bildirilib ki, hesabat dövründə 21 iclas keçirilib, 8 məsələyə baxılıb. Belə ki, ötən sessiyada komitədə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunda dəyişiklik edilməsi barədə”, “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” qanunda dəyişiklik edilməsi barədə” və bir sıra digər qanun layihələri müzakirə olunub.
Komitə tərəfindən Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinin 1-ci ildönümünə həsr olunmuş bir sıra konfranslar, həmçinin Vətən müharibəsi qaziləri, hərbçilərlə görüşlər də təşkil olunub.
Qeyd edək ki, mövcud "Hərbi qulluqçuların statusu haqqında" qanun 1991-ci ildə qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.