Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

"Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq

© AFP 2024 / PIERO CRUCIATTIHəkim, arxiv şəkli
Həkim, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.01.2022
Abunə olmaq
Milli Məclisin Gənclər və idman komitəsinin 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.
BAKI, 24 yanvar — Sputnik. Milli Məclisin Gənclər və idman komitəsində "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinin, eləcə də "Ali təhsil haqqında" qanun layihəsində gənclərlə bağlı müddəaların müzakirəsi nəzərdə tutulub.
Sputnik Azərbaycan xəbər verir ki, bu, komitənin 2021-ci ilin yaz sessiyası üçün iş planına daxil edilib.
Eyni zamanda, iş planında 2022-ci ilin "Şuşa ili" elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq, gənclərin maarifləndirilməsi tədbirlərinin, komitə üzvlərinin mütəmadi olaraq seçki dairələrinə daxil olan ərazidə yaşayan şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə görüşlərinin, Xocalı soyqırımına həsr olunmuş tədbirlərin keçirilməsinə, ölkə əhəmiyyətli ictimai-siyasi hadisələrlə əlaqədar müxtəlif səpkili tədbirlərin təşkilinə də geniş yer ayrılıb.
İş planında Milli Məclisə daxil olacaq qanun layihələri, bir sıra qanunlarda dəyişiklik edilməsi ilə bağlı məsələlər də var.
Qeyd edək ki, bu gün Milli Məclisin Gənclər və idman komitəsinin yaz sessiyasında onlayn formatda ilk iclası keçirilib.
Onlayn iclasda Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev diqqətə çatdırıb ki, iclasın gündəliyinə 2021-ci ilin payız sessiyası dövründə Gənclər və idman komitəsində görülən işlər barədə hesabat və komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı daxil edilib.
İclasda Adil Əliyev qeyd edib ki, 2020-ci il Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi Zəfərimizlə xarakterizə olunduğu kimi, 2021-ci il də öz növbəsində Qarabağımızda aparılan böyük tikinti və yenidənqurma da daxil olmaqla, həm dövlətimiz, həm də xalqımız üçün olduqca mühüm hadisələrlə yadda qaldı.
Vitse-spiker 2021-ci ilin payız sessiyasında görülmüş işlər barədə məlumat verərək diqqətə çatdırıb ki, Gənclər və idman komitəsinin üzvləri ötən müddət ərzində səmərəli fəaliyyət göstərib, bu sahədə ölkədə həyata keçirilən islahatlarla bağlı üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər. Bununla əlaqədar qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində də lazımi addımlar atılıb. Bu dövrdə komitənin 9 iclası keçirilib. Payız sessiyasında Gənclər və idman komitəsinə 751-i yazılı olmaqla, şifahi və sosial şəbəkələr üzərindən 1400-dən çox vətəndaşımız tərəfindən ünvanlanmış müraciətlərə baxılıb, bu müraciətlərin böyük əksəriyyəti müsbət həllini tapıb.
Bildirilib ki, Milli Məclisdə pandemiya qaydalarına uyğun olaraq 53 görüş təşkil etməklə, 450-dən çox Vətən müharibəsi qazisi, həkimlər, habelə fəal gənclərimizlə görüşlər keçirilib. Görüş iştirakçılarına əldə etdikləri nailiyyətlərə görə müxtəlif mükafatlar, Fəxri fərmanlar təqdim edilib. Eyni zamanda, 20 saylı Nərimanov İkinci seçki dairəsində canlı və onlayn görüşlər keçirib, seçiciləri düşündürən məsələlər üzrə müvafiq tədbirlər görülüb.
Müzakirələrin sonunda Gənclər və idman komitəsinin Milli Məclisin 2021-ci ilin payız sessiyası dövründə gördüyü işlərlə bağlı hesabatı məqbul sayılıb və komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.
Xəbər lenti
0