https://sputnik.az/20220118/katex-selalesi-turizm-marsrutuna-cevrilecek-438279864.html
Katex şəlaləsi turizm marşrutuna çevriləcək
Katex şəlaləsi turizm marşrutuna çevriləcək
Sputnik Azərbaycan
Qoruqdan fərqli olaraq biosfer rezervatın ərazisinə ekoturistlərin girişi açıq olacaq. 18.01.2022, Sputnik Azərbaycan
2022-01-18T18:21+0400
2022-01-18T18:21+0400
2022-01-18T18:21+0400
flora
azərbaycan xəbərləri
turizm
katex kəndi
şəlalə
video görüntü
https://cdnn1.img.sputnik.az/img/42258/95/422589557_0:0:2000:1125_1920x0_80_0_0_df67263b0f6f9f33e3e907ff60055466.jpg
BAKI, 18 yanvar — Sputnik. Hazırda Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında Zaqatala biorezervatının yaradılması layihəsi başlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova "Ekspert saatı"nda deyib.Onun sözlərinə görə, layihə başa çatdıqdan sonra qoruğun bazasında rezervat yaradılacaq: "Bu da orada ekoturizmin fəaliyyətinə imkan yaradacaq. Bununla da Katex şəlaləsi turizm marşrutlarından biri kimi qəbul edilə bilər. Bunun üçün müəyyən araşdırmalar lazımdır. Həm yerli, həm xarici ekspertlərin rəyi önəmlidir".Qeyd edək ki, insanların flora və faunaya zərər vermədən təbiət gözəlliklərini görməsi üçün hərəkət cığırları, seyr nöqtələri müəyyənləşdiriləcək. Qoruqdan fərqli olaraq biosfer rezervatın ərazisinə ekoturistlərin girişi açıq olacaq.Balakən rayonu ərazisindəki Katex şəlaləsi Azərbaycanda ən məşhur şəlalə sayılır. Katex şəlaləsi Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. Şəlalənin hündürlüyü 20 metrə yaxındır. Bu, Azərbaycanın ən bolsulu şəlaləsidir. Şəlaləyə getmək üçün Katex kəndindən keçən sərt eniş-yoxuşlarla hərəkət etmək lazımdır. Katexçaya çatmaq üçün 500 metrlik çətin dolanbaclı və uçurumlu yolu piyada qət etmək gərəkdir. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42258/95/422589557_227:0:2000:1330_1920x0_80_0_0_345f556a573142fac680a35d6fe2f830.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
katex şəlaləsi turizm marşrutuna çevriləcək video
katex şəlaləsi turizm marşrutuna çevriləcək video
Katex şəlaləsi turizm marşrutuna çevriləcək
Qoruqdan fərqli olaraq biosfer rezervatın ərazisinə ekoturistlərin girişi açıq olacaq.
BAKI, 18 yanvar — Sputnik. Hazırda Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında Zaqatala biorezervatının yaradılması layihəsi başlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova "Ekspert saatı"nda deyib.
Onun sözlərinə görə, layihə başa çatdıqdan sonra qoruğun bazasında rezervat yaradılacaq: "Bu da orada ekoturizmin fəaliyyətinə imkan yaradacaq. Bununla da Katex şəlaləsi turizm marşrutlarından biri kimi qəbul edilə bilər. Bunun üçün müəyyən araşdırmalar lazımdır. Həm yerli, həm xarici ekspertlərin rəyi önəmlidir".
Qeyd edək ki, insanların flora və faunaya zərər vermədən təbiət gözəlliklərini görməsi üçün hərəkət cığırları, seyr nöqtələri müəyyənləşdiriləcək. Qoruqdan fərqli olaraq biosfer rezervatın ərazisinə ekoturistlərin girişi açıq olacaq.
Balakən rayonu ərazisindəki Katex şəlaləsi Azərbaycanda ən məşhur şəlalə sayılır. Katex şəlaləsi Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. Şəlalənin hündürlüyü 20 metrə yaxındır. Bu, Azərbaycanın ən bolsulu şəlaləsidir. Şəlaləyə getmək üçün Katex kəndindən keçən sərt eniş-yoxuşlarla hərəkət etmək lazımdır. Katexçaya çatmaq üçün 500 metrlik çətin dolanbaclı və uçurumlu yolu piyada qət etmək gərəkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.