https://sputnik.az/20220124/ermenistan-sulh-danisiqlarina-hazirdir---pasinyan-438464389.html
Ermənistan sülh danışıqlarına hazırdır - Paşinyan
Ermənistan sülh danışıqlarına hazırdır - Paşinyan
Sputnik Azərbaycan
Ermənistanın baş naziri bildirib ki, Yerevan Bakı və Moskvaya sərhəddə təhlükəsizlik və sabitliyin artırılması barədə təkliflərini verib. 24.01.2022, Sputnik Azərbaycan
2022-01-24T21:50+0400
2022-01-24T21:50+0400
2022-01-25T13:52+0400
nikol paşinyan
dünya xəbərləri
danışıqlar
sülh
ermənistan
müqavilə
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/08/425144897_0:0:3078:1731_1920x0_80_0_0_444db4a761e2924afa0490e5f8de98d1.jpg
BAKI, 24 yanvar - Sputnik. Ermənistan baş naziri Nikol Paşinyan bazar ertəsi, yanvarın 24-də keçirilən mətbuat konfransında Ermənistanın Azərbaycanla sülh müqaviləsi üzrə danışıqlara hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır, ancaq bu razılaşma tərtib edilməli, formalaşdırılmalıdır. Paşinyan vurğulayıb ki, bu, danışıqların mövzusudur. 1992-ci ildə Azərbaycan və Ermənistan parlamentlərinin MDB sərhədləri çərçivəsində ərazi bütövlüyünün tanınması, sərhədlərin toxunulmazlığı barədə sənədləri ratifikasiya etdiyini yada salan Paşinyan bildirib ki, "bir çox məsələ və detallar həll olunmamış qalıb və bunun üçün danışıqlar aparılmalıdır". Eyni zamanda Paşinyan məlumat verib ki, Yerevan Bakı ilə Moskvaya sərhəddə təhlükəsizlik və sabitliyin artırılması barədə təkliflərini verib. Həmçinin sərhədlərin delimitasiya və demarkasiyası barədə də. Ermənistan baş naziri prosesin bu detallarını açıqlamasa da, həmin komissiyanın mümkün qədər tez formalaşdırılmalı olduğunu deyib. Azərbaycanın sülh təklifiQeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dəfə Ermənistan tərəfinə sülh müqaviləsini imzalamağı təklif edib. Həmçinin dövlət başçısı Qarabağ münaqişəsinin artıq həll edildiyini, keçmişdə qaldığını dəfələrlə vurğulayıb.Vətən müharibəsi2020-ci il sentyabrın 27-si Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusunun əks-hücumu başladı.Oktyabrın 9-u Cəbrayıl, oktyabrın 17-si Füzuli, oktyabrın 20-si Zəngilan, oktyabrın 25-i Qubadlı, noyabrın 8-i isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin, Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Eləcə də oxuyun:* Azərbaycan Ermənistandan cavab gözləyir - Hikmət Hacıyev* Azərbaycan və Ermənistan sərhədinin təyini: bir xəritə olmayacaq
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/08/425144897_244:0:2975:2048_1920x0_80_0_0_c793d6bee923e038a58b900047ef9f87.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan-azərbaycan sülh danışıqlarına hazırıq - paşinyan
ermənistan-azərbaycan sülh danışıqlarına hazırıq - paşinyan
Ermənistan sülh danışıqlarına hazırdır - Paşinyan
21:50 24.01.2022 (Yenilənib: 13:52 25.01.2022) Ermənistanın baş naziri bildirib ki, Yerevan Bakı və Moskvaya sərhəddə təhlükəsizlik və sabitliyin artırılması barədə təkliflərini verib.
BAKI, 24 yanvar - Sputnik. Ermənistan baş naziri Nikol Paşinyan bazar ertəsi, yanvarın 24-də keçirilən mətbuat konfransında Ermənistanın Azərbaycanla sülh müqaviləsi üzrə danışıqlara hazır olduğunu bəyan edib.
Onun sözlərinə görə, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır, ancaq bu razılaşma tərtib edilməli, formalaşdırılmalıdır. Paşinyan vurğulayıb ki, bu, danışıqların mövzusudur.
1992-ci ildə Azərbaycan və Ermənistan parlamentlərinin MDB sərhədləri çərçivəsində ərazi bütövlüyünün tanınması, sərhədlərin toxunulmazlığı barədə sənədləri ratifikasiya etdiyini yada salan Paşinyan bildirib ki, "bir çox məsələ və detallar həll olunmamış qalıb və bunun üçün danışıqlar aparılmalıdır".
Eyni zamanda Paşinyan məlumat verib ki, Yerevan Bakı ilə Moskvaya sərhəddə təhlükəsizlik və sabitliyin artırılması barədə təkliflərini verib. Həmçinin sərhədlərin delimitasiya və demarkasiyası barədə də. Ermənistan baş naziri prosesin bu detallarını açıqlamasa da, həmin komissiyanın mümkün qədər tez formalaşdırılmalı olduğunu deyib.
Azərbaycanın sülh təklifi
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dəfə Ermənistan tərəfinə sülh müqaviləsini imzalamağı təklif edib. Həmçinin dövlət başçısı Qarabağ münaqişəsinin artıq həll edildiyini, keçmişdə qaldığını dəfələrlə vurğulayıb.
2020-ci il sentyabrın 27-si Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusunun əks-hücumu başladı.
Oktyabrın 9-u Cəbrayıl, oktyabrın 17-si Füzuli, oktyabrın 20-si Zəngilan, oktyabrın 25-i Qubadlı, noyabrın 8-i isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.
Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin, Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.