https://sputnik.az/20220124/azerbaycanin-bank-sektorunun-aktivleri-artib-438443979.html
Azərbaycanın bank sektorunun aktivləri artıb
Azərbaycanın bank sektorunun aktivləri artıb
Sputnik Azərbaycan
2021-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 16 879,3 milyon manatlıq əməliyyat aparılıb.
2022-01-24T16:01+0400
2022-01-24T16:01+0400
2022-01-24T16:01+0400
bank
iqtisadiyyat
aktiv
artım
https://cdnn1.img.sputnik.az/img/42192/03/421920383_0:0:3071:1728_1920x0_80_0_0_4cdb319e7faa56b1198c7fa8dd977048.jpg
BAKI, 24 yanvar — Sputnik. Bu il yanvarın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 38 462,2 milyon manat təşkil edib. Sputnik Azərbaycan Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 20% çoxdur.Bankların aktivlərinin 15 513,3 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 19,1% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 40,6%-dən 40,3%-ə enib.Hesabat dövründə bank sektorunun öhdəlikləri 22,4% artaraq 33 492,9 milyon manata, o cümlədən depozit portfeli 30% artaraq 26 938,3 milyon manata çatıb. Bunun 9 032,4 milyon manatı fiziki, 17 905,9 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 12,3 %, şirkətlərin banklardakı vəsaitləri isə 41,2% artıb.Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 14,8% azalaraq 319,1 milyon manat olub.Sektorun balans kapitalı isə 5,7% artaraq 4 969,3 milyon manat təşkil edib.Həmçinin, 2021-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 16 879,3 milyon manatlıq əməliyyat aparılıb.İllik göstəricinin 8,353 milyard manatlıq hissəsi ilkin bazarda (təxminən 8,2% az), 8 526,3 milyon manatlıq hissəsi isə təkrar bazarda (67,7% çox) formalaşıb.Hesabat dövründə qiymətli kağızlar bazarında 12 566 əqd bağlanılıb. Bu illik müqayisədə 99,6% çoxdur. Əqdlərin 2 702-si ilkin bazarın (81,2% çox), 9 864-ü isə təkrar bazarın (2,1 dəfə çox) payına düşüb.Ötən il Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 7 287,8 milyon manatlıq hissəsi və yaxud 43,2%-i dövlət qiymətli kağızlarının, 2 395,1 milyon manatlıq hissəsi və yaxud 14,2%-i korporativ qiymətli kağızların, 7 196,3 milyon manatlıq hissəsi və yaxud 42,6%-i isə repo əməliyyatlarının payına düşüb. Bu, 1 il əvvələ nisbətən müvafiq olaraq 15,5% az, 28,6% az və 3,3 dəfə çoxdur.2021-ci ildə bu bazarda bağlanmış əqdlərin isə 2 206-sı və yaxud 17,6%-i dövlət qiymətli kağızlarının, 6 076-sı və yaxud 48,4%-i korporativ qiymətli kağızların, 4 284-ü və yaxud 34,1%-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 27%, 87,7% və 3,2 dəfə çoxdur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Beynəlxalq qurum Azərbaycan manatının məzənnəsi ilə bağlı proqnoz verdiƏhali pulunun çoxunu tibbi ləvazimat və dərmana xərcləyir - İlginc səbəblərNazir: Ölkədə ÜDM on bir milyard manat artıb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42192/03/421920383_177:0:2908:2048_1920x0_80_0_0_711be799aee85a962e1b01b468b084e7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycanın bank sektorunun aktivləri artıb
azərbaycanın bank sektorunun aktivləri artıb
Azərbaycanın bank sektorunun aktivləri artıb
Bankların aktivlərinin 15 513,3 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib.
BAKI, 24 yanvar — Sputnik. Bu il yanvarın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 38 462,2 milyon manat təşkil edib.
Sputnik Azərbaycan A
zərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 20% çoxdur.
Bankların aktivlərinin 15 513,3 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 19,1% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 40,6%-dən 40,3%-ə enib.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 22,4% artaraq 33 492,9 milyon manata, o cümlədən depozit portfeli 30% artaraq 26 938,3 milyon manata çatıb. Bunun 9 032,4 milyon manatı fiziki, 17 905,9 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 12,3 %, şirkətlərin banklardakı vəsaitləri isə 41,2% artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 14,8% azalaraq 319,1 milyon manat olub.
Sektorun balans kapitalı isə 5,7% artaraq 4 969,3 milyon manat təşkil edib.
Həmçinin, 2021-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 16 879,3 milyon manatlıq əməliyyat aparılıb.
İllik göstəricinin 8,353 milyard manatlıq hissəsi ilkin bazarda (təxminən 8,2% az), 8 526,3 milyon manatlıq hissəsi isə təkrar bazarda (67,7% çox) formalaşıb.
Hesabat dövründə qiymətli kağızlar bazarında 12 566 əqd bağlanılıb. Bu illik müqayisədə 99,6% çoxdur. Əqdlərin 2 702-si ilkin bazarın (81,2% çox), 9 864-ü isə təkrar bazarın (2,1 dəfə çox) payına düşüb.
Ötən il Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 7 287,8 milyon manatlıq hissəsi və yaxud 43,2%-i dövlət qiymətli kağızlarının, 2 395,1 milyon manatlıq hissəsi və yaxud 14,2%-i korporativ qiymətli kağızların, 7 196,3 milyon manatlıq hissəsi və yaxud 42,6%-i isə repo əməliyyatlarının payına düşüb. Bu, 1 il əvvələ nisbətən müvafiq olaraq 15,5% az, 28,6% az və 3,3 dəfə çoxdur.
2021-ci ildə bu bazarda bağlanmış əqdlərin isə 2 206-sı və yaxud 17,6%-i dövlət qiymətli kağızlarının, 6 076-sı və yaxud 48,4%-i korporativ qiymətli kağızların, 4 284-ü və yaxud 34,1%-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 27%, 87,7% və 3,2 dəfə çoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.