https://sputnik.az/20220122/beynelxalq-qurum-azerbaycan-manatinin-mezennesi-ile-bagli-proqnoz-verdi-438394674.html
Beynəlxalq qurum Azərbaycan manatının məzənnəsi ilə bağlı proqnoz verdi
Beynəlxalq qurum Azərbaycan manatının məzənnəsi ilə bağlı proqnoz verdi
Sputnik Azərbaycan
Agentlik bildirir ki, məzənnə xarici valyuta bazarına müntəzəm müdaxilələr ilə dəstəklənəcək. 22.01.2022, Sputnik Azərbaycan
2022-01-22T15:09+0400
2022-01-22T15:09+0400
2022-01-22T17:25+0400
azərbaycan
iqtisadiyyat
dollar
manat
türkiyə
üdm
https://cdnn1.img.sputnik.az/img/42229/49/422294976_0:0:2000:1125_1920x0_80_0_0_8978802cc7f124da7b230d45640a401f.jpg
BAKI, 22 yanvar — Sputnik. Güman edirik ki, Azərbaycan manatın ABŞ dollarına qarşı 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlılığını qoruyub saxlayacaq.Bunu "S&P Global Ratings" ("S&P") beynəlxalq reytinq agentliyinin analitikləri deyir.Agentlik bildirir ki, məzənnə xarici valyuta bazarına müntəzəm müdaxilələr ilə dəstəklənəcək."Buna baxmayaraq, fikrimizcə, karbohidrogen qiymətləri kəskin enərsə və uzun müddət aşağı qalarsa, məzənnənin tənzimlənməsi imkanı nəzərdən keçirilə bilər. Bu, Azərbaycan Mərkəzi Bankını 2015-ci ildə yaşadığı xarici valyuta buferlərinin əhəmiyyətli itkisinin qarşısını almağa kömək edəcək", - APA xəbər verir ki, S&P-nin analitikləri bildirib.Proqnozlara əsasən Azərbaycanda bu il gündəlik ortalama neft hasilatının 2022-ci ildə 0,77 barelədək yüksələcək."Buna baxmayaraq, orta müddətli perspektivdə biz gündəlik neft hasilatının 2025-ci il üçün 0,75 min barelədək azalacağını proqnozlaşdırırıq. Hasilatın saxlanılması və ya artırılması mövcud neft yataqlarına əlavə sərmayələr tələb edəcək, lakin onların edilib-edilməyəcəyi hələ ki bəlli deyil", - proqnozda bildirilir.Hesabatda qeyd olunur ki, Azərbaycan iqtisadiyyatı əhəmiyyətli dərəcədə neft-qaz sektorundan asılıdır və bu sektor hazırda əlverişli qlobal neft qiymətlərindən bəhrələnir. Neft və qaz ixracın təxminən 90%-ni əhatə edir və Azərbaycanın ÜDM-nin 50%-ni təşkil edir.S&P həmçinin Azərbaycanla Türkiyə arasında bağlanacaq valyuta svopuna münasibət bildiribS&P Azərbaycan və Türkiyənin mərkəzi bankları arasında TMB-nin valyuta ehtiyatlarının artırılmasına kömək etmək üçün svop müqaviləsi üzrə müzakirələrin getdiyindən xəbərdar olduğunu bildirib."Biz mümkün müqaviləni əsasən siyasi motivli hesab edirik və bununla da AMB-nin beynəlxalq ehtiyatlarının əhəmiyyətli dərəcədə azaldacağını gözləmirik," - S&P bildirib.Xatırladaq ki, Türkiyə hökumətindəki mənbələrə görə, TMB yaxın həftələrdə Azərbaycanla 1 mlrd. avro dəyərində (1,14 mlrd. dollar) valyuta svopu müqaviləsini imzalayacaq. Analoji müqavilə artıq TMB ilə BƏƏ arasında imzalanıb (64 mlrd. lira və 18 mlrd. dirhəm).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42229/49/422294976_227:0:2000:1330_1920x0_80_0_0_0599f968c96fce42e0d350164144a692.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
manatın aqibəti barədə proqnoz verildi
manatın aqibəti barədə proqnoz verildi
Beynəlxalq qurum Azərbaycan manatının məzənnəsi ilə bağlı proqnoz verdi
15:09 22.01.2022 (Yenilənib: 17:25 22.01.2022) Agentlik bildirir ki, məzənnə xarici valyuta bazarına müntəzəm müdaxilələr ilə dəstəklənəcək.
BAKI, 22 yanvar — Sputnik. Güman edirik ki, Azərbaycan manatın ABŞ dollarına qarşı 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlılığını qoruyub saxlayacaq.
Bunu "S&P Global Ratings" ("S&P") beynəlxalq reytinq agentliyinin analitikləri deyir.
Agentlik bildirir ki, məzənnə xarici valyuta bazarına müntəzəm müdaxilələr ilə dəstəklənəcək.
"Buna baxmayaraq, fikrimizcə, karbohidrogen qiymətləri kəskin enərsə və uzun müddət aşağı qalarsa, məzənnənin tənzimlənməsi imkanı nəzərdən keçirilə bilər. Bu, Azərbaycan Mərkəzi Bankını 2015-ci ildə yaşadığı xarici valyuta buferlərinin əhəmiyyətli itkisinin qarşısını almağa kömək edəcək", - APA xəbər verir ki, S&P-nin analitikləri bildirib.
Proqnozlara əsasən Azərbaycanda bu il gündəlik ortalama neft hasilatının 2022-ci ildə 0,77 barelədək yüksələcək.
"Buna baxmayaraq, orta müddətli perspektivdə biz gündəlik neft hasilatının 2025-ci il üçün 0,75 min barelədək azalacağını proqnozlaşdırırıq. Hasilatın saxlanılması və ya artırılması mövcud neft yataqlarına əlavə sərmayələr tələb edəcək, lakin onların edilib-edilməyəcəyi hələ ki bəlli deyil", - proqnozda bildirilir.
Hesabatda qeyd olunur ki, Azərbaycan iqtisadiyyatı əhəmiyyətli dərəcədə neft-qaz sektorundan asılıdır və bu sektor hazırda əlverişli qlobal neft qiymətlərindən bəhrələnir. Neft və qaz ixracın təxminən 90%-ni əhatə edir və Azərbaycanın ÜDM-nin 50%-ni təşkil edir.
S&P həmçinin Azərbaycanla Türkiyə arasında bağlanacaq valyuta svopuna münasibət bildirib
S&P Azərbaycan və Türkiyənin mərkəzi bankları arasında TMB-nin valyuta ehtiyatlarının artırılmasına kömək etmək üçün svop müqaviləsi üzrə müzakirələrin getdiyindən xəbərdar olduğunu bildirib.
"Biz mümkün müqaviləni əsasən siyasi motivli hesab edirik və bununla da AMB-nin beynəlxalq ehtiyatlarının əhəmiyyətli dərəcədə azaldacağını gözləmirik," - S&P bildirib.
Xatırladaq ki, Türkiyə hökumətindəki mənbələrə görə, TMB yaxın həftələrdə Azərbaycanla 1 mlrd. avro dəyərində (1,14 mlrd. dollar) valyuta svopu müqaviləsini imzalayacaq. Analoji müqavilə artıq TMB ilə BƏƏ arasında imzalanıb (64 mlrd. lira və 18 mlrd. dirhəm).