https://sputnik.az/20220123/karlsen-ile-daban-dabana-sehriyar-elit-turniri-qazana-bilecekmi--438415160.html
Karlsen ilə daban-dabana: Şəhriyar yenə qələbə qazandı
Karlsen ilə daban-dabana: Şəhriyar yenə qələbə qazandı
Sputnik Azərbaycan
Şəhriyar Məmmədyarov elit turnirdə hazırkı dünya çempionuna çatıb. Növbəti turda da məhz onunla oynayacaq. 23.01.2022, Sputnik Azərbaycan
2022-01-23T23:00+0400
2022-01-23T23:00+0400
2022-01-23T23:00+0400
idman
şahmat
şəhriyar məmmədyarov
video-çarx
https://cdnn1.img.sputnik.az/img/41646/63/416466336_0:144:2049:1296_1920x0_80_0_0_15a532dae09bf4dae15856537bc6a4ca.jpg
BAKI, 23 yanvar - Sputnik. Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turnirində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti, üçüncü qələbəsini qazanıb.Turnirin 8-ci mərhələsində Məmmədyarov hindli şahmatçı Praqnanandha qarşı oynayaraq qələbə qazanıb.Bundan öncə Şəhriyar Yordan Van Forest (Niderland) və Yan-Kriştoff Duda (Polşa) ilə oyunda qələbə qazanmışdı. Səkkiz turdan sonra Şəhriyar 5,5 xal toplayaraq hazırkı dünya çempionu Maqnus Karlsenə çatıb, sadəcə əlavə göstəricilərdə ondan geri qalır.Turda Andrey Yesipenkonu məğlub edən Aniş Giri (Niderland) və Nils Qrandeliusa qalib gələn Santoş Vidit (Hindistan) hərəsi 5 xal toplayıblar. Sabah, yanvarın 24-də turnirdə istirahət günüdür. Yanvarın 25-də isə 9-cu tur başlayacaq, Şəhriyar Məmmədyarov Maqnus Karlsenə qarşı qara fiqurlarla oynayacaq.---------13:18Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turnirində hələlik ikinci pillədə qərarlaşıb. Sputnik Azərbaycan-ın məlumatına görə, hazırkı dünya çempionu Maqnus Karlsen dalbadal iki oyunda qalib gələrək yeddi xaldan beşini toplayıb. Şəhriyar isə ondan cəmi yarım xal geri qalır. Hindistanlı Santoş Vidit, niderlandlı Aniş Giri, macar Rixard Rapport, rusiyalı Andrey Yesipenko isə hərəyə dörd xal yığa biliblər. Rusiya Şahmat Federasiyasının vitse-prezidenti Sergey Smagin RİA Novosti-yə müsahibəsində durumu dəyərləndirərkən qeyd edib ki, bu duruma görə Karlsenin qalib olacağını demək tezdir: "Karlsen turnirdə bir hissəni uğurla keçsə də, ümumilikdə yüksək səviyyədə oynamayıb. Düzdür, Maqnus bütün şahmatçılardan üstün idman xüsusiyyətlərinə sahibdir. Lazımi anda konkret rəqibinə qarşı köklənərək öz yarış üslubunu diktə edə bilir. Heç də yaxşı formada olmasa belə, əla nəticələr qazanmağı bacarır. Hazırda lider olsa da, xeyli mürəkkəb oyun keçirməlidir, Şəhriyar Məmmədyarovla, Sergey Karyakinlə, Fabiano Karuna ilə. Deməzdim ki, birinci yeri artıq təmin edib". On dörd qrossmeysterin iştirak etdiyi turnir yanvarın 30-da yekunlaşacaq.Şəhriyar Məmmədyarov dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olan yeganə kişi şahmatçıdır. 2017-ci ilin may ayında dünya şahmat tarixində 2800 Elo reytinq balını keçmiş 13-cü şahmatçı olub. Şəhriyar Məmmədyarov bu uğura imza atmış ilk müsəlman idmançı kimi də tarixə düşüb. O, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 2021-ci ilin noyabrında açıqladığı reytinq siyahısında ilk onluqda yer alıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41646/63/416466336_27:0:1848:1366_1920x0_80_0_0_670be492f2e185180ebca6292730acca.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
karlsen ilə daban-dabana: şəhriyar yenə qələbə qazandı video
karlsen ilə daban-dabana: şəhriyar yenə qələbə qazandı video
Karlsen ilə daban-dabana: Şəhriyar yenə qələbə qazandı
Şəhriyar Məmmədyarov elit turnirdə hazırkı dünya çempionuna çatıb. Növbəti turda da məhz onunla oynayacaq.
BAKI, 23 yanvar - Sputnik. Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turnirində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti, üçüncü qələbəsini qazanıb.
Turnirin 8-ci mərhələsində Məmmədyarov hindli şahmatçı Praqnanandha qarşı oynayaraq qələbə qazanıb.
Bundan öncə Şəhriyar Yordan Van Forest (Niderland) və Yan-Kriştoff Duda (Polşa) ilə oyunda qələbə qazanmışdı. Səkkiz turdan sonra Şəhriyar 5,5 xal toplayaraq hazırkı dünya çempionu Maqnus Karlsenə çatıb, sadəcə əlavə göstəricilərdə ondan geri qalır.
Turda Andrey Yesipenkonu məğlub edən Aniş Giri (Niderland) və Nils Qrandeliusa qalib gələn Santoş Vidit (Hindistan) hərəsi 5 xal toplayıblar.
Sabah, yanvarın 24-də turnirdə istirahət günüdür. Yanvarın 25-də isə 9-cu tur başlayacaq, Şəhriyar Məmmədyarov Maqnus Karlsenə qarşı qara fiqurlarla oynayacaq.
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turnirində hələlik ikinci pillədə qərarlaşıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, hazırkı dünya çempionu Maqnus Karlsen dalbadal iki oyunda qalib gələrək yeddi xaldan beşini toplayıb. Şəhriyar isə ondan cəmi yarım xal geri qalır. Hindistanlı Santoş Vidit, niderlandlı Aniş Giri, macar Rixard Rapport, rusiyalı Andrey Yesipenko isə hərəyə dörd xal yığa biliblər.
Rusiya Şahmat Federasiyasının vitse-prezidenti Sergey Smagin RİA Novosti-yə müsahibəsində durumu dəyərləndirərkən qeyd edib ki, bu duruma görə Karlsenin qalib olacağını demək tezdir:
"Karlsen turnirdə bir hissəni uğurla keçsə də, ümumilikdə yüksək səviyyədə oynamayıb. Düzdür, Maqnus bütün şahmatçılardan üstün idman xüsusiyyətlərinə sahibdir. Lazımi anda konkret rəqibinə qarşı köklənərək öz yarış üslubunu diktə edə bilir. Heç də yaxşı formada olmasa belə, əla nəticələr qazanmağı bacarır. Hazırda lider olsa da, xeyli mürəkkəb oyun keçirməlidir, Şəhriyar Məmmədyarovla, Sergey Karyakinlə, Fabiano Karuna ilə. Deməzdim ki, birinci yeri artıq təmin edib".
On dörd qrossmeysterin iştirak etdiyi turnir yanvarın 30-da yekunlaşacaq.
Şəhriyar Məmmədyarov dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olan yeganə kişi şahmatçıdır. 2017-ci ilin may ayında dünya şahmat tarixində 2800 Elo reytinq balını keçmiş 13-cü şahmatçı olub. Şəhriyar Məmmədyarov bu uğura imza atmış ilk müsəlman idmançı kimi də tarixə düşüb. O, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 2021-ci ilin noyabrında açıqladığı reytinq siyahısında ilk onluqda yer alıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.