Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan Premyer Liqasının dünyadakı yeri bəlli olub

© AP Photo / Michael SohnFutbol topu
Futbol topu - Sputnik Azərbaycan, 1920, 22.01.2022
Abunə olmaq
Braziliya A Seriyası 1406 xalla liderdir, İngiltərə Premyer Liqası (1204) ikincidir
BAKI, 22 yanvar — Sputnik. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünyanın ən yaxşı liqalarını açıqlayıb.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu barədə IFFHS-in rəsmi saytında məlumat dərc olunub. Azərbaycan Premyer Liqası 324 reytinq xalı ilə siyahıda 60-cı pillədə qərarlaşıb.
Braziliya A Seriyası 1406 xalla liderdir. İngiltərə Premyer Liqası (1204) ikinci, İtaliya A Seriyası isə (1060,5) üçüncü yerdədir. "5-liy"i İspaniya La Liqası (1028) və Fransa Liqa 1 (937) tamamlayıb.
Xatırladaq ki, Azərbaycan U-17 yığması beynəlxalq turnirdə mübarizə aparacaq.
Millimiz daxil olmaqla, fevralda Belarusiyada 10 komandanın iştirakı ilə gənclər arasında 18-ci beynəlxalq turnir təşkil olunacaq.
Fevralın 6-13-ü aralığında keçiriləcək yarışda yığmamızla yanaşı, İsrail, Qazaxıstan, Moldova, Gürcüstan, Tacikistan, Qırğızıstan, Özbəkistan, həmçinin Belarusun U-17 və U-16 komandaları çıxış edəcək.
Yığmamızın oyunlarının təqvimi də məlum olub. Belə ki, komandamız turnirdə 5 oyun keçirəcək və ilk dörd matçın ardından fevralın 13-də müvafiq olaraq 9-cu, 7-ci, 5-ci, 3-cü yer uğrunda və final oyunu keçiriləcək.
Xəbər lenti
0