https://sputnik.az/20220121/dunyanin-gozlediyi-gorus--rusiya-ve-abs-bir-araya-geldi-438371458.html
Lavrov-Blinken görüşü yekunlaşdı - təfərrüat
Lavrov-Blinken görüşü yekunlaşdı - təfərrüat
Sputnik Azərbaycan
ABŞ Dövlət katibi Entoni Blinken isə Rusiya ilə dialoq və diplomatiya yolunun açıq qaldığına inandığını bildirib
2022-01-21T20:17+0400
2022-01-21T20:17+0400
2022-01-21T20:17+0400
dünya xəbərləri
lavrov
görüş
entoni blinken
cenevrə
https://cdnn1.img.sputnik.az/img/07e6/01/15/438369433_0:0:3051:1717_1920x0_80_0_0_07ef2dff11514b8ea25eaa6e94186c7f.jpg
BAKI, 21 yanvar — Sputnik. Rusiya Xarici işlər naziri ilə ABŞ Dövlət katibi arasında ötən ilin sonunda təqdim olunan təhlükəsizlik zəmanətləri ilə bağlı Moskvanın təkliflərinə həsr olunmuş üçüncü görüş Cenevredə baş tutub.Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ABŞ Dövlət katibi Entoni Blinkenlə Cenevrədə keçirilən görüşü dəyərləndirərək, onu faydalı və səmimi adlandırıb.Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri və ABŞ Dövlət katibi cümə günü, yanvarın 21-də Cenevrədə görüş keçiriblər. Bu, iki ölkənin xarici işlər nazirlikləri rəhbərlərinin üçüncü görüşüdür. Birinci görüş 2021-ci ilin mayında Reykyavikdə Arktika Şurası nazirlərinin iclası çərçivəsində, ikincisi isə ötən ilin dekabrında Stokholmda ATƏT nazirlərinin iclası zamanı baş tutub.“Mən bu gün danışdığımız hər şeyi, bütün etdiyimiz müzakirələri və faydalı səmimi söhbətimizin nə ilə bitdiyini söylədim”, - deyə Lavrov Blinkenlə görüşdən sonra bildirib.Nazirin qeyd etdiyi kimi, Rusiya ilə ABŞ arasında danışıqların düzgün irəliləyib-irəliləməməsi haqda Moskvanın ABŞ-dan təhlükəsizlik zəmanətləri ilə bağlı kağız üzərində cavab almasından sonra mühakimə yürütmək mümkün olacaq.“Mən deyə bilmərəm, biz düzgün və ya səhv yoldayıq. Biz bunu ABŞ-ın təkliflərimizin bütün məqamlarına kağız üzərində cavabını alanda anlayacağıq”, - deyə Rusiya XİN rəhbəri vurğulayıb.Bu yaxınlarda Lavrov bildirib ki, Blinken onunla Cenevrədə baş tutan görüşdə Moskvanın təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə gələn həftə yazılı cavab verəcəyinə söz verib.Prezidentlərin görüşü haqdaSergey Lavrov ABŞ Dövlət katibi ilə görüşündən sonra keçirilən mətbuat konfransında Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Co Baydenlə yeni görüşlərə hər zaman hazır olduğunu bildirib. Eyni zamanda, nazir qeyd edib ki, növbəti sammitin təşkili məsələsində tələsməyə ehtiyac yoxdur.“Gəlin tələsməyək”, - o qeyd edib.“Prezident Putin hər zaman prezident Baydenlə görüşməyə hazırdır. Aydındır ki, bu görüşlər ciddi şəkildə hazırlanmalıdır ki, liderlərimizin potensialından istifadə nəticəsində nəyə nail olacağımız aydın olsun”, - deyə Lavrov əlavə edib.Bu arada, iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri arasında növbəti görüş Vaşinqtondan Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə yazılı cavablar alındıqdan sonra təyin edilib.“Biz təkliflərimizə rəsmi cavab gözləyirik, bundan sonra öz səviyyəmizdə növbəti görüş planlaşdırırıq”, - deyə nazir bildirib.Lavrovun xatırlatması və Blinkenin vədiLavrovun sözlərinə görə, ABŞ Dövlət katibi Entoni Blinken Amerikanın NATO-nun genişlənməməsi ilə bağlı öz öhdəliyinə necə yanaşdığını izah edəcəyinə söz verib.Rusiyalı nazir yenidən baş tutan görüşdə Şimali Atlantika Alyansının genişlənməsinə son qoymağa çağırıb.“NATO-nun Şərqə sonsuz genişlənməsinin dayandırılmasının zəruriliyinə dair prinsipial yanaşmamıza gəlincə, biz, əlbəttə ki, bunu təkrarladıq. Entoni Blinken ittifaqları seçmək hüququ ilə bağlı mövqeyini təkrarladı. Mən, əvvəllər də qeyd etdiyim kimi, ABŞ-ın ATƏT çərçivəsində ittifaqları seçmək hüququ ilə yanaşı, yüksək səviyyədə təsdiqlənmiş öhdəliklərini - başqalarının təhlükəsizliyini pozmaqla heç kimin təhlükəsizliyini möhkəmləndirməmək öhdəliyini necə yerinə yetirəcəyini soruşdum. O, ABŞ-ın bu öhdəliyinin yerinə yetirilməsinə necə münasibət bildirəcəyini izah edəcəyinə söz verib”, - deyə Lavrov bildirib.Eyni zamanda, nazir qeyd edib ki, Entoni Blinkenlə görüşdə Rusiyanın Kuba və Venesuelada hərbi infrastrukturunun yerləşdirilməsi barədə mövzusuna toxunulmayıb.“Biz bu gün bu mövzuya toxunmadıq”, - deyə nazir mətbuat konfransında qeyd edib.ABŞ-a müraciətGörüşdə S.Lavrov E.Blinkeni Minsk razılaşmalarının həyata keçirilməsi məqsədilə Kiyevə təsirindən istifadə etməyə çağırıb.“Mən onu yenidən Kiyev rejiminə həlledici təsirdən istifadə etməyə çağırdım ki, o bir daha fikirləşsin və bu ən mühüm sənədi (Minsk razılaşmaları) sabotaj etməyi dayandırsın”, - deyə Lavrov vurğulayıb.Rusiya XİN rəhbəri Cenevrədəki danışıqlardan sonra Qərbin emosiyalarının sakitləşəcəyinə ümid etdiyini də dilə gətirib: “Biz bu barədə Toni Blinkenlə açıq danışdıq və o, daha ağlabatan dialoq aparmağa razı olduğunu bildirdi. Ümid edirəm ki, emosiyalar azalacaq, baxmayaraq ki, heç bir təminat yoxdur”, - deyə Lavrov ABŞ Dövlət katibi ilə Ukrayna ətrafındakı vəziyyətlə bağlı söhbətini şərh edərkən bildirib.-----------16:40Lavrovun sözlərinə görə, ABŞ tərəfi Rusiyanın təkliflərinə gələn həftə yazılı cavab verəcəyinə söz verib. “Aralıq görüş idi. Entoni Blinken mənə dedi ki, o, onlara gələn həftə yardım edəcək fikir mübadiləsindən məmnundur. Biz dəfələrlə qeyd etmişik ki, bizə yazılı reaksiya verin. Moskva dəfələrlə belə bir addımın vacibliyini qeyd edib. Eyni zamanda Rusiya tərəfi vurğulayırdı ki, cavab reaksiyasını “sonsuza qədər” gözləməyəcək”, - deyə Lavrov qeyd edib.ABŞ Dövlət katibi Entoni Blinken isə qeyd edib ki, Lavrovla danışıqlar açıq və substantiv olub.---------15:01Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Entoni Blinken arasında görüş başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, görüş İsveçrənin Cenevrə şəhərində keçirilir.Görüşün bir neçə saat davam edəcəyi bildirilir.Rusiya xarici işlər nazir Sergey Lavrov onu Cenevrədə danışıqlara dəvət etdiyi üçün ABŞ-ın Dövlət katibi Entoni Blinkenə təşəkkür edib.O, qeyd edib ki, Blinkenlə görüşdən irəliləyişlər gözləmir, lakin suallara cavab gözləyir.ABŞ Dövlət katibi Entoni Blinken isə Rusiya ilə dialoq və diplomatiya yolunun açıq qaldığına inandığını bildirib:"Biz ümid edirik ki, diplomatiya və dialoq yolları açıq qalmağa davam edir, biz fikir ayrılıqlarımızı dinc yolla həll etmək üçün bu yolla getmək niyyətindəyik. ABŞ və müttəfiqləri Rusiya ilə dialoqa, eyni zamanda gərginliyə sərt cavab verməyə sadiqdirlər".Sergey Lavrov isə ümid edir ki, ABŞ Dövlət Departamenti yalnız Rusiya tərəfindən iddia edilən dezinformasiyaya dair hesabatlar tərtib etməklə məşğul deyil, həm də Rusiyanın təhlükəsizlik zəmanəti təkliflərinin mahiyyətinə diqqət yetirir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Rusiya və İran XİN rəhbərləri Cənubi Qafqazla bağlı nə danışıblar?Putin-Rəisi görüşü: Kreml mövzuları açıqladıRusiya-İran əməkdaşlıq təcrübəsi bundan sonra da tətbiq oluna bilər - Rəisi
cenevrə
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/15/438369433_198:0:2929:2048_1920x0_80_0_0_02d1d6855b6563095ba4e5ee725d1145.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
lavrov-blinken görüşü yekunlaşdı - təfərrüat
lavrov-blinken görüşü yekunlaşdı - təfərrüat
Lavrov-Blinken görüşü yekunlaşdı - təfərrüat
Lavrov qeyd edib ki, Blinkenlə görüşdən irəliləyişlər gözləmir, lakin suallara cavab gözləyir.
BAKI, 21 yanvar — Sputnik. Rusiya Xarici işlər naziri ilə ABŞ Dövlət katibi arasında ötən ilin sonunda təqdim olunan təhlükəsizlik zəmanətləri ilə bağlı Moskvanın təkliflərinə həsr olunmuş üçüncü görüş Cenevredə baş tutub.
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ABŞ Dövlət katibi Entoni Blinkenlə Cenevrədə keçirilən görüşü dəyərləndirərək, onu faydalı və səmimi adlandırıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri və ABŞ Dövlət katibi cümə günü, yanvarın 21-də Cenevrədə görüş keçiriblər. Bu, iki ölkənin xarici işlər nazirlikləri rəhbərlərinin üçüncü görüşüdür. Birinci görüş 2021-ci ilin mayında Reykyavikdə Arktika Şurası nazirlərinin iclası çərçivəsində, ikincisi isə ötən ilin dekabrında Stokholmda ATƏT nazirlərinin iclası zamanı baş tutub.
“Mən bu gün danışdığımız hər şeyi, bütün etdiyimiz müzakirələri və faydalı səmimi söhbətimizin nə ilə bitdiyini söylədim”, - deyə Lavrov Blinkenlə görüşdən sonra bildirib.
Nazirin qeyd etdiyi kimi, Rusiya ilə ABŞ arasında danışıqların düzgün irəliləyib-irəliləməməsi haqda Moskvanın ABŞ-dan təhlükəsizlik zəmanətləri ilə bağlı kağız üzərində cavab almasından sonra mühakimə yürütmək mümkün olacaq.
“Mən deyə bilmərəm, biz düzgün və ya səhv yoldayıq. Biz bunu ABŞ-ın təkliflərimizin bütün məqamlarına kağız üzərində cavabını alanda anlayacağıq”, - deyə Rusiya XİN rəhbəri vurğulayıb.
Bu yaxınlarda Lavrov bildirib ki, Blinken onunla Cenevrədə baş tutan görüşdə Moskvanın təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə gələn həftə yazılı cavab verəcəyinə söz verib.
Prezidentlərin görüşü haqda
Sergey Lavrov ABŞ Dövlət katibi ilə görüşündən sonra keçirilən mətbuat konfransında Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Co Baydenlə yeni görüşlərə hər zaman hazır olduğunu bildirib. Eyni zamanda, nazir qeyd edib ki, növbəti sammitin təşkili məsələsində tələsməyə ehtiyac yoxdur.
“Gəlin tələsməyək”, - o qeyd edib.
“Prezident Putin hər zaman prezident Baydenlə görüşməyə hazırdır. Aydındır ki, bu görüşlər ciddi şəkildə hazırlanmalıdır ki, liderlərimizin potensialından istifadə nəticəsində nəyə nail olacağımız aydın olsun”, - deyə Lavrov əlavə edib.
Bu arada, iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri arasında növbəti görüş Vaşinqtondan Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə yazılı cavablar alındıqdan sonra təyin edilib.
“Biz təkliflərimizə rəsmi cavab gözləyirik, bundan sonra öz səviyyəmizdə növbəti görüş planlaşdırırıq”, - deyə nazir bildirib.
Lavrovun xatırlatması və Blinkenin vədi
Lavrovun sözlərinə görə, ABŞ Dövlət katibi Entoni Blinken Amerikanın NATO-nun genişlənməməsi ilə bağlı öz öhdəliyinə necə yanaşdığını izah edəcəyinə söz verib.
Rusiyalı nazir yenidən baş tutan görüşdə Şimali Atlantika Alyansının genişlənməsinə son qoymağa çağırıb.
“NATO-nun Şərqə sonsuz genişlənməsinin dayandırılmasının zəruriliyinə dair prinsipial yanaşmamıza gəlincə, biz, əlbəttə ki, bunu təkrarladıq. Entoni Blinken ittifaqları seçmək hüququ ilə bağlı mövqeyini təkrarladı. Mən, əvvəllər də qeyd etdiyim kimi, ABŞ-ın ATƏT çərçivəsində ittifaqları seçmək hüququ ilə yanaşı, yüksək səviyyədə təsdiqlənmiş öhdəliklərini - başqalarının təhlükəsizliyini pozmaqla heç kimin təhlükəsizliyini möhkəmləndirməmək öhdəliyini necə yerinə yetirəcəyini soruşdum. O, ABŞ-ın bu öhdəliyinin yerinə yetirilməsinə necə münasibət bildirəcəyini izah edəcəyinə söz verib”, - deyə Lavrov bildirib.
Eyni zamanda, nazir qeyd edib ki, Entoni Blinkenlə görüşdə Rusiyanın Kuba və Venesuelada hərbi infrastrukturunun yerləşdirilməsi barədə mövzusuna toxunulmayıb.
“Biz bu gün bu mövzuya toxunmadıq”, - deyə nazir mətbuat konfransında qeyd edib.
Görüşdə S.Lavrov E.Blinkeni Minsk razılaşmalarının həyata keçirilməsi məqsədilə Kiyevə təsirindən istifadə etməyə çağırıb.
“Mən onu yenidən Kiyev rejiminə həlledici təsirdən istifadə etməyə çağırdım ki, o bir daha fikirləşsin və bu ən mühüm sənədi (Minsk razılaşmaları) sabotaj etməyi dayandırsın”, - deyə Lavrov vurğulayıb.
Rusiya XİN rəhbəri Cenevrədəki danışıqlardan sonra Qərbin emosiyalarının sakitləşəcəyinə ümid etdiyini də dilə gətirib: “Biz bu barədə Toni Blinkenlə açıq danışdıq və o, daha ağlabatan dialoq aparmağa razı olduğunu bildirdi. Ümid edirəm ki, emosiyalar azalacaq, baxmayaraq ki, heç bir təminat yoxdur”, - deyə Lavrov ABŞ Dövlət katibi ilə Ukrayna ətrafındakı vəziyyətlə bağlı söhbətini şərh edərkən bildirib.
Lavrovun sözlərinə görə, ABŞ tərəfi Rusiyanın təkliflərinə gələn həftə yazılı cavab verəcəyinə söz verib.
“Aralıq görüş idi. Entoni Blinken mənə dedi ki, o, onlara gələn həftə yardım edəcək fikir mübadiləsindən məmnundur. Biz dəfələrlə qeyd etmişik ki, bizə yazılı reaksiya verin. Moskva dəfələrlə belə bir addımın vacibliyini qeyd edib. Eyni zamanda Rusiya tərəfi vurğulayırdı ki, cavab reaksiyasını “sonsuza qədər” gözləməyəcək”, - deyə Lavrov qeyd edib.
ABŞ Dövlət katibi Entoni Blinken isə qeyd edib ki, Lavrovla danışıqlar açıq və substantiv olub.
Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Entoni Blinken arasında görüş başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, görüş İsveçrənin Cenevrə şəhərində keçirilir.
Görüşün bir neçə saat davam edəcəyi bildirilir.
Rusiya xarici işlər nazir Sergey Lavrov onu Cenevrədə danışıqlara dəvət etdiyi üçün ABŞ-ın Dövlət katibi Entoni Blinkenə təşəkkür edib.
O, qeyd edib ki, Blinkenlə görüşdən irəliləyişlər gözləmir, lakin suallara cavab gözləyir.
ABŞ Dövlət katibi Entoni Blinken isə Rusiya ilə dialoq və diplomatiya yolunun açıq qaldığına inandığını bildirib:
"Biz ümid edirik ki, diplomatiya və dialoq yolları açıq qalmağa davam edir, biz fikir ayrılıqlarımızı dinc yolla həll etmək üçün bu yolla getmək niyyətindəyik. ABŞ və müttəfiqləri Rusiya ilə dialoqa, eyni zamanda gərginliyə sərt cavab verməyə sadiqdirlər".
Sergey Lavrov isə ümid edir ki, ABŞ Dövlət Departamenti yalnız Rusiya tərəfindən iddia edilən dezinformasiyaya dair hesabatlar tərtib etməklə məşğul deyil, həm də Rusiyanın təhlükəsizlik zəmanəti təkliflərinin mahiyyətinə diqqət yetirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.