Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin-Rəisi görüşü: Kreml mövzuları açıqladı

© AFP 2022 / Iranian Presidency İbrahim Rəisi
 İbrahim Rəisi - Sputnik Azərbaycan, 1920, 18.01.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
BAKI, 18 yanvar — Sputnik. Rusiya və İran prezidentləri Vladimir Putinİbrahim Rəisi yanvarın 19-da Moskvada görüşəcəklər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Kreml yayıb. Məlumatda bildirilib ki, liderlər ikitərəfli münasibətləri, birgə iqtisadi layihələri, həmçinin beynəlxalq və regional məsələləri müzakirə edəcək.
Putin və Rəisinin İranın nüvə sazişinə dair razılaşmanı da müzakirə edəcəyi gözlənilir.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan telefonla danışıblar.
Onlar dekabrın sonunda Vyanada davam etdirilən nüvə sazişinin tam icrasının bərpası üzrə danışıqların səkkizinci raundu kontekstində İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) ətrafında vəziyyəti müzakirə ediblər.
"Nazirlər 27 dekabr 2021-ci il tarixində Vyanada "nüvə sazişi"nin BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş ilkin balanslaşdırılmış konfiqurasiyası çərçivəsində tam icrasının bərpası üçün davam etdirilən danışıqların səkkizinci raundu kontekstində İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında vəziyyəti nəzərdən keçiriblər", - RF XİN-in saytında yayımlanan məlumatda deyilir.
Hazırda Vyanada BHFP-in yenilənməsi və Vaşinqtonun Tehrana qarşı sanksiyalarının ləğvi ilə bağlı danışıqlar aparılır. Dekabrın 27-də səkkizinci raunda start verilib. Hətta yeddinci raundda, tərəflər Avropanın İranın mövqeyini əks etdirən iki saziş layihəsi üzrə razılığa gəliblər.
Dekabrın 31-də danışıqlar Yeni il bayramı ilə əlaqədar dayandırılıb. Yanvarın 3-də tərəflər Vyanada dialoqu davam etdiriblər. İran nümayəndəsi Əli Bagiri Qəninin sözlərinə görə, danışıqlar uğurlu gedir. Lakin ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Vyanada irəliləyişi "cüzi" kimi qiymətləndirib və Tehranı məsələyə ciddi yanaşmağa çağırıb.
2015-ci il 14 iyul tarixində "Altılıq ölkələri (Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa) və İran - İranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində sanksiyaların ləğvini nəzərdə tutan nüvə sazişini - Birgə Hərtərəfli Fəaliyyət Planını imzalayıb.
Sazişə əsasən, İran nüvə proqramını məhdudlaşdırmalı və bunun qarşılığında İrana qarşı sanksiyalar geri götürülməli idi.
Lakin 2018-ci ilin may ayında ABŞ-ın o vaxtkı prezidenti Donald Tramp Amerikanı BHFP-dan çıxarmaq qərarına gəlib və Tehrana qarşı sanksiyaları bərpa edib. Buna cavab olaraq İran nüvə tədqiqatları, sentrifuqalar və uranın zənginləşdirilməsi səviyyəsinə qoyulan məhdudiyyətlərdən imtina edərək, saziş üzrə öhdəliklərinin mərhələli şəkildə azaldılmasını elan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Rusiya və İran XİN başçıları Putinlə Rəisinin görüşü ərəfəsində nə danışıblar?
Putinlə mühüm görüş: İran prezidenti Moskvaya gedir
İran prezidenti Rəisi Moskvaya səfərə hazırlaşır
Xəbər lenti
0