https://sputnik.az/20220120/yol-qezalarinda-700-den-cox-insan-olub---statstka-438326435.html
Yol qəzalarında 700-dən çox insan ölüb - STATİSTİKA
Yol qəzalarında 700-dən çox insan ölüb - STATİSTİKA
Sputnik Azərbaycan
Yol-nəqliyyat hadisələrinin 1597-si sürücülər tərəfindən qaydaların pozulması səbəbindən baş verib. 20.01.2022, Sputnik Azərbaycan
2022-01-20T08:32+0400
2022-01-20T08:32+0400
2022-01-20T08:32+0400
qəza
cəmiyyət
dyp
https://cdnn1.img.sputnik.az/img/42254/17/422541793_0:0:3201:1802_1920x0_80_0_0_ebd02d6019374961fed9e3c06b45b19e.jpg
BAKI, 20 yanvar — Sputnik. Respublika ərazisində ötən il ərzində 1649 yol-nəqliyyat hadisəsi baş verib və nəticədə 706 nəfər həlak olub, 1452 nəfər yaralanıb.Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, ölkədə pandemiya əleyhinə məhdudiyyət tədbirlərinin tətbiq olunduğu 2020-ci illə müqayisədə hadisələrin sayı 62 (+3,9%) fakt, ölənlərin sayı 10 (+1,4%) nəfər, yaralananların sayı isə 42 (+3%) nəfər artıb.Qəzaların 514-ü paytaxt ərazisində qeydə alınıb ki, nəticədə 211 nəfər həyatını itirib, 413 nəfər isə xəsarət alıb.Aparılmış təhlillər nəticəsində müəyyən edilib ki, yol-nəqliyyat hadisələrinin 1597-si sürücülər tərəfindən qaydaların pozulması səbəbindən baş verib.Qayda pozuntuları ən çox nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi (640), qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə (546) olmaqla yolayrıclarını keçmə (148), nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsi (16), sükan arxasında yatma (13) və digərləri olub.Sürücülərlə yanaşı piyadalar tərəfindən də yol hərəkəti qaydalarının pozulması, əsasən yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçilməsi səbəbindən 2021-ci il ərzində 721 piyada vurma hadisəsi qeydə alınıb ki, bu da respublika üzrə qəzaların 43,7%-ni təşkil edir.Yol-nəqliyyat hadisələrinin növləri içərisində həmçinin toqquşma (539), maneəni vurmaq (149) və aşma (148) halları yenə də üstünlük təşkil edir.Qəzalarda həlak olan 706 nəfərdən (onlardan: 7 yaşına qədər 13 nəfər, 7 yaşından 16 yaşına qədər 36 nəfər, qadınlar 148 nəfər) 345-i piyada, 184-ü sürücü, 151-i sərnişin, 22-si velosipedçi, 1-i arabaçı, 3-ü isə digər hərəkət iştirakçılarıdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Daxili İşlər Nazirliyi paytaxt sakinlərinə müraciət etdiYanvarın 20-də Bakının mərkəzində yollar bağlanacaq - SİYAHI
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42254/17/422541793_470:0:3201:2048_1920x0_80_0_0_8b2e67879681c69cba7560e6d0b5ba21.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
qəza, dyp
Yol qəzalarında 700-dən çox insan ölüb - STATİSTİKA
Yol-nəqliyyat hadisələrinin 1597-si sürücülər tərəfindən qaydaların pozulması səbəbindən baş verib.
BAKI, 20 yanvar — Sputnik. Respublika ərazisində ötən il ərzində 1649 yol-nəqliyyat hadisəsi baş verib və nəticədə 706 nəfər həlak olub, 1452 nəfər yaralanıb.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsindən
Sputnik Azərbaycan-a verilən xəbərə görə, ölkədə pandemiya əleyhinə məhdudiyyət tədbirlərinin tətbiq olunduğu 2020-ci illə müqayisədə hadisələrin sayı 62 (+3,9%) fakt, ölənlərin sayı 10 (+1,4%) nəfər, yaralananların sayı isə 42 (+3%) nəfər artıb.
Qəzaların 514-ü paytaxt ərazisində qeydə alınıb ki, nəticədə 211 nəfər həyatını itirib, 413 nəfər isə xəsarət alıb.
Aparılmış təhlillər nəticəsində müəyyən edilib ki, yol-nəqliyyat hadisələrinin 1597-si sürücülər tərəfindən qaydaların pozulması səbəbindən baş verib.
Qayda pozuntuları ən çox nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi (640), qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə (546) olmaqla yolayrıclarını keçmə (148), nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsi (16), sükan arxasında yatma (13) və digərləri olub.
Sürücülərlə yanaşı piyadalar tərəfindən də yol hərəkəti qaydalarının pozulması, əsasən yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçilməsi səbəbindən 2021-ci il ərzində 721 piyada vurma hadisəsi qeydə alınıb ki, bu da respublika üzrə qəzaların 43,7%-ni təşkil edir.
Yol-nəqliyyat hadisələrinin növləri içərisində həmçinin toqquşma (539), maneəni vurmaq (149) və aşma (148) halları yenə də üstünlük təşkil edir.
Qəzalarda həlak olan 706 nəfərdən (onlardan: 7 yaşına qədər 13 nəfər, 7 yaşından 16 yaşına qədər 36 nəfər, qadınlar 148 nəfər) 345-i piyada, 184-ü sürücü, 151-i sərnişin, 22-si velosipedçi, 1-i arabaçı, 3-ü isə digər hərəkət iştirakçılarıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.