https://sputnik.az/20220119/daxili-sler-nazirliyi-paytaxt-sakinlerine-muraciet-etdi-438303459.html
Daxili İşlər Nazirliyi paytaxt sakinlərinə müraciət etdi
Daxili İşlər Nazirliyi paytaxt sakinlərinə müraciət etdi
Sputnik Azərbaycan
Şəhidlər Xiyabanı istiqamətində şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur. 19.01.2022, Sputnik Azərbaycan
2022-01-19T11:30+0400
2022-01-19T11:30+0400
2022-01-19T11:30+0400
paytaxt xəbərləri
20 yanvar
20 yanvar – ümumxalq hüzn günü
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0a/426188398_0:79:1080:687_1920x0_80_0_0_5a3ac26e8bcbef62f7fa2cb9949f2c91.jpg
BAKI, 19 yanvar — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar vətəndaşlara müraciət edib. Müraciətdə qeyd olunur ki, 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar ziyarətçilərin təhlükəsizliyi, rahat və fasiləsiz hərəkəti, xüsusi karantin rejim qaydalarına uyğun olaraq təşkil ediləcək.Ziyarətçilər mütləq qaydada tibbi maskadan istifadə etməli və sosial məsafəni gözləməli, 10 nəfərdən artıq olmamaqla qrup halında hərəkət etməlidirlər. Ziyarətə gələnlərin təhlükəsiz hərəkətlərini təmin etmək məqsədilə Şəhidlər xiyabanı istiqamətində olan küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla, tədbir tam başa çatana qədər Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək. Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni, Milli Məclisin inzibati binasının yanından Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkətinin dayandırılması nəzərdə tutulur. Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur. Yanvarın 20-də Bakının mərkəzində yollar bağlanacaq20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətin dəyişdirilməsi nəzərdə tutulub. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərlinin verdiyi məlumata görə, yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırılması 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0a/426188398_38:0:998:720_1920x0_80_0_0_3dde4b14ab4da35aac653293c09a1de1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
bu yollarla əsla getməyin din xəbərdarlıq etdi
bu yollarla əsla getməyin din xəbərdarlıq etdi
Daxili İşlər Nazirliyi paytaxt sakinlərinə müraciət etdi
Şəhidlər Xiyabanı istiqamətində şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.
BAKI, 19 yanvar — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar vətəndaşlara müraciət edib.
Müraciətdə qeyd olunur ki, 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar ziyarətçilərin təhlükəsizliyi, rahat və fasiləsiz hərəkəti, xüsusi karantin rejim qaydalarına uyğun olaraq təşkil ediləcək.
Ziyarətçilər mütləq qaydada tibbi maskadan istifadə etməli və sosial məsafəni gözləməli, 10 nəfərdən artıq olmamaqla qrup halında hərəkət etməlidirlər.
Ziyarətə gələnlərin təhlükəsiz hərəkətlərini təmin etmək məqsədilə Şəhidlər xiyabanı istiqamətində olan küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla, tədbir tam başa çatana qədər Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.
Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni, Milli Məclisin inzibati binasının yanından Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkətinin dayandırılması nəzərdə tutulur.
Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.
Yanvarın 20-də Bakının mərkəzində yollar bağlanacaq
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətin dəyişdirilməsi nəzərdə tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərlinin verdiyi məlumata görə, yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.
Hərəkətin məhdudlaşdırılması 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.