https://sputnik.az/20220120/mina-tehlukesi-ile-mubarize-ucun-kendlerde-icma-qruplari-yaradilir-438317034.html
Mina təhlükəsi ilə mübarizə üçün kəndlərdə icma qrupları yaradılır
Mina təhlükəsi ilə mübarizə üçün kəndlərdə icma qrupları yaradılır
Sputnik Azərbaycan
Azərbaycan Minatəmizləmə Agentliyi işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.
2022-01-20T07:33+0400
2022-01-20T07:33+0400
2022-01-20T07:33+0400
təhlükə
azərbaycan xəbərləri
mina
anama
işğaldan azad edilmiş ərazilər
https://cdnn1.img.sputnik.az/img/07e5/03/03/426366921_0:0:3013:1696_1920x0_80_0_0_a71f256a953813e6c9b3d18d4423dae0.jpg
BAKI, 20 yanvar — Sputnik. Bu il 18 yanvar tarixində Goranboy rayonunun Tapqaraqoyunlu kəndində mina hadisəsi baş verib. Kənd sakini 1996-cı il təvəllüdlü Məmmədov Vüqar Maqsud oğlu təhlükəli hesab edilən keçmiş təmas xətti ərazisi istiqamətində hərəkət edərkən mina partlayışı nəticəsində xəsarət alıb.Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) Sputnik Azərbaycan-a bildiriblər ki, baş verən piyada əleyhinə mina partlayışı nəticəsində kənd sakininin sol ayağı dizdən aşağı amputasiya olunub.Agentlik tərəfindən Goranboy və müharibədən zərər çəkmiş digər rayonlarda mütəmadi olaraq mina və partlayıcı qurğuların təhlükəsinə dair maarifləndirmə fəaliyyəti icra edilir.Baş verə biləcək bədbəxt hadisələrin qarşısını almaq məqsədilə mina təhlükəsi ilə mübarizə istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsi üçün kəndlərdə icma qrupları yaradılır.İcma qruplarının fəaliyyətinin əsas məqsədi mina təhlükəsinə dair kənd sakinlərini, fərdi sahibkarlıq, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan sakinlərin təhlükəli ərazilər, partlayıcı sursatların törədə biləcəyi risklər barədə maarifləndirilməsi, İcma Komitələrinin yaradılması, rayon icra strukturları ilə əlaqələndirilməsi, son məlumatların ANAMA-da toplanılmasının təmin edilməsindən ibarətdir.ANAMA bir daha vətəndaşlarımıza müraciət edərək icazəsiz səfərlərdən çəkinməyə, təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmamağa çağırır.Xatırladaq ki, Azərbaycan Minatəmizləmə Agentliyi işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.Yanvarın 10-dan 15-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 14, tank əleyhinə 1 mina və 112 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.Nəticədə 51,8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Azad olunmuş ərazilərə ildə bir dəfədən çox getmək mümkün olacaqGoranboylu gənc minaya düşsə də, özünü itirməyərək dostlarını köməyə çağırıb - FOTOErmənistanın təqdim etdiyi mina xəritələrində daha bir yalan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/03/426366921_195:0:2926:2048_1920x0_80_0_0_5ec41aa2b0b456a20aa056c43519a899.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
mina təhlükəsi ilə mübarizə üçün kəndlərdə icma qrupları yaradılır
mina təhlükəsi ilə mübarizə üçün kəndlərdə icma qrupları yaradılır
Mina təhlükəsi ilə mübarizə üçün kəndlərdə icma qrupları yaradılır
ANAMA bir daha vətəndaşlarımıza müraciət edərək icazəsiz səfərlərdən çəkinməyə, təhlükəli və şübhəli ərazilərə daxil olmamağa çağırır.
BAKI, 20 yanvar — Sputnik. Bu il 18 yanvar tarixində Goranboy rayonunun Tapqaraqoyunlu kəndində mina hadisəsi baş verib. Kənd sakini 1996-cı il təvəllüdlü Məmmədov Vüqar Maqsud oğlu təhlükəli hesab edilən keçmiş təmas xətti ərazisi istiqamətində hərəkət edərkən mina partlayışı nəticəsində xəsarət alıb.
Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA)
Sputnik Azərbaycan-a bildiriblər ki, baş verən piyada əleyhinə mina partlayışı nəticəsində kənd sakininin sol ayağı dizdən aşağı amputasiya olunub.
Agentlik tərəfindən Goranboy və müharibədən zərər çəkmiş digər rayonlarda mütəmadi olaraq mina və partlayıcı qurğuların təhlükəsinə dair maarifləndirmə fəaliyyəti icra edilir.
Baş verə biləcək bədbəxt hadisələrin qarşısını almaq məqsədilə mina təhlükəsi ilə mübarizə istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsi üçün kəndlərdə icma qrupları yaradılır.
İcma qruplarının fəaliyyətinin əsas məqsədi mina təhlükəsinə dair kənd sakinlərini, fərdi sahibkarlıq, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan sakinlərin təhlükəli ərazilər, partlayıcı sursatların törədə biləcəyi risklər barədə maarifləndirilməsi, İcma Komitələrinin yaradılması, rayon icra strukturları ilə əlaqələndirilməsi, son məlumatların ANAMA-da toplanılmasının təmin edilməsindən ibarətdir.
ANAMA bir daha vətəndaşlarımıza müraciət edərək icazəsiz səfərlərdən çəkinməyə, təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmamağa çağırır.
Xatırladaq ki, Azərbaycan Minatəmizləmə Agentliyi işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.
Yanvarın 10-dan 15-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 14, tank əleyhinə 1 mina və 112 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 51,8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.