Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Ermənistanın təqdim etdiyi mina xəritələrində daha bir yalan

© Photo : REPORTMinalı ərazilərin göstərən nişan, arxiv şəkli
Minalı ərazilərin göstərən nişan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.01.2022
Abunə olmaq
ANAMA: Mina problemi, sıx minalanma məhz keçmiş təmas xəttində olub. Şuşa və Ağdam şəhərləri də o keçmiş təmas xəttindən çox uzaq məsafədə yerləşir.
BAKI, 18 yanvar — Sputnik. Ermənistan tərəfindən təqdim olunmuş mina xəritələri özündə yalnız keçmiş təmas xəttinə aid olan əraziləri, müdafiə üçün quraşdırılmış mina sahələrini əks etdirir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu işğaldan azad olunan ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə ANAMA İdarə Heyətinin sədr müavini Samir Poladov deyib.
S.Poladov bildirib ki, keçmiş təmas xəttindən kənarda quraşdırılmış minaların xəritələri yoxdur, təmas xəttindən kənarda quraşdırılmış minalar Ermənistanın təqdim etdiyi mina xəritələrində əksini tapmayıb:

"Mina problemi, sıx minalanma məhz keçmiş təmas xəttində olub. Şuşa və Ağdam şəhərləri də o keçmiş təmas xəttindən çox uzaq məsafədə yerləşir".

Ağdam şəhərinin partlamamış hərbi sursatlardan təmizlənməsi tamamlanıb
Samir Poladov deyib ki, Ağdam rayonu üzrə ümumilikdə 780 hektar ərazi təmizlənib, 1800 ədəd partlamamış hərbi sursat aşkarlanıb. O bildirib ki, Bərdə-Ağdam dəmir və Bərdə-Ağdam avtomobil yolları, Xındırıstan-Ağdam elektrik xətti keçəcək ərazilərin partlamamış hərbi sursatlardan təmizlənməsi işləri artıq yekunlaşıb, Ağdam şəhərinə gedən yol da artıq təmizlənib:
"Yolun sağı və solu yaxın məsafədə təhlükəsizdir, təmizlənib. Lakin yollardan daha qırağa çıxılarsa, təhlükəyə məruz qalmaq olar. Ona görə də yalnız dayanacaqlarda gözləmək lazımdır".
ANAMA İdarə Heyətinin sədr müavini qeyd edib ki, rayon ərazisində daha çox Ermənistan istehsalı olan minalar aşkar olunub:
"Təmizləmə əməliyyatları zamanı dəmir su borularının içərisinə yerləşdirilmiş xüsusi formaya salınmış xeyli sayda partlayıcı sursatlar aşkarlanıb. Buna görə də naməlum əşyalara toxunmaq olmaz, toxunulmamalıdır. Ərazidə çoxlu sayda bilbordlar, maarifləndirici materiallar yerləşdirilib, yol kənarında lövhələr quraşdırılıb, orada yer alan tələblərə əməl edilməsi zəruridir".
S.Poladov diqqətə çatdırıb ki, 1991-ci ildən bu günə kimi Ağdam rayonu ərazisində 51 yaşayış məntəqəsində mina hadisələri baş verib, 24 nəfər həlak olub:
"Bu barədə məlumatlar ANAMA-nın informasiya bazasında mövcuddur. Naməlum və şübhə doğuran ərazilərə daxil olmaq olmaz. Ağdam şəhərinin özünə gəldikdə, şəhərdə təmizləmə işləri demək olar ki, tamamlanıb, ümumi təhlükəsizlik təmin olunub. Şəhərdə yollar, çoxlu sayda obyektlər təmizlənib. ANAMA və müvafiq dövlət qurumlarının təlimatlarına riayət etməklə həmin ərazilərdə təhlükəsiz hərəkət etmək olar".
Şuşada mina problemi yoxdur
O, həmçinin bildirib ki, ANAMA mütəxəssisləri tərəfindən Şuşa şəhərində partlayıcı sursatlar aşkar edilib və təmizlənib.
Onun sözlərinə görə, ümumilikdə 38 binada və 573 yaşayış sahəsində təmizləmə əməliyyatları həyata keçirilib:
"Ümumən Şuşa şəhəri, bölgəsi üzrə 1684 partlamamış hərbi sursat aşkar olunub. Təmizlənmiş obyektlər ANAMA-nın xüsusi nişanlama sisteminə salınıb. Ümumiyyətlə, Şuşa şəhərində mina problemi yoxdur. Şuşada ANAMA-nın mütəxəssisləri və müvafiq dövlət qurumlarının təlimatlarına riayət etməklə təhlükəsiz qaydada hərəkət etmək mümkündür".
Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən qeyd olunmuş layihə üzrə minatəmizləmə əməliyyatlarına 2021-ci il 1 iyun tarixində başlanılıb və 500 ha-dan artıq ərazi təmizlənib. Məlumat üçün bildirək ki, Baş Prokurorluğun məlumatına görə, 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 7 hərbi qulluqçu, 29 mülki şəxs həlak olub. 109 hərbi qulluqçu, 44 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Həmçinin oxuyun:
Azad olunmuş ərazilərə avtobusla necə getməli - Qaydalar və qiymətlər
Azad edilmiş ərazilərə avtobus reysləri açılır
Bu ərazilər artıq minalardan təmizlənib - FOTO
Xəbər lenti
0