https://sputnik.az/20220120/azerbaycan-bir-deqiqelik-susdu-438337494.html
Azərbaycan bir dəqiqəlik susdu
Azərbaycan bir dəqiqəlik susdu
Sputnik Azərbaycan
Bütün Azərbaycan ərazisində şəhidlərin xatirəsi yad edilib. 20.01.2022, Sputnik Azərbaycan
2022-01-20T12:11+0400
2022-01-20T12:11+0400
2022-01-20T15:16+0400
azərbaycan xəbərləri
20 yanvar
sükut
azərbaycan
şəhidlər
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/04/425639174_0:85:1921:1165_1920x0_80_0_0_9c0fcd5e2a434a9f29ace8d384c4b993.jpg
BAKI, 20 yanvar - Sputnik. 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə bu gün saat 12:00-da Azərbaycanın bütün ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sputnik Azərbaycan-ın məlumatına görə, gəmilər, avtomobillər, qatarlar bununla əlaqədar səs siqnalları verib.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.Nəticədə Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. 841 nəfər vətəndaşımız həmin dövrlərdə qanunsuz həbslərə və saxlamalara məruz qalıb.Həmin faciəli günlərdən artıq 32 il keçir. Azərbaycan xalqı bu gün də 20 Yanvar hadisəsini anır. Bu məqsədlə xalq Qanlı Yanvar hadisələrinin qurbanlarının uyuduğu Şəhidlər Xiyabanına axışır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Eləcə də oxuyun: * Baş prokuror 20 Yanvar hadisələrinin istintaqından danışdı* Mövlud Çavuşoğlu 20 Yanvar faciəsi ilə bağlı paylaşım edibPrezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib* Məşum Yanvar gecəsindən 32 il keçir* İlham Əliyev sosial şəbəkədə 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib* Larisa Məmmədovanın anası: "O dəhşətli görüntülər gözümün önündədir"
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/04/425639174_83:0:1790:1280_1920x0_80_0_0_2491e4945fe890965e84b0040ee69194.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Azərbaycan bir dəqiqəlik susdu
12:11 20.01.2022 (Yenilənib: 15:16 20.01.2022) Bütün Azərbaycan ərazisində şəhidlərin xatirəsi yad edilib.
BAKI, 20 yanvar - Sputnik. 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə bu gün saat 12:00-da Azərbaycanın bütün ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, gəmilər, avtomobillər, qatarlar bununla əlaqədar səs siqnalları verib.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.
Nəticədə Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. 841 nəfər vətəndaşımız həmin dövrlərdə qanunsuz həbslərə və saxlamalara məruz qalıb.
Həmin faciəli günlərdən artıq 32 il keçir. Azərbaycan xalqı bu gün də 20 Yanvar hadisəsini anır. Bu məqsədlə xalq Qanlı Yanvar hadisələrinin qurbanlarının uyuduğu Şəhidlər Xiyabanına axışır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.