BAKI, 20 yanvar — Sputnik. Bu gün 20 Yanvar faciəsinin üstündən 32 il keçir. Ümumxalq hüzn günü hər kəs məşum yanvar gecəsi həlak olan şəhidlərimizin ruhunu ehtiramla yad edir, onların məzarlarını ziyarət etmək üçün Azərbaycan xalqının qürur yerinə çevrilmiş Şəhidlər Xiyabanını ziyarət edir. 20 Yanvar hadisələrində həyatlarını itirənlər arasında uşaqların olması bu faciənin acısını daha da artırır. Sputnik Azərbaycan 20 Yanvar faciəsində həyatını itirmiş 13 yaşlı Larisa Məmmədova ilə bağlı onun təhsil aldığı məktəbdən hazırladığı reportajı təqdim edir:"Düz 32 il əvvəl o, bu partanın arxasında əyləşərək dərs dinləyirdi. Bu gün isə onun təhsil aldığı sinif otağında xatirəsi anılır, əyləşdiyi partanın üzərinə, stendinin qarşısına qərənfillər düzülüb. 132-134 nömrəli Təhsil Kompleksi də elə matəm ab-havasında idi. Axı bu təhsil ocağı düz 32 il bundan əvvəl, 20 Yanvar faciəsində öz istedadlı şagirdini, Larisa Məmmədovanı itirmişdi... Larisanın xatirəsinə təhsil müəssisəsinin dəhlizlərindəki bütün monitorlar yanvar faciəsini əks etdirən görüntüləri əks etdirirdi. Elə bütün məktəblərdə olduğu kimi, bu Təhsil Kompleksində də ilk dərs 20 Yanvar faciəsinə həsr edilmişdi.Larisanın dərs keçdiyi sinif otağı bu gün başqa ab-havada idi...Amma 132-134 nömrəli Təhsil Kompleksində, Larisanın oxuduğu sinifdə vəziyyət bir qədər fərqli idi. Onlar yanvar faciəsinin bütün qurbanları ilə yanaşı, bu gün sinif otağında o dəhşətli gündə şəhid olan Larisa Məmmədovadan da danışırdılar. Azərbaycan dili müəllimi Səriyyə Rzayeva Sputnik Azərbaycan-a bildirib ki, 20 Yanvarı Larisanın faciəsi üzərindən anlatmaq çətin olsa da, şagirdlərə tariximiz barədə məlumat vermək vacibdir:Larisanın obrazı pianino qarşısında canlandırılmışdıLarisanın pianinosu da bu gün köklənmişdi. Təhsil müəssisəsinin akt zalındakı pianinonun arxasında ürəyindəki böyük arzuları yarımçıq qalmış Larisa əyləşməsə də, bu gün səslənən musiqi onun xatirəsinə həsr olunmuşdu. Təhsil Müəssisəsində təşkil olunan tədbirdə Larisanın timsalında bütün 20 Yanvar şəhidlərinin, bu faciədə həlak olan şagirdlərin xatirəsi anılırdı.Körpə qızcığazın anası o dəhşətli günü belə xatırlayırElə Larisanın anası Qalina Məmmədova, bacısı Nərmin Məmmədova da anım tədbirində iştirak edirdi. Qalina Məmmədova Sputnik Azərbaycan-a 32 il əvvəl baş vermiş hadisəni belə xatırlayır:“Mən evdə körpə uşaqla idim. Larisa uşağa baxmaqda, ev işlərində mənə kömək edirdi. Həyat yoldaşım Fərman Məmmədov işə gedirdi. Larisa da təzə paltarlarını geyindi ki, atamla gedirəm. Mən həmin gün Larisanı atası ilə getmək fikrindən nə qədər daşındırmağa çalışsam da o inad etdi. Ümumiyyətlə atasının işinə getməyi çox sevərdi. Hərdən evdə "peraşki" bişirən kimi büküb isti-isti atasına aparardı. Atası da onu avtobusda gəzdirərdi. Elə həmin gün də atası ilə avtobusda gəzmək üçün getmişdi. Həyat yoldaşım Larisa ilə birgə 1990-cı ilin 19 yanvardan 20-ə keçən gecə saat 10:00 radələrində evdən çıxdı. Onlar Leytenant Şmidt adına zavoda getmişdilər. Əsgərlər zavodun yanında Fərmanla Larisanın oturduqları avtobusu da gülləbaran etdilər. Mən hadisə barədə xəbər tutanda artıq gec idi. Həmin günü xatırlayanda o dəhşətli görüntülər yenidən gözümün önündə canlanır. Mən, əlimdə körpə övladlarımla çıxılmaz durumda qalmışdım. Bütün yaralıların Semaşko xəstəxanasına aparıldığını öyrəndim. Ora gedəndə Fərmanın ayağından yaralandığını dedilər. Qızımı isə morqdan tapdım".Hər il bu yara qanayırAnası deyir ki, Larisanın ürəyində çox arzuları yarımçıq qaldı:"Bacım oxuduğu məktəbdə heç vaxt unudulmur"Larisanın bacısı, o şəhid olanda 4 aylıq olan Nərminə Məmmədova isə Sputnik Azərbaycan-a bunları danışıb:“Çox təəssüf ki, mən o zaman çox körpə olmuşam. Amma bacım məni çox sevirmiş. Anama məni saxlamağa kömək edirmiş, qardaşımı bağçaya aparırmış. Mən bu gün bacımın 7-ci sinfə qədər oxuduğu məktəbdə müəllim işləyirəm. Məktəbin pedoqoji və şagird heyəti Larisanı heç vaxt unutmur”.Larisanın kuklası...Təhsil kompleksinin direktoru Sara Xanlarova isə Sputnik Azərbaycan-a bildirib ki, bütün şəhidlər kimi, Larisa da Azərbaycan xalqının qəlbində daim yaşayacaq: "Məktəbdə Larisanın xatirəsinə həsr olunan yazı, şeir, rəsm müsabiqələri keçirilir. Məktəbdə onun adını daşıyan şagird təşkilatı fəaliyyət göstərir".Məktəbi tərk edərkən gözümüz Larisanın kuklası ilə olan şəkli rastlaşır. Elə bu an Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin Larisa ilə bağlı “On üç yaşlı körpə bala” şeiri yadıma düşür:On üç yaşlı körpə bala,Yazıq anan necə dözsünBu kədərə, bu məlala?Məzarının baş ucunda kuklan da var.Bu gün layla çalmalıykən sən kuklana,Kuklan sənə laylay çalar.Sən özün də kukla idin.Bu dünyanın əvvəlini, axırınıHeç bilmədin.Kim kuklaya güllə atar?Atan oldu…Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:20 yanvarda hava necə olacaq? Bakıda qar gözlənilirRəsmi Bakı: "20 Yanvara görə məsuliyyət daşıyanların cavab verməsi üçün addımlar atılacaq"
Təhsil müəssisəsinin akt zalındakı pianinonun arxasında ürəyindəki böyük arzuları yarımçıq qalmış Larisa əyləşməsə də, bu gün səslənən musiqi onun xatirəsinə həsr olunmuşdu.
BAKI, 20 yanvar — Sputnik. Bu gün 20 Yanvar faciəsinin üstündən 32 il keçir. Ümumxalq hüzn günü hər kəs məşum yanvar gecəsi həlak olan şəhidlərimizin ruhunu ehtiramla yad edir, onların məzarlarını ziyarət etmək üçün Azərbaycan xalqının qürur yerinə çevrilmiş Şəhidlər Xiyabanını ziyarət edir. 20 Yanvar hadisələrində həyatlarını itirənlər arasında uşaqların olması bu faciənin acısını daha da artırır. Sputnik Azərbaycan 20 Yanvar faciəsində həyatını itirmiş 13 yaşlı Larisa Məmmədova ilə bağlı onun təhsil aldığı məktəbdən hazırladığı reportajı təqdim edir:
"Düz 32 il əvvəl o, bu partanın arxasında əyləşərək dərs dinləyirdi. Bu gün isə onun təhsil aldığı sinif otağında xatirəsi anılır, əyləşdiyi partanın üzərinə, stendinin qarşısına qərənfillər düzülüb. 132-134 nömrəli Təhsil Kompleksi də elə matəm ab-havasında idi. Axı bu təhsil ocağı düz 32 il bundan əvvəl, 20 Yanvar faciəsində öz istedadlı şagirdini, Larisa Məmmədovanı itirmişdi... Larisanın xatirəsinə təhsil müəssisəsinin dəhlizlərindəki bütün monitorlar yanvar faciəsini əks etdirən görüntüləri əks etdirirdi. Elə bütün məktəblərdə olduğu kimi, bu Təhsil Kompleksində də ilk dərs 20 Yanvar faciəsinə həsr edilmişdi.
Larisanın dərs keçdiyi sinif otağı bu gün başqa ab-havada idi...
Amma 132-134 nömrəli Təhsil Kompleksində, Larisanın oxuduğu sinifdə vəziyyət bir qədər fərqli idi. Onlar yanvar faciəsinin bütün qurbanları ilə yanaşı, bu gün sinif otağında o dəhşətli gündə şəhid olan Larisa Məmmədovadan da danışırdılar. Azərbaycan dili müəllimi Səriyyə RzayevaSputnik Azərbaycan-a bildirib ki, 20 Yanvarı Larisanın faciəsi üzərindən anlatmaq çətin olsa da, şagirdlərə tariximiz barədə məlumat vermək vacibdir:
“Larisanın qardaşı Emin mənim şagirdim olub. Amma Larisa özü də hamımızın şagirdi hesab olunur. O, çox tərbiyəli şagird idi. Rəsm çəkmək, pianinoda ifa etmək bacarıqları Larisanı öz sinif yoldaşlarından fərqləndirirdi”.
Larisanın obrazı pianino qarşısında canlandırılmışdı
Larisanın pianinosu da bu gün köklənmişdi. Təhsil müəssisəsinin akt zalındakı pianinonun arxasında ürəyindəki böyük arzuları yarımçıq qalmış Larisa əyləşməsə də, bu gün səslənən musiqi onun xatirəsinə həsr olunmuşdu. Təhsil Müəssisəsində təşkil olunan tədbirdə Larisanın timsalında bütün 20 Yanvar şəhidlərinin, bu faciədə həlak olan şagirdlərin xatirəsi anılırdı.
Körpə qızcığazın anası o dəhşətli günü belə xatırlayır
Elə Larisanın anası Qalina Məmmədova, bacısı Nərmin Məmmədova da anım tədbirində iştirak edirdi. Qalina Məmmədova Sputnik Azərbaycan-a 32 il əvvəl baş vermiş hadisəni belə xatırlayır:
“Mən evdə körpə uşaqla idim. Larisa uşağa baxmaqda, ev işlərində mənə kömək edirdi. Həyat yoldaşım Fərman Məmmədov işə gedirdi. Larisa da təzə paltarlarını geyindi ki, atamla gedirəm. Mən həmin gün Larisanı atası ilə getmək fikrindən nə qədər daşındırmağa çalışsam da o inad etdi. Ümumiyyətlə atasının işinə getməyi çox sevərdi. Hərdən evdə "peraşki" bişirən kimi büküb isti-isti atasına aparardı. Atası da onu avtobusda gəzdirərdi. Elə həmin gün də atası ilə avtobusda gəzmək üçün getmişdi. Həyat yoldaşım Larisa ilə birgə 1990-cı ilin 19 yanvardan 20-ə keçən gecə saat 10:00 radələrində evdən çıxdı. Onlar Leytenant Şmidt adına zavoda getmişdilər. Əsgərlər zavodun yanında Fərmanla Larisanın oturduqları avtobusu da gülləbaran etdilər. Mən hadisə barədə xəbər tutanda artıq gec idi. Həmin günü xatırlayanda o dəhşətli görüntülər yenidən gözümün önündə canlanır. Mən, əlimdə körpə övladlarımla çıxılmaz durumda qalmışdım. Bütün yaralıların Semaşko xəstəxanasına aparıldığını öyrəndim. Ora gedəndə Fərmanın ayağından yaralandığını dedilər. Qızımı isə morqdan tapdım".
Anası deyir ki, Larisanın ürəyində çox arzuları yarımçıq qaldı:
"O, gözəl rəsm çəkir, toxuyur, pianino çalırdı. Deyirdi ki, ya rəssam olacaq, yaxud da musiqi müəllimi. Bu gün pianinoda ifa edən qızı görəndə Larisanın bu arzusu yadıma düşdü. Mən 20 Yanvar hadisəsindən sonra Larisa haqqında heç kəslə danışmaq istəmirdim. Amma sonra 20 Yanvar da günahsız şəhid olan hər kəs kimi Larisanın da xatirəsinin daim yaşamalı olduğunu anladım. Çox sevinirəm ki, Larisa təhsil aldığı məktəbdə belə anılır. Onu unutmurlar. Larisa Məmmədovanın adına Bakı şəhərində küçə var. Yanvar faciəsi Azərbaycanda yaşayan, milliyətindən asılı olmayaraq bu ölkənin vətəndaşı olan hər kəsin faciəsidir. Bu ağrını hər birimiz öz ürəyimizdə gəzdiririk. 32 ildə yaramız sadəcə qaysaq bağlayıb. Hər il yanvar ayının 19-dan 20-ə keçən gecə bu yara qanayır”.
Larisanın bacısı, o şəhid olanda 4 aylıq olan Nərminə Məmmədova isə Sputnik Azərbaycan-a bunları danışıb:
“Çox təəssüf ki, mən o zaman çox körpə olmuşam. Amma bacım məni çox sevirmiş. Anama məni saxlamağa kömək edirmiş, qardaşımı bağçaya aparırmış. Mən bu gün bacımın 7-ci sinfə qədər oxuduğu məktəbdə müəllim işləyirəm. Məktəbin pedoqoji və şagird heyəti Larisanı heç vaxt unutmur”.
132-134 nömrəli Təhsil kompleksinin direktoru Sara Xanlarova
Larisanın kuklası...
Təhsil kompleksinin direktoru Sara Xanlarova isə Sputnik Azərbaycan-a bildirib ki, bütün şəhidlər kimi, Larisa da Azərbaycan xalqının qəlbində daim yaşayacaq:
"Məktəbdə Larisanın xatirəsinə həsr olunan yazı, şeir, rəsm müsabiqələri keçirilir. Məktəbdə onun adını daşıyan şagird təşkilatı fəaliyyət göstərir".
Məktəbi tərk edərkən gözümüz Larisanın kuklası ilə olan şəkli rastlaşır. Elə bu an Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin Larisa ilə bağlı “On üç yaşlı körpə bala” şeiri yadıma düşür:
On üç yaşlı körpə bala,
Yazıq anan necə dözsün
Bu kədərə, bu məlala?
Məzarının baş ucunda kuklan da var.
Bu gün layla çalmalıykən sən kuklana,
Kuklan sənə laylay çalar.
Sən özün də kukla idin.
Bu dünyanın əvvəlini, axırını
Heç bilmədin.
Kim kuklaya güllə atar?
Atan oldu…
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.