https://sputnik.az/20220120/20-yanvar-sehidlerine-ilk-abide-ile-bagli-muemma---foto-438348492.html
20 Yanvar şəhidlərinə ilk abidə ilə bağlı müəmma - FOTO
20 Yanvar şəhidlərinə ilk abidə ilə bağlı müəmma - FOTO
Sputnik Azərbaycan
20 Yanvar şəhidlərinə ilk abidə Azərbaycanın cənubunda qoyulub. Amma bir il sonra onun təşəbbüskarı müəmmalı şəkildə 35 yaşında ölüb
2022-01-20T21:20+0400
2022-01-20T21:20+0400
2022-01-20T21:20+0400
azərbaycan xəbərləri
20 yanvar
abidə
astara
şəhidlər
https://cdnn1.img.sputnik.az/img/07e5/01/14/426015640_0:0:3080:1733_1920x0_80_0_0_5cf3324b91bba9df35a08954e57ce59a.jpg
BAKI, 20 yanvar — Sputnik. Azərbaycan xalqı ölkəmizin müstəqilliyi uğrunda şəhid olanların əziz xatirəsini daim uca tutub. Bakıda törədilən qətliamdan sonra xalqımız şəhid olanları böyük ehtiramla dəfn etdi. O vaxt Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsinə ilk abidə Astara rayonunun Şiyəkəran kəndində ucaldılıb. Kənd sakini Yunus Qulamov bu abidənin şəhidlərimizin qırx mərasiminə bir həftə qalmış hazırlanıb kəndin mərkəzində qoyulduğunu Sputnik Azərbaycan-a bildirdi.- Həmin günlərdə yollar, xüsusən də Ələt-Astara yolu bağlanmışdı. Abidəni Bakıda hazırladıb sovxozun yük avtomobillərindən birinin yük yerində gizlicə kəndə gətirdilər. Abidənin qoyulmasının təşəbbüskarı mənim rəhmətlik dayım, həmin illərdə Şiyəkəranda coğrafiya müəllimi işləyən Ənnam Əmrayev olub. Rəhmətlik Ənnam müəllim bu abidəni qoymaq istəyəndə o vaxt Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları dəfələrlə hədə-qorxu gələrək maneə törətməyə çalışıblar. Lakin Ə.Əmrayev öz istədiyinə nail oldu. Amma bu abidə qoyulandan bir il sonra Ənnam Əmrayev müəmmalı şəkildə 35 yaşında dünyasını dəyişdi. Ənnam müəllimin vaxtsız və müəmmalı şəkildə ürək xəstəliyindən vəfat etməsində keçmiş DTK-nın rolunun olduğundan bütün kənd camaatı şübhələndi.- Abidənin qoyulması üçün lazım olan vəsaitin hamısını mərhum Əmrayev təkcə özümü ödədi?- Vəsaitin çox hissəsini rəhmətlik dayım Ənnam müəllim vermişdi, digər hissəsi kəndimizdə Sovet hökumətinə qarşı çıxan və müstəqilliyimizi tələb edən kənd ziyalıları tərəfindən verildi.- Mərhum dayınıza həmin vaxt DTK-dan savayı daha kimlər təzyiq göstəriblər?- Həmin dövrdə rayon rəhbərliyi təzyiq göstərmədi. Amma Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları açıq-aşkar təzyiqlər göstərirdilər. Hətta bir neçə dəfə rayon mərkəzinə çağıraraq, “Səni həbs edərik” deyə təhdid də ediblər. O vaxt Astara Rayon Partiya Komitəsinin sədri Sultan Məmmədov idi və bir dəfə də Ənnam müəllimə: “Biz sənə xəbərdarlıq etsək də, mənən səninləyik”, - deyib.- Yunus müəllim, 20 Yanvar hadisələri vaxtı Bakıda Şiyəkərandan şəhid olan vardımı?- Həmin hadisələr vaxtı kəndimizdən kimsə orada şəhid olmamışdı. Lakin hadisələrdən sonra Şiyəkəranın hər yerində işıq dirəklərindən qara bayraqlar asılmışdı. Düzü, bu bəyənilmədi, amma insanlarda olan azadlıq eşqi və şəhidlərimizə olan ehtiram hissi güclü olduğundan dirəklərdən qara bayraqları sökmədilər.- Azərbaycanda şəhidlərin xatirəsinə ilk ucaldılan abidə olduğu üçün qonşu kənddən və ya rayonlardan gəlib ziyarət edən olurdumu?- Bildiyimiz kimi, həmin dövrlərdə yanvar hadisələrinə siyasi qiymət verilmədiyi üçün Bakıda uzun müddət şəhidlərin xatirəsinə abidə ucaldılmadı. Dediyim kimi, bu, yeganə abidədir ki, şəhidlərimizin qırxı çıxmamış artıq kəndimizdə qoyulmuşdu. Artıq kəndimizdə bir növ adət halı alıb, yeni evlənənlər nikah günü gəlib burada abidənin önündə xatirə fotosu çəkdirirlər. İndi də hər il 20 Yanvar hadisələrinin ildönümündə bütün kənd camaatı sözügedən abidəni ziyarət edir.Eləcə də oxuyun:* Larisa Məmmədovanın anası: "O dəhşətli görüntülər gözümün önündədir"* 20 Yanvar günü: Şəhidlər xiyabanı yenə qələbəlikdir - FOTO* Şəhid anası hər dəfə oğlunun məzarına bir qızılgül gətirən qızı axtarır - video
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Rahim Muradov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427255823_400:0:1761:1361_100x100_80_0_0_b246b0bf66f2c844542938b0f12f2dc3.jpg
Rahim Muradov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427255823_400:0:1761:1361_100x100_80_0_0_b246b0bf66f2c844542938b0f12f2dc3.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/14/426015640_325:0:3056:2048_1920x0_80_0_0_ba1cef75925e3f172ab3c077858012cb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Rahim Muradov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427255823_400:0:1761:1361_100x100_80_0_0_b246b0bf66f2c844542938b0f12f2dc3.jpg
20 yanvar şəhidlərinə ilk abidə qoyan ənnam kişinin qəribə taleyi
20 yanvar şəhidlərinə ilk abidə qoyan ənnam kişinin qəribə taleyi
20 Yanvar şəhidlərinə ilk abidə ilə bağlı müəmma - FOTO
1990-cı ildə 20 Yanvar şəhidlərinin xatirəsinə ilk abidə Azərbaycanın cənubunda qoyulub. Amma bu abidə qoyulandan bir il sonra onun təşəbbüskarı müəmmalı şəkildə 35 yaşında dünyasını dəyişib.
BAKI, 20 yanvar — Sputnik. Azərbaycan xalqı ölkəmizin müstəqilliyi uğrunda şəhid olanların əziz xatirəsini daim uca tutub. Bakıda törədilən qətliamdan sonra xalqımız şəhid olanları böyük ehtiramla dəfn etdi.
O vaxt Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsinə ilk abidə Astara rayonunun Şiyəkəran kəndində ucaldılıb. Kənd sakini Yunus Qulamov bu abidənin şəhidlərimizin qırx mərasiminə bir həftə qalmış hazırlanıb kəndin mərkəzində qoyulduğunu Sputnik Azərbaycan-a bildirdi.
- Həmin günlərdə yollar, xüsusən də Ələt-Astara yolu bağlanmışdı. Abidəni Bakıda hazırladıb sovxozun yük avtomobillərindən birinin yük yerində gizlicə kəndə gətirdilər. Abidənin qoyulmasının təşəbbüskarı mənim rəhmətlik dayım, həmin illərdə Şiyəkəranda coğrafiya müəllimi işləyən Ənnam Əmrayev olub. Rəhmətlik Ənnam müəllim bu abidəni qoymaq istəyəndə o vaxt Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları dəfələrlə hədə-qorxu gələrək maneə törətməyə çalışıblar. Lakin Ə.Əmrayev öz istədiyinə nail oldu. Amma bu abidə qoyulandan bir il sonra Ənnam Əmrayev müəmmalı şəkildə 35 yaşında dünyasını dəyişdi. Ənnam müəllimin vaxtsız və müəmmalı şəkildə ürək xəstəliyindən vəfat etməsində keçmiş DTK-nın rolunun olduğundan bütün kənd camaatı şübhələndi.
- Abidənin qoyulması üçün lazım olan vəsaitin hamısını mərhum Əmrayev təkcə özümü ödədi?
- Vəsaitin çox hissəsini rəhmətlik dayım Ənnam müəllim vermişdi, digər hissəsi kəndimizdə Sovet hökumətinə qarşı çıxan və müstəqilliyimizi tələb edən kənd ziyalıları tərəfindən verildi.
- Mərhum dayınıza həmin vaxt DTK-dan savayı daha kimlər təzyiq göstəriblər?
- Həmin dövrdə rayon rəhbərliyi təzyiq göstərmədi. Amma Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları açıq-aşkar təzyiqlər göstərirdilər. Hətta bir neçə dəfə rayon mərkəzinə çağıraraq, “Səni həbs edərik” deyə təhdid də ediblər. O vaxt Astara Rayon Partiya Komitəsinin sədri Sultan Məmmədov idi və bir dəfə də Ənnam müəllimə: “Biz sənə xəbərdarlıq etsək də, mənən səninləyik”, - deyib.
- Yunus müəllim, 20 Yanvar hadisələri vaxtı Bakıda Şiyəkərandan şəhid olan vardımı?
- Həmin hadisələr vaxtı kəndimizdən kimsə orada şəhid olmamışdı. Lakin hadisələrdən sonra Şiyəkəranın hər yerində işıq dirəklərindən qara bayraqlar asılmışdı. Düzü, bu bəyənilmədi, amma insanlarda olan azadlıq eşqi və şəhidlərimizə olan ehtiram hissi güclü olduğundan dirəklərdən qara bayraqları sökmədilər.
- Azərbaycanda şəhidlərin xatirəsinə ilk ucaldılan abidə olduğu üçün qonşu kənddən və ya rayonlardan gəlib ziyarət edən olurdumu?
- Bildiyimiz kimi, həmin dövrlərdə yanvar hadisələrinə siyasi qiymət verilmədiyi üçün Bakıda uzun müddət şəhidlərin xatirəsinə abidə ucaldılmadı. Dediyim kimi, bu, yeganə abidədir ki, şəhidlərimizin qırxı çıxmamış artıq kəndimizdə qoyulmuşdu. Artıq kəndimizdə bir növ adət halı alıb, yeni evlənənlər nikah günü gəlib burada abidənin önündə xatirə fotosu çəkdirirlər. İndi də hər il 20 Yanvar hadisələrinin ildönümündə bütün kənd camaatı sözügedən abidəni ziyarət edir.