https://sputnik.az/20220119/ktmt-sulhmeramlilari-tam-sekilde-qazaxistani-terk-etdi-438305523.html
KTMT sülhməramlıları tam şəkildə Qazaxıstanı tərk etdi
KTMT sülhməramlıları tam şəkildə Qazaxıstanı tərk etdi
Sputnik Azərbaycan
Əvvəl Rusiyanın hərbi-nəqliyyat aviasiyasının təyyarələri vasitəsi ilə Ermənistan, Belarus, Tacikistan sülhməramlıları qayıtmışdılar. Qırğızıstandan olan... 19.01.2022, Sputnik Azərbaycan
2022-01-19T12:12+0400
2022-01-19T12:12+0400
2022-01-19T12:12+0400
ktmt
rusiya
qazaxıstan
kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı
kasım-jomart tokayev
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438071180_0:161:3071:1888_1920x0_80_0_0_803e545d00ba6b7230214dbaecb7173f.jpg
BAKI, 19 yanvar — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sülhməramlıları Qazaxıstanı tam şəkildə tərk edib. Bu barədə məlumatı Rusiya Müdafiə nazirliyi yayıb."KTMT-nin sonuncu sülhməramlıları dörd təyyarə ilə Qazaxıstandan çıxıblar", - məlumatda qeyd olunub.Bildirilir ki, daha əvvəl Rusiyanın hərbi-nəqliyyat aviasiyasının təyyarələri vasitəsi ilə Ermənistan, Belarus, Tacikistandan olan sülhməramlılar öz vətənlərinə qayıtmışdılar. Qırğızıstandan olan sülhməramlılar isə öz texnika və silahları ilə birgə quru yolla öz ölkələrinə geri qayıdıblar.Qeyd edək ki, yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.Prezident Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar əhaliyə müraciətində bildirib ki, Qazaxıstan Təhlükəsizlik Şurasına bundan sonra özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.Dövlət başçısı vurğulayıb ki, paytaxtda, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.BMT-nin məlumatına görə, iğtişaşlar zamanı minə yaxın insan yaralanıb. DİN 18 güc strukturu əməkdaşının həlak olduğunu, ümumilikdə 4 mindən çox şəxsin saxlanıldığını bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438071180_0:0:2731:2048_1920x0_80_0_0_f75708be10781615d608a534f91f713b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ktmt qoşunları qazaxıstanı tam şəkildə tərk edib
ktmt qoşunları qazaxıstanı tam şəkildə tərk edib
KTMT sülhməramlıları tam şəkildə Qazaxıstanı tərk etdi
Əvvəl Rusiyanın hərbi-nəqliyyat aviasiyasının təyyarələri vasitəsi ilə Ermənistan, Belarus, Tacikistan sülhməramlıları qayıtmışdılar. Qırğızıstandan olan sülhməramlılar öz texnika və silahları ilə birgə quru yolla öz ölkələrinə geri qayıdıblar.
BAKI, 19 yanvar — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sülhməramlıları Qazaxıstanı tam şəkildə tərk edib. Bu barədə məlumatı Rusiya Müdafiə nazirliyi yayıb.
"KTMT-nin sonuncu sülhməramlıları dörd təyyarə ilə Qazaxıstandan çıxıblar", - məlumatda qeyd olunub.
Bildirilir ki, daha əvvəl Rusiyanın hərbi-nəqliyyat aviasiyasının təyyarələri vasitəsi ilə Ermənistan, Belarus, Tacikistandan olan sülhməramlılar öz vətənlərinə qayıtmışdılar. Qırğızıstandan olan sülhməramlılar isə öz texnika və silahları ilə birgə quru yolla öz ölkələrinə geri qayıdıblar.
Qeyd edək ki, yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.
Prezident Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar əhaliyə müraciətində bildirib ki, Qazaxıstan Təhlükəsizlik Şurasına bundan sonra özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Dövlət başçısı vurğulayıb ki, paytaxtda, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.
BMT-nin məlumatına görə, iğtişaşlar zamanı minə yaxın insan yaralanıb. DİN 18 güc strukturu əməkdaşının həlak olduğunu, ümumilikdə 4 mindən çox şəxsin saxlanıldığını bildirib.