SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Korotçenko: "Azərbaycan Fransanı maliyyə cəhətdən cəzalandırsa…"

© Sputnik / Murad Orujov İqor Korotçenko
 İqor Korotçenko - Sputnik Azərbaycan, 1920, 19.01.2022
Abunə olmaq
Diplomatik və siyasi reaksiyalarla yanaşı, Azərbaycan rəsmi Parisi maliyyə baxımından da cəzalandırmalıdır.
BAKI, 19 yanvar — Sputnik. Rusiyanın "Milli Müdafiə" jurnalının Baş redaktoru İqor Korotçenko Fransa prezidentliyinə namizəd Valeri Perkesin Qarabağa qanunsuz səfərinə münasibət bildirib.
Sputnik Azərbaycan xəbər verir ki, Korotçenko öz telegram səhifəsində yazıb:
"Diplomatik və siyasi reaksiyalarla yanaşı, Azərbaycan rəsmi Parisi maliyyə baxımından da cəzalandırmalıdır. Bir neçə Fransa şirkəti onlar üçün səmərəli olan layihələrdən çıxarılmalıdır. Onda Fransa prezidentliyinə namizədlərdən heç biri Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almağa belə cəsarət edə bilməyəcək", - deyə Korotçenko yazıb.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirlyinin mətbuat xidmətini rəhbəri Leyla Abdullayeva Fransa xarici işlər nazirinin bu ölkənin Milli Assambleyasında söylədikləri ilə bağlı şərhində deyib ki, Təəssüflə qeyd etmək istərdik ki, Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drian tərəfindən yanvarın 18-də bu ölkənin Milli Assambleyasında diplomata yaraşmayan tərzdə açıqlama edilib:
"Belə ki, təxribatçı məqsədlərlə Azərbaycan Respublikası Prezidentini təhqir etməyə cəhd göstərən Milli Assambleyanın Respublikaçılar partiyasından olan üzvü Erik Siottiyə sərt cavab verilməli və ona həddi bildirilməli idi. Nazir Lö Drian Azərbaycan Respublikası Prezidentinin Valeri Pekresin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri ilə əlaqədar söylədiyi fikirlərin "forma və mahiyyət etibarilə qəbuledilməz olduğunu" bildirib".
XİN rəsmisi vurğulayıb ki, Prezidentin Valeri Pekresin Azərbaycana qanunsuz səfəri ilə əlaqədar açıqlaması tam məntiqi əsaslı və düzgündür:
"Nazir Lö Drian tərəfindən digər ölkənin dövlət başçısının açıqlamasının məsuliyyətsiz və qəbuledilməz formada şərh edilməsi diplomatik ənənələrlə ziddiyyət təşkil edir. Təəssüflə qeyd edirik ki, Fransa kimi böyük dövlətçilik ənənələri olan ölkənin xarici işlər naziri bunu anlamır.
Prezident İlham Əlyevin Valeri Pekress, Mişel Barniyer və Brüno Retayyonun Azərbaycanın ərazilərinə qanunsuz səfəri ilə bağlı açıqlaması tam qanunidir; bu, Azərbaycan qanunlarını pozan şəxslərə qarşı tam adekvat bir cavabdır. Pekresin Fransa prezidentliyinə namizədlik statusu ona Azərbaycan qanunlarından üstün olmaq imtiyazı verə bilməz. O da digər hər hansı bir xarici vətəndaş kimi qəbul edilməlidir. Xatırladırıq ki, xarici vətəndaşlar Azərbaycan ərazisinə qanunsuz səfər etdikdə onlara münasibətdə ya inzibati, ya da ölkənin Cinayət Məcəlləsinə uyğun olaraq müvafiq ölçü götürülür. Əgər Azərbaycan Respublikası vətəndaşı Fransa qanunlarını pozsaydı və Fransa ərazisinə qanunsuz daxil olsaydı, ona münasibətdə də adekvat ölçü götürülərdi.
Eyni zamanda bildirmək istərdik ki, Fransa hökumətinin 44 günlük müharibə və ondan sonrakı dövrdə işğalçı Ermənistanın tərəfində olduğu heç kimə sirr deyil. Fransa Milli Assambleyasının hər iki palatası hətta Ermənistanın belə tanımadığı qondarma "Dağlı Qarbağ Respublikasını" tanımağa çağıran sənədlər qəbul edib.
Qeyd etmək istərdik ki, 15 dekabr 2021-ci il tarixində Fransa Prezidentinin təşəbüsü ilə Prezident Makron və Prezident İlham Əliyev arasında keçirilmiş görüş zamanı qarşı tərəfin verdiyi ismarışlar bu ölkənin xarici işlər naziri Lö Drianın açıqlaması ilə ziddiyyət təşkil edir və Azərbaycan-Fransa münasibətlərinin normallaşmasına xidmət etmir.
Eyni zamanda vurğulamaq istərdik ki, istər Fransa, istərsə də digər dövlətlərin nümayəndəsi bir daha Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinə qanunsuz səfər edərsə, Azərbaycan öz Konstitusiyası və müvafiq qanunvericiliyi çərçivəsində lazımı addımları atacaq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Rəsmi Bakı Fransaya dərs keçir: "Diplomata yaraşmayan tərzdə..."
Fransa XİN-in Azərbaycan Prezidentindən üzr istəməsi tələb edilir
Xəbər lenti
0