Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Fransa-Azərbaycan münasibətləri gərginləşdi - Paris Bakıdan nə istəyir?

© AFP 2024 / LUDOVIC MARINFransa bayrağı
Fransa bayrağı - Sputnik Azərbaycan, 1920, 19.01.2022
Abunə olmaq
İkinci Qarabağ müharibəsi dövründə də bu ölkə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyin ən yüksək həddini nümayiş etdirmişdi.
BAKI, 19 yanvar — Sputnik. Son günlər Azərbaycan-Fransa münasibətlərindəki gərginlik yenidən alovlanıb. Vətən Müharibəsi dövründə gərginləşən münasibətlər fransız diplomatların qanunsuz səfərləri ilə yenidən gündəmi zəbt edib.
Ötən həftə Prezident İlham Əliyev yerli mətbuata müsahibəsində Fransada prezidentliyə namizəd Pekresin Azərbaycan ərazisinə səfərini təxribat xarakterli olduğunu bildirmiş, bunun ilk növbədə, Prezident Makrona qarşı edilən səfər olduğunu qeyd etmişdi.
Fransa isə öz növbəsində XİN rəhbəri Jan İv Lö Drian tərəfindən yanvarın 18-də bu ölkənin Milli Assambleyasında diplomata yaraşmayan tərzdə açıqlama etmişdi. Azərbaycan XİN bu açıqlamaya reaksiyasında digər ölkənin dövlət başçısının açıqlamasının məsuliyyətsiz və qəbuledilməz formada şərh edilməsini diplomatik ənənələrlə ziddiyyət təşkil etdiyini bildirdi.
Sputnik Azərbaycan Azərbaycan-Fransa münasibətlərindəki gərginliklə bağlı politoloqlar Aydın QuliyevElxan Şahinoğlunun fikirlərini öyrənib.
Politoloq Aydın Quliyev bildirib ki, Azərbaycan-Fransa münasibətlərindəki gərginliyi heç bir halda sadəcə Pekresin qanunsuz səfəri ilə bağlamaq olmaz.
Onun sözlərinə görə, bu hadisələrə qədər də Fransanın Azərbaycana münasibəti bəlli idi: "Fransa Azərbaycana yanaşmasında ermənipərəst motivlərə söykənib, həmişə ölkəmizə münasibətdə qərəzli mövqedən çıxış edib. İkinci Qarabağ müharibəsi dövründə də bu ölkə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyin ən yüksək həddini nümayiş etdirmişdi".
© Photo : TRENDПолитический эксперт Айдын Гулиев
Политический эксперт Айдын Гулиев - Sputnik Azərbaycan, 1920, 19.01.2022
Политический эксперт Айдын Гулиев
Politoloq hesab edir ki, Fransa ATƏT-in Minsk qrupundakı təmsilçilik missiyasına zidd davranışlar nümayiş etdirib:
"Pekresin bu səfəri də həmin siyasətin bir parçasıdır. Bu qanunsuz səfərə Azərbaycan Prezidenti səviyyəsində bildirilən etiraza Fransa hökuməti tərəfindən bizim üçün qəbuledilməz olan reaksiya verildi. Ona görə də yaranmış gərginliyə görə məsuliyyət daşıyan tərəf Fransadır".
"Fransa qərəzli münasibəti ilə Azərbaycanın beynəlxalq hüququnun formalaşdırdığı haqlarına hörmət nümayiş etdirmək niyyətində olmadığını göstərir. Əks halda, Prezidentin fikirlərinə normal bir münasibət verərdilər. Fransa XİN də bu cür reaksiya ilə Pekres kimilərin yedəyində süründüyünü ortaya qoydu", – politoloq qeyd edib.
Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Fransa müharibə olan dövrdə də prezident Makronun timsalında ermənipərəst mövqedən çıxış edirdi:
"Azərbaycana qarşı əsassız iddialar səsləndirirdilər. Bütün bunlar ölkələr arasında münasibətləri gərginləşdirdi. Makrona qədər isə Azərbaycanın Fransa ilə normal münasibətləri var idi".
© Sputnik / Murad OrujovРуководитель аналитического агентства "Атлас" Эльхан Шахиноглу
Руководитель аналитического агентства Атлас Эльхан Шахиноглу - Sputnik Azərbaycan, 1920, 19.01.2022
Руководитель аналитического агентства "Атлас" Эльхан Шахиноглу
Politoloq deyib ki, müharibədən sonra Fransa prezidenti bölgənin əsas aparıcı dövlətinin Azərbaycan olduğunu anlamalı oldu: "Prezidentlər arasında baş tutan telefon danışığı, həmçinin hər iki ölkə liderinin keçirdiyi qısa görüş ölkələr arasında gərginliyin aradan qalxması təəssüratı yaratdı. Ancaq Fransada keçiriləcək prezident seçkilərinə namizədin gizli yollarla Azərbaycan ərazisinə gəlməsi gərginliyi yenidən alovlandırdı. Haqlı olaraq da həmin şəxs XİN-in qara siyahısına salındı".
Elxan Şahinoğlunun fikrincə, Fransa hökuməti doğru olanı etməyib.
O hesab edir ki, bölgədə müharibədən sonrakı həssas məqamda belə səfərlərin qarşısını almaq üçün çağırış edilməli idi:
"Fransada prezidenti Fransa vətəndaşları seçəcək, Qarabağda yaşayan ermənilər seçməyəcək. Bu, Azərbaycan-Fransa münasibətlərinə yönəlmiş qəsddir. Ona görə də prezident seçkilərinə qədər gərginliklərin davam edəcəyini düşünürəm. Bu dövrdə Azərbaycan əleyhinə açıqlamaların səslənməsinin şahidi ola bilərik. Çox təəssüf ki, Fransada dövlət maraqlarını nəzərə alan siyasətçi azdır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Fransa XİN-in Azərbaycan Prezidentindən üzr istəməsi tələb edilir
Rəsmi Bakı Fransaya dərs keçir: "Diplomata yaraşmayan tərzdə..."
Xəbər lenti
0