Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Ermənistandakı revanşist qüvvələr niyə yeni reallığı qəbul edə bilmirlər?

Abunə olmaq
Ermənistanın Azərbaycanla sərhəddə təxribatları nə vaxtsa yeni münaqişənin alovlanmasına səbəb ola bilər. Sərhəddəki gərginliyin əsl səbəbi nədir – Ətraflı videomuzda baxın.
Revanşist qüvvələr Cənubi Qafqazdakı yeni reallığı həzm edə bilmirlər. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Sahil İsgəndərov bildirib.
Sputnik Azərbaycan -ın həmsöhbəti qeyd edib ki, Rusiya tərəfi Qarabağ münaqişəsinin həllində ədalətli mövqe tutub və Ermənistanla Azərbaycan arasında münasibətlərin qurulması təşəbbüsü ilə çıxış edib.
Bununla belə, politoloq hesab edir ki, revanşist qüvvələr və müəyyən dərəcədə məğlub olunmuşlar sindromundan əziyyət çəkən Ermənistan hakimiyyəti yeni reallığı həzm edə bilmir.
"Ermənistan tərəfinin bu cür təxribatları nə vaxtsa ölkələr arasında yeni münaqişənin alovlanmasına səbəb ola bilər. Ermənistan Qərb himayədarlarına ona görə müraciət edir ki, Ermənistanı unutmasınlar", - deyə ekspert bildirib.
Sputnik Azərbaycan-ın həmsöhbəti hesab edir ki, Ermənistanın baş naziri həm daxili auditoriyaya, həm də Qərb qüvvələrinə mesajlar verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin baxın:
Ermənistan sərhəddə niyə təxribatlar törədir?
Xəbər lenti
0