https://sputnik.az/20220117/ermenistan-serhedde-niye-texribatlar-toredir--438240403.html
Ermənistan sərhəddə niyə təxribatlar törədir?
Ermənistan sərhəddə niyə təxribatlar törədir?
Sputnik Azərbaycan
"Qarabağ klanı" Bakı ilə İrəvan arasında sülh sazişindən niyə qorxur? Daha ətraflı videomuzda izləyə bilərsiniz. 17.01.2022, Sputnik Azərbaycan
2022-01-17T18:35+0400
2022-01-17T18:35+0400
2022-01-17T18:35+0400
video
ermənistan
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/01/11/438239487_0:0:1920:1080_1920x0_80_0_0_5de05e66ca7b562eeb79208bc6d8ecab.jpg
Milli Məclisin deputatı Arzu Nağıyev hesab edir ki, Ermənistandakı seçkilər göstərdi ki, erməni xalqı müharibə istəmir, lakin “Qarabağ klanı” revanşizm ideyası ilə yaşayır.“Sərhədin delimitasiyası və demarkasiyası prosesinə dərhal başlanılmasını tələb edən müvafiq sənədlər var və Ermənistan tərəfi bu prosesləri ləngidir”, - deputat bildirir.Nağıyev hesab edir ki, Paşinyan hətta ordunu idarə edə bilmir. O qeyd edib ki, son bir ildə Ermənistan bir neçə dəfə müdafiə nazirini və baş qərargah rəislərini dəyişib."Onlar ümid edirlər ki, hansısa "Sem dayı" Qarabağın "statusundan" danışacaq və bu işdə onlara dəstək olacaq. Status yoxdur, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi var. Biz qalib ölkəyik, sərhədlərimizi bərpa edirik, sərhədlərimizi bərpa edirik", - A.Nağıyev vurğulayıb.Millət vəkili qeyd edib ki, Azərbaycan üçün ən vacib hadisə 30 il əvvəl doğma yurd yerlərindən qovulmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz torpaqlarına böyük qayıdışıdır.Sputnik Azərbaycan-ın həmsöhbəti hesab edir ki, "Köçəryan və Sarkisyan yaxşı bilirlər ki, sülh sazişi imzalayarkən Qarabağ ərazisində törətdikləri cinayətlərə görə beynəlxalq məhkəmələrlə üz-üzə gələcəklər”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/11/438239487_264:0:1704:1080_1920x0_80_0_0_9f9a653b5f4cf48cc719789a4ad83439.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, azərbaycan, видео
ermənistan, azərbaycan, видео
Ermənistan sərhəddə niyə təxribatlar törədir?
"Qarabağ klanı" Bakı ilə İrəvan arasında sülh sazişindən niyə qorxur? Daha ətraflı videomuzda izləyə bilərsiniz.
Milli Məclisin deputatı Arzu Nağıyev hesab edir ki, Ermənistandakı seçkilər göstərdi ki, erməni xalqı müharibə istəmir, lakin “Qarabağ klanı” revanşizm ideyası ilə yaşayır.
“Sərhədin delimitasiyası və demarkasiyası prosesinə dərhal başlanılmasını tələb edən müvafiq sənədlər var və Ermənistan tərəfi bu prosesləri ləngidir”, - deputat bildirir.
Nağıyev hesab edir ki, Paşinyan hətta ordunu idarə edə bilmir. O qeyd edib ki, son bir ildə Ermənistan bir neçə dəfə müdafiə nazirini və baş qərargah rəislərini dəyişib.
"Onlar ümid edirlər ki, hansısa "Sem dayı" Qarabağın "statusundan" danışacaq və bu işdə onlara dəstək olacaq. Status yoxdur, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi var. Biz qalib ölkəyik, sərhədlərimizi bərpa edirik, sərhədlərimizi bərpa edirik", - A.Nağıyev vurğulayıb.
Millət vəkili qeyd edib ki, Azərbaycan üçün ən vacib hadisə 30 il əvvəl doğma yurd yerlərindən qovulmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz torpaqlarına böyük qayıdışıdır.
Sputnik Azərbaycan-ın həmsöhbəti hesab edir ki, "Köçəryan və Sarkisyan yaxşı bilirlər ki, sülh sazişi imzalayarkən Qarabağ ərazisində törətdikləri cinayətlərə görə beynəlxalq məhkəmələrlə üz-üzə gələcəklər”.