https://sputnik.az/20220118/vetenperverlik-terbiyesi-haqqinda-qanun-layihesi-hazirlanacaq-438270018.html
"Vətənpərvərlik tərbiyəsi haqqında" qanun layihəsi hazırlanacaq
"Vətənpərvərlik tərbiyəsi haqqında" qanun layihəsi hazırlanacaq
Sputnik Azərbaycan
Milli Məclisin Elm və təhsil komitəsinin sədri komitənin 2022-ci il yaz sessiyasının qanunverilik işləri planı haqqında danışıb. 18.01.2022, Sputnik Azərbaycan
2022-01-18T15:17+0400
2022-01-18T15:17+0400
2022-01-18T15:44+0400
azərbaycan xəbərləri
qanun
milli məclis
vətənpərvərlik
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/08/435005479_0:0:3072:1728_1920x0_80_0_0_3c9289d3a88c21bceefea286c10555d6.jpg
BAKI, 18 yanvar — Sputnik. Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk onlayn iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, komitə sədri Bəxtiyar Əliyev komitənin 2022-ci il yaz sessiyasının qanunverilik işləri planı haqqında danışıb.Bəxtiyar Əliyev yaz sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə ətraflı məlumat verib. O bildirib ki, "Ali təhsil haqqında" qanun layihəsi üzərində işçi qrupun işi tamamlanıb və sənəd müvafiq qurumlardan rəy alınandan sonra qarşıdakı sessiyada komitədə müzakirə ediləcək."Bu sessiyada, eyni zamanda "Vətənpərvərlik tərbiyəsi haqqında" qanun layihəsinin hazırlanması və digər bəzi qanun layihələrinin müzakirəsi nəzərdə tutulub".Qeyd edilib ki, komitə üzvlərinin ölkədaxili və beynəlxalq səviyyəli bir sıra tədbirlərdə iştirakı planlaşdırılır. İclasda komitənin iş planı yekdilliklə təsdiqlənib.Sonra Bəxtiyar Əliyev 2021-ci ilin payız sessiyası ərzində komitədə görülən işlərə dair hesabatı təqdim edib.İclasda komitə sədri bu günlərdə Prezident İlham Əliyevin ölkə mediasına verdiyi müsahibə haqqında söz açıb.Sonra Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı, komitə üzvləri Şahin Seyidzadə, Ceyhun Məmmədov və Etibar Əliyev öz çıxışlarında təhsil sahəsinə dair və digər məsələlərlə bağlı rəy və təkliflərini bildiriblər.Komitənin 2021-ci il payız sessiyası dövründə hesabatı məqbul hesab edilib.Onlayn iclasda komitə üzvləri Eldar Quliyev, Aqiyə Naxçıvanlı, Kamilə Əliyeva, Rəfael Hüseynov, Anar İsgəndərov, Tamam Cəfərova, Afət Həsənova, Fatma Yıldırım, Müşfiq Məmmədli və Pərvin Kərimzadə iştirak ediblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Ölkəmizdə sahəvi jurnalistikanın inkişafı üçün tədbirlər hazırlanacaqUşaqlara niyə siqaret satırlar? DİN toplanan cərimələrin məbləğini açıqladıÖzəl telekanalların hesabına milyonlarla vəsait köçürülüb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/08/435005479_210:0:2941:2048_1920x0_80_0_0_c234af1f252ab4df5873d44356ebd0cf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
qanun, milli məclis, vətənpərvərlik
qanun, milli məclis, vətənpərvərlik
"Vətənpərvərlik tərbiyəsi haqqında" qanun layihəsi hazırlanacaq
15:17 18.01.2022 (Yenilənib: 15:44 18.01.2022) Milli Məclisin Elm və təhsil komitəsinin sədri komitənin 2022-ci il yaz sessiyasının qanunverilik işləri planı haqqında danışıb.
BAKI, 18 yanvar — Sputnik. Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk onlayn iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
Sputnik Azərbaycan-a verilən məlumata görə, komitə sədri
Bəxtiyar Əliyev komitənin 2022-ci il yaz sessiyasının qanunverilik işləri planı haqqında danışıb.
Bəxtiyar Əliyev yaz sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə ətraflı məlumat verib. O bildirib ki, "Ali təhsil haqqında" qanun layihəsi üzərində işçi qrupun işi tamamlanıb və sənəd müvafiq qurumlardan rəy alınandan sonra qarşıdakı sessiyada komitədə müzakirə ediləcək.
"Bu sessiyada, eyni zamanda "Vətənpərvərlik tərbiyəsi haqqında" qanun layihəsinin hazırlanması və digər bəzi qanun layihələrinin müzakirəsi nəzərdə tutulub".
Qeyd edilib ki, komitə üzvlərinin ölkədaxili və beynəlxalq səviyyəli bir sıra tədbirlərdə iştirakı planlaşdırılır. İclasda komitənin iş planı yekdilliklə təsdiqlənib.
Sonra Bəxtiyar Əliyev 2021-ci ilin payız sessiyası ərzində komitədə görülən işlərə dair hesabatı təqdim edib.
İclasda komitə sədri bu günlərdə Prezident İlham Əliyevin ölkə mediasına verdiyi müsahibə haqqında söz açıb.
Sonra Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı, komitə üzvləri Şahin Seyidzadə, Ceyhun Məmmədov və Etibar Əliyev öz çıxışlarında təhsil sahəsinə dair və digər məsələlərlə bağlı rəy və təkliflərini bildiriblər.
Komitənin 2021-ci il payız sessiyası dövründə hesabatı məqbul hesab edilib.
Onlayn iclasda komitə üzvləri Eldar Quliyev, Aqiyə Naxçıvanlı, Kamilə Əliyeva, Rəfael Hüseynov, Anar İsgəndərov, Tamam Cəfərova, Afət Həsənova, Fatma Yıldırım, Müşfiq Məmmədli və Pərvin Kərimzadə iştirak ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.