https://sputnik.az/20220118/karib-bohrani-20-amerikali-herbciler-neden-qorxurlar-438284749.html
Karib böhranı 2.0: amerikalı hərbçilər nədən qorxurlar
Karib böhranı 2.0: amerikalı hərbçilər nədən qorxurlar
Sputnik Azərbaycan
Güclü rəqibi təhqir etmək axmaqlıq və vulqarlıqdır. 18.01.2022, Sputnik Azərbaycan
2022-01-18T22:52+0400
2022-01-18T22:52+0400
2022-01-18T22:52+0400
abş
yazarlar
rusiya
müharibə
"soyuq müharibə"
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437619810_0:320:3073:2048_1920x0_80_0_0_28e7b518c6d983b3b5b1481929b4d4ba.jpg
BAKI, 18 yanvar — Sputnik. Amerika mətbuatı yenə Ukrayna xəbərləri ilə dolub-daşır. Onlar hətta bu mövzunu Rusiya və ABŞ-ın Cenevrədəki danışıqlarına da aparıb çıxarmağa çalışırdılar. Doqquz yüz min, yox, yüz min rus hərbçisi Ukrayna ilə sərhəddədir… yox, yox, artıq yüz iyirmi beş min, sonra Rusiyanı dəf etməklə bağlı on səkkiz ssenari, otuz min bir kuryer. Bir sözlə, qulaqbatırıcı çığır-bağır.ABŞ vətəndaşlarına səylə təlqin etməyə çalışırlar ki, əgər Rusiya ilə hərbi münaqişə baş verərsə, bu, haradasa uzaqlarda olacaq. Oralarda, minlərlə kilometr aralıda, dənizlərin və okeanların o tayında, heç kimin xəritədə belə tapa bilmədiyi Ukrayna adlı bir ölkə var. O, Moskvanın zalım hökmdarına qarşı mərdliklə döyüşür və amerikalılar ona xeyirxahlıq arzuları ilə birlikdə "Javelin"lər də göndərirlər.Yeri gəlmişkən, Çinlə qarşıdurma da eynilə bu cür qələmə verilir. Guya bu müharibə haradasa uzaqlardakı ekzotik bir ölkədə baş verəcək və ABŞ-ın şəhərlərinə heç yaxın da gəlməyəcək. Növbəti müharibə də haradasa oralarda olacaq.Əslində, müharibə ABŞ-ın öz ərazisində də gedə bilər. Ölkənin müdafiə sahəsində zəif cəhətlər çoxdur. Normal demokratik ölkələrdə bu məsələ geniş müzakirə olunmalı idi və indi bunun əsl vaxtdır. Amma yox, xəbər menyusunda bu barədə heç nə yoxdur. Həmin zəif cəhətləri yalnız və yalnız amerikalı hərbçilər özlərinin ixtisaslaşdırılmış binalarında müzakirə edirlər. Geniş ictimaiyyətə isə Amerikanın cəsur dəniz piyadalarının necə papaq atdıqları barədə Hollivud nağılları danışmağa davam edirlər... Yaxşı bəs papağı kimə atırlar? Ruslara, çinlilərə, yoxsa iranlılara? Hə, əlbəttə ki, yadplanetlilərə.Bu arada, amerikalı hərbçilər yeni rus icadlarından ciddi şəkildə qayğılandıqlarını dilə gətiriblər. Bəs necə, hipersəsli silahlar bizim ictimaiyyət üçün sadəcə Putinin "cizgi filmləridir" axı. ABŞ Müdafiə Nazirliyi isə onlardan ciddi şəkildə ehtiyat edir. Bu, ABŞ Müdafiə Nazirliyinin 2019-cu il üzrə "Raket əleyhinə müdafiə icmalında öz əksini belə tapıb: "Aktiv raketdən müdafiə <…> öz-özlüyündə ABŞ-a <…> münaqişədə qalib gəlməyə kömək etməyəcək. Bizim məhdud müdafiə silah dəstlərimizlə müqayisədə geniş raket diapazonuna malik potensial rəqibin üstünlüyünü nəzərə alaraq, ABŞ... "təkmilləşdirməli, investisiya qoymalı, inkişaf etdirməlidir" və sair və ilaxır.Altı ay bundan əvvəl ABŞ Şimal Komandanlığının başçısı Qlen Vanherk ölkəmizi Ağ Ev üçün əsas təhlükə adlandırıb. "Onlar (Rusiya nəzərdə tutulur. – müəllifin qeydi) iyirmi il əvvəl mövcud olmayan imkanlara malikdirlər... Bunlar radarların görmədiyi qanadlı raketlər və bizim sualtı qayıqlardan heç də pis olmayan səssiz sualtı qayıqlardır".Ya da elə həmən Venesuelanı götürək. Amerikalı jurnalistlər diplomat Sergey Ryabkovun Latın Amerikası ölkələrinin ərazilərindən ABŞ-a hərbi təzyiq üçün istifadə edilməsini istisna etmədiyini eşidəndə çox sevinmişdilər. Ancaq 2018-ci ilin dekabrında Rusiya Tu-160 bombardmançı təyyarələrinin Venesuelada peyda olması ABŞ hərbçilərini heç də sevindirmədi. Üstəlik, bu təyyarələr Ağ Evin Venesuela lideri Nikolas Maduronu devirmək üçün növbəti cəhdi uğursuzluqla başa çatdıqdan sonra gəlmişdi.Amerika Müdafiə Nazirliyinin Baş Analitika Mərkəzinin – Rand Corporation – əməkdaşları həmin vaxt kədərli nəticəyə gəlmişdilər ki, əgər Venesuela Rusiya ilə hərbi-texniki əməkdaşlığı davam etdirsə, ABŞ bu ölkəyə heç cür təsir göstərə bilməyəcək. Bolivarın ölkəsində adi silahların yerləşdirilməsi belə sanksiyalarla qarşılana bilər. Onsuz da bu kasıb, ancaq qürurlu ölkə artıq ciddi sanksiyalara məruz qalıb. Bəs orada nüvə silahının yerləşdirilməsinə nə demək olar? Deyək ki, Rusiyanın tam silah-sursatlı sualtı qayığı bu ölkəyə yerləşdirildi? İnanmayacaqsınız, amma burada Amerika hakimiyyətindən dərin narahatlıq ifadə etmək tələb olunur. Və bununla da məsələ bitir.Amerikalı tərəfdaşlarımız Kuba ilə hərbi-texniki əməkdaşlığımızın bərpasını da çox ağrılı qarşılaya bilərlər. Amerikalılar bu barədə də danışmağı sevmirlər: Kuba raket böhranının xatirəsi, görünür, onilliklər ərzində onları xeyli sarsıdıb. Bununla belə, iki il əvvəl İngiltərənin nüfuzlu "The Spectator" nəşri ABŞ-a Rusiya, Kuba və Venesuela arasında hərbi ittifaqın təhlükəsi barədə xəbərdarlıq etmişdi – bu ölkələr həmişə ABŞ-ı öz "arxa bağça"sında məğlub etməyi bacarıb.Amerika hərbçilərini narahat edən məsələlərin siyahısında "seçkilərə müdaxilə", Petrov və Boşirov barədə lətifələr və başqa rusofobiya ünsürlərinə rast gəlmirik. ABŞ Müdafiə Nazirliyinin narahatlıq üçün daha ciddi səbəbləri var. Lap bu yaxınlarda "Rand Corporation" bizi Amerika nüvə triadasındakı işlərin gedişatına dair hesabatla sevindirdi. Orada hər şey öz əksini tapıb.Son iyirmi ildə Rusiya sürətlə yenidən silahlanıb öz ordusunu modernləşdirdiyi bir vaxtda ABŞ soyuq müharibədəki "qələbə"sini başının altına qoyub yatmışdı. Nəticədə, onların yarım əsrdən daha əvvəl istehsal etdikləri "minutmenləri" sözün əsl mənasında son nəfəslərini verir. Onların xidmət müddəti çoxdan başa çatıb və dəfələrlə uzadılıb. Həm raketlər, həm də onların bütün infrastrukturu çox köhnəlib.Yeri gəlmişkən, bu açıqlamalar, Bayden administrasiyasının heç bir əlavə şərt olmadan niyə bu qədər tez və mülayim şəkildə Rusiya ilə strateji hücum silahlarına dair müqaviləni uzatdığına aydınlıq gətirir.İstifadə müddətini başa vurmuş "minutemen"ləri əvəz etmək üçün yeni raketlər yaratmaq ideyası dəfələrlə ortaya atılıb. Və indi nəhayət, belə bir proqram ortaya çıxıb: yeni Qitələrarası Ballistik Raketlərlərin 2030-2036-cı illərdə seriyaya daxil edilməsi planlaşdırılır.Bununla belə, Amerika müdafiə sənayesinin modernləşdirilməsinə yuxarıda gedən parçalanma mane olur. Hətta yeni Qitələrarası Ballistik Raketlərlə bağlı da böyük mübahisələr düşmüşdü. Əsas mülahizələrdən biri ondan ibarət idi ki, yerüstü raket buraxılış sistemlərinə, ümumiyyətlə, ehtiyac yoxdur və ABŞ bombardmançı, sualtı qayıqlarla tamamilə kifayətlənə bilər.Amma elə həmin sahələrdə də hər şey Nuh əyyamında qalıb. "Ohayo" sinfindən olan sualtı qayıqları istifadədən çıxarıb "Kolambiya" sinfindən yeni qayıqlarla əvəzləmək planlaşdırılır. Ancaq reallıqda bu layihəni 2031-ci ildən tez həyata keçirmək qeyri-mümkündür. B-52 H bombardmançıları ilk dəfə 1962-ci ildə istehsal olunub və hazırda analitiklərin də ifadə etdikləri kimi, "yaş effekti özünü göstərir". Onun "kiçik qardaşı" B-2-ni dəyişdirmək də planlaşdırılır.Xeyr, biz amerikalı tərəfdaşlarımızı təqlid edərək onların ölkəsini "paslanmış raketli Yuxarı Volta" (hazırkı adı Burkina-Faso - red.) adlandırmayacağıq. Güclü rəqibi təhqir etmək axmaqlıq və vulqarlıqdır. Bununla belə, sual verməyə bilmirik: ABŞ ordusu bu cür silahlarla ultramüasir silahlara və müasir orduya sahib Rusiya və Çinə necə müqavimət göstərəcək?Belə görünür ki, Qərbdə reallıqların müəyyən qədər dərk edilməsi prosesi başlayıb. Jurnalistlər və ekspertlər artıq Vaşinqtona simasını itirmədən mövqelərini necə təslim etmək barədə öz versiyalarını təklif edirlər. Və bir anda məlum olur ki, heç kimin Ukrayna və Gürcüstanı NATO-ya qəbul etmək niyyəti olmayıb. Nə danışırsan? Bizə bu lazımdır? Amerikanın hazırkı siyasəti birbaşa Odessadan gəlmədir.ABŞ tez bir zamanda inkardan sövdələşməyə keçdi. Biz sizə – Avropada, eləcə də Ukraynada və Gürcüstanda raketlərin olmadığını deyəcəyik, ancaq onlara da deyəcəyik ki, bu ciddi söhbət deyil, zarafatdır, vassallarımıza isə izah edəcəyik ki, elə bu da zarafatdır, ümumiyyətlə, bizə nə Ukrayna, nə də Gürcüstan lazımdır, götürün, sizin olsun.Yaxşı, qaldı iki mərhələ. Onlardan birincisi depressiyadır – amerikalıların bu vəziyyətə düşməsi üçün ABŞ Müdafiə Nazirliyinin hesabatlarını oxumaları kifayətdir. Sonrakı mərhələdə isə Rusiyanın bütün şərtlərinin qəbul etmək qaçılmazdır.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Viktoriya Nikiforova
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1d/425334940_0:-1:150:150_100x100_80_0_0_fcc66cc062b3b16f895954dd9042b485.jpg
Viktoriya Nikiforova
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1d/425334940_0:-1:150:150_100x100_80_0_0_fcc66cc062b3b16f895954dd9042b485.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437619810_156:0:2887:2048_1920x0_80_0_0_a7b5733612c5dcda385e4879b66af028.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Viktoriya Nikiforova
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1d/425334940_0:-1:150:150_100x100_80_0_0_fcc66cc062b3b16f895954dd9042b485.jpg
karib böhranı 2.0: amerikalı hərbçilər nədən qorxurlar
karib böhranı 2.0: amerikalı hərbçilər nədən qorxurlar
Karib böhranı 2.0: amerikalı hərbçilər nədən qorxurlar
Güclü rəqibi təhqir etmək axmaqlıq və vulqarlıqdır.
BAKI, 18 yanvar — Sputnik. Amerika mətbuatı yenə Ukrayna xəbərləri ilə dolub-daşır. Onlar hətta bu mövzunu Rusiya və ABŞ-ın Cenevrədəki danışıqlarına da aparıb çıxarmağa çalışırdılar. Doqquz yüz min, yox, yüz min rus hərbçisi Ukrayna ilə sərhəddədir… yox, yox, artıq yüz iyirmi beş min, sonra Rusiyanı dəf etməklə bağlı on səkkiz ssenari, otuz min bir kuryer. Bir sözlə, qulaqbatırıcı çığır-bağır.
ABŞ vətəndaşlarına səylə təlqin etməyə çalışırlar ki, əgər Rusiya ilə hərbi münaqişə baş verərsə, bu, haradasa uzaqlarda olacaq. Oralarda, minlərlə kilometr aralıda, dənizlərin və okeanların o tayında, heç kimin xəritədə belə tapa bilmədiyi Ukrayna adlı bir ölkə var. O, Moskvanın zalım hökmdarına qarşı mərdliklə döyüşür və amerikalılar ona xeyirxahlıq arzuları ilə birlikdə "Javelin"lər də göndərirlər.
Yeri gəlmişkən, Çinlə qarşıdurma da eynilə bu cür qələmə verilir. Guya bu müharibə haradasa uzaqlardakı ekzotik bir ölkədə baş verəcək və ABŞ-ın şəhərlərinə heç yaxın da gəlməyəcək. Növbəti müharibə də haradasa oralarda olacaq.
Əslində, müharibə ABŞ-ın öz ərazisində də gedə bilər. Ölkənin müdafiə sahəsində zəif cəhətlər çoxdur. Normal demokratik ölkələrdə bu məsələ geniş müzakirə olunmalı idi və indi bunun əsl vaxtdır. Amma yox, xəbər menyusunda bu barədə heç nə yoxdur. Həmin zəif cəhətləri yalnız və yalnız amerikalı hərbçilər özlərinin ixtisaslaşdırılmış binalarında müzakirə edirlər. Geniş ictimaiyyətə isə Amerikanın cəsur dəniz piyadalarının necə papaq atdıqları barədə Hollivud nağılları danışmağa davam edirlər... Yaxşı bəs papağı kimə atırlar? Ruslara, çinlilərə, yoxsa iranlılara? Hə, əlbəttə ki, yadplanetlilərə.
Bu arada, amerikalı hərbçilər yeni rus icadlarından ciddi şəkildə qayğılandıqlarını dilə gətiriblər. Bəs necə, hipersəsli silahlar bizim ictimaiyyət üçün sadəcə Putinin "cizgi filmləridir" axı. ABŞ Müdafiə Nazirliyi isə onlardan ciddi şəkildə ehtiyat edir. Bu, ABŞ Müdafiə Nazirliyinin 2019-cu il üzrə "Raket əleyhinə müdafiə icmalında öz əksini belə tapıb: "Aktiv raketdən müdafiə <…> öz-özlüyündə ABŞ-a <…> münaqişədə qalib gəlməyə kömək etməyəcək. Bizim məhdud müdafiə silah dəstlərimizlə müqayisədə geniş raket diapazonuna malik potensial rəqibin üstünlüyünü nəzərə alaraq, ABŞ... "təkmilləşdirməli, investisiya qoymalı, inkişaf etdirməlidir" və sair və ilaxır.
Altı ay bundan əvvəl ABŞ Şimal Komandanlığının başçısı Qlen Vanherk ölkəmizi Ağ Ev üçün əsas təhlükə adlandırıb. "Onlar (Rusiya nəzərdə tutulur. – müəllifin qeydi) iyirmi il əvvəl mövcud olmayan imkanlara malikdirlər... Bunlar radarların görmədiyi qanadlı raketlər və bizim sualtı qayıqlardan heç də pis olmayan səssiz sualtı qayıqlardır".
Ya da elə həmən Venesuelanı götürək. Amerikalı jurnalistlər diplomat Sergey Ryabkovun Latın Amerikası ölkələrinin ərazilərindən ABŞ-a hərbi təzyiq üçün istifadə edilməsini istisna etmədiyini eşidəndə çox sevinmişdilər. Ancaq 2018-ci ilin dekabrında Rusiya Tu-160 bombardmançı təyyarələrinin Venesuelada peyda olması ABŞ hərbçilərini heç də sevindirmədi. Üstəlik, bu təyyarələr Ağ Evin Venesuela lideri Nikolas Maduronu devirmək üçün növbəti cəhdi uğursuzluqla başa çatdıqdan sonra gəlmişdi.
Amerika Müdafiə Nazirliyinin Baş Analitika Mərkəzinin – Rand Corporation – əməkdaşları həmin vaxt kədərli nəticəyə gəlmişdilər ki, əgər Venesuela Rusiya ilə hərbi-texniki əməkdaşlığı davam etdirsə, ABŞ bu ölkəyə heç cür təsir göstərə bilməyəcək. Bolivarın ölkəsində adi silahların yerləşdirilməsi belə sanksiyalarla qarşılana bilər. Onsuz da bu kasıb, ancaq qürurlu ölkə artıq ciddi sanksiyalara məruz qalıb. Bəs orada nüvə silahının yerləşdirilməsinə nə demək olar? Deyək ki, Rusiyanın tam silah-sursatlı sualtı qayığı bu ölkəyə yerləşdirildi? İnanmayacaqsınız, amma burada Amerika hakimiyyətindən dərin narahatlıq ifadə etmək tələb olunur. Və bununla da məsələ bitir.
Amerikalı tərəfdaşlarımız Kuba ilə hərbi-texniki əməkdaşlığımızın bərpasını da çox ağrılı qarşılaya bilərlər. Amerikalılar bu barədə də danışmağı sevmirlər: Kuba raket böhranının xatirəsi, görünür, onilliklər ərzində onları xeyli sarsıdıb. Bununla belə, iki il əvvəl İngiltərənin nüfuzlu "The Spectator" nəşri ABŞ-a Rusiya, Kuba və Venesuela arasında hərbi ittifaqın təhlükəsi barədə xəbərdarlıq etmişdi – bu ölkələr həmişə ABŞ-ı öz "arxa bağça"sında məğlub etməyi bacarıb.
Amerika hərbçilərini narahat edən məsələlərin siyahısında "seçkilərə müdaxilə", Petrov və Boşirov barədə lətifələr və başqa rusofobiya ünsürlərinə rast gəlmirik. ABŞ Müdafiə Nazirliyinin narahatlıq üçün daha ciddi səbəbləri var. Lap bu yaxınlarda "Rand Corporation" bizi Amerika nüvə triadasındakı işlərin gedişatına dair hesabatla sevindirdi. Orada hər şey öz əksini tapıb.
Son iyirmi ildə Rusiya sürətlə yenidən silahlanıb öz ordusunu modernləşdirdiyi bir vaxtda ABŞ soyuq müharibədəki "qələbə"sini başının altına qoyub yatmışdı. Nəticədə, onların yarım əsrdən daha əvvəl istehsal etdikləri "minutmenləri" sözün əsl mənasında son nəfəslərini verir. Onların xidmət müddəti çoxdan başa çatıb və dəfələrlə uzadılıb. Həm raketlər, həm də onların bütün infrastrukturu çox köhnəlib.
Yeri gəlmişkən, bu açıqlamalar, Bayden administrasiyasının heç bir əlavə şərt olmadan niyə bu qədər tez və mülayim şəkildə Rusiya ilə strateji hücum silahlarına dair müqaviləni uzatdığına aydınlıq gətirir.
İstifadə müddətini başa vurmuş "minutemen"ləri əvəz etmək üçün yeni raketlər yaratmaq ideyası dəfələrlə ortaya atılıb. Və indi nəhayət, belə bir proqram ortaya çıxıb: yeni Qitələrarası Ballistik Raketlərlərin 2030-2036-cı illərdə seriyaya daxil edilməsi planlaşdırılır.
Bununla belə, Amerika müdafiə sənayesinin modernləşdirilməsinə yuxarıda gedən parçalanma mane olur. Hətta yeni Qitələrarası Ballistik Raketlərlə bağlı da böyük mübahisələr düşmüşdü. Əsas mülahizələrdən biri ondan ibarət idi ki, yerüstü raket buraxılış sistemlərinə, ümumiyyətlə, ehtiyac yoxdur və ABŞ bombardmançı, sualtı qayıqlarla tamamilə kifayətlənə bilər.
Amma elə həmin sahələrdə də hər şey Nuh əyyamında qalıb. "Ohayo" sinfindən olan sualtı qayıqları istifadədən çıxarıb "Kolambiya" sinfindən yeni qayıqlarla əvəzləmək planlaşdırılır. Ancaq reallıqda bu layihəni 2031-ci ildən tez həyata keçirmək qeyri-mümkündür. B-52 H bombardmançıları ilk dəfə 1962-ci ildə istehsal olunub və hazırda analitiklərin də ifadə etdikləri kimi, "yaş effekti özünü göstərir". Onun "kiçik qardaşı" B-2-ni dəyişdirmək də planlaşdırılır.
Xeyr, biz amerikalı tərəfdaşlarımızı təqlid edərək onların ölkəsini "paslanmış raketli Yuxarı Volta" (hazırkı adı Burkina-Faso - red.) adlandırmayacağıq. Güclü rəqibi təhqir etmək axmaqlıq və vulqarlıqdır. Bununla belə, sual verməyə bilmirik: ABŞ ordusu bu cür silahlarla ultramüasir silahlara və müasir orduya sahib Rusiya və Çinə necə müqavimət göstərəcək?
Belə görünür ki, Qərbdə reallıqların müəyyən qədər dərk edilməsi prosesi başlayıb. Jurnalistlər və ekspertlər artıq Vaşinqtona simasını itirmədən mövqelərini necə təslim etmək barədə öz versiyalarını təklif edirlər. Və bir anda məlum olur ki, heç kimin Ukrayna və Gürcüstanı NATO-ya qəbul etmək niyyəti olmayıb. Nə danışırsan? Bizə bu lazımdır? Amerikanın hazırkı siyasəti birbaşa Odessadan gəlmədir.
ABŞ tez bir zamanda inkardan sövdələşməyə keçdi. Biz sizə – Avropada, eləcə də Ukraynada və Gürcüstanda raketlərin olmadığını deyəcəyik, ancaq onlara da deyəcəyik ki, bu ciddi söhbət deyil, zarafatdır, vassallarımıza isə izah edəcəyik ki, elə bu da zarafatdır, ümumiyyətlə, bizə nə Ukrayna, nə də Gürcüstan lazımdır, götürün, sizin olsun.
Yaxşı, qaldı iki mərhələ. Onlardan birincisi depressiyadır – amerikalıların bu vəziyyətə düşməsi üçün ABŞ Müdafiə Nazirliyinin hesabatlarını oxumaları kifayətdir. Sonrakı mərhələdə isə Rusiyanın bütün şərtlərinin qəbul etmək qaçılmazdır.