Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ermənistanla bağlı Avropa Məhkəməsinə göndərilmiş şikayətlər icraatdadır

© AFP 2024 / FREDERICK FLORINAvropa Məhkəməsinin binası, arxiv şəkli
Avropa Məhkəməsinin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.01.2022
Abunə olmaq
Azərbaycan 2005-ci ildən bəri bu cür şikayətləri hazırlayaraq məhkəməyə göndərib.
BAKI, 18 yanvar — Sputnik. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın mülki əhalisinə qarşı törədilən cinayətlərlə bağlı Azərbaycan tərəfinin Ermənistana qarşı Avropa İnsan Haqları Məhkəməsinə göndərdiyi şikayətlər icraat mərhələsindədir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən müharibəsi dövründə ermənilərin törədikləri cinayətlərlə bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayətlər verib:

"Azərbaycan dövləti hər zaman bu cür şikayətlərin göndərilməsini təşkil edib. Azərbaycan 2005-ci ildən bəri bu cür şikayətləri hazırlayaraq məhkəməyə göndərib. Bu şikayətlər arasında Azərbaycan vətəndaşlarının öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşməsi, mülkiyyətlərinə ziyan dəyməsi ilə bağlı müraciətlər də var. Bunlar hamısı Azərbaycan dövləti tərəfindən görülən tədbirlərdir".

Ali Məhkəmənin sədr müavini qeyd edib ki, Vətən müharibəsi zamanı mülki vətəndaşlara qarşı törədilmiş cinayətlərlə bağlı şikayətlər Avropa İnsan Haqları Məhkəməsinin ilkin icraat mərhələsindədir:
"Azərbaycan tərəfindən mövqe gələn aydan Avropa Məhkəməsinə təqdim olunacaq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Rəsmi Bakı Ermənistanla bağlı hansı işləri görüb - XİN-dən açıqlama
Azərbaycanın Ermənistana qarşı şikayətinə qarşıdakı illərdə baxılacaq
Xəbər lenti
0