SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rəsmi Bakı Ermənistanla bağlı hansı işləri görüb - XİN-dən açıqlama

© Sputnik / Murad OrujovAzərbaycan bayrağı, arxiv şəkli
Azərbaycan bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.12.2021
Abunə olmaq
2021-ci ilin yanvar ayında Azərbaycan Respublikası Ermənistana qarşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə dövlətlərarası şikayət verib.
BAKI, 29 dekabr — Sputnik. Ermənistanın beynəlxalq hüquqi məsuliyyətinin təsbit edilməsi ilə bağlı işlər 2021-ci ildə də davam etdirilib.
Bu məsələ Xarici İşlər Nazirliyinin 2021-ci ilin yekunlarına dair mətbuat buraxılışında əksini tapıb.
"Ermənistanın işğal altında saxladığı ərazilərimizdə törətdiyi cinayətlərin - mülki infrastrukturun məqsədyönlü şəkildə kütləvi miqyasda dağıdılması (urbisid), mədəni irsin talan edilməsi, dağıdılması, saxtalaşdırılması, qanunsuz daşınması (kultursid), ətraf mühitə və bio-müxtəlifliyə vurulan zərər (ekosid), ərazilərin kütləvi şəkildə minalar və digər partlayıcılarla çirkləndirilməsi, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməməsi, girov və ya əsir götürülmüş vətəndaşlarımıza münasibətdə törədilmiş müharibə cinayətlərinin araşdırılmaması, günahkarların cəzalandırılmamasının ifşa edilməsi və bu pozuntulara görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyətinin təsbit edilməsi ilə bağlı işlər davam etdirilib", - məlumatda bildirilir.
Belə ki, 2021-ci ilin yanvar ayında Azərbaycan Respublikası Ermənistana qarşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə dövlətlərarası şikayət verib. Bu şikayətdə Azərbaycan vətəndaşlarının İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında 1950-ci il Konvensiyasında nəzərdə tutulmuş hüquqlarının Ermənistan tərəfindən davamlı şəkildə pozulduğunu sübut edən faktlar təsbit olunub.
Sentyabr ayında isə Azərbaycan Respublikası BMT-nin 1965-ci il tarixli "İrqi ayrı-seçkiliyin bütün formaların ləğv edilməsi haqqında" beynəlxalq konvensiya əsasında Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı uzun müddət ərzində etnik təmizləmə siyasətinin aparılması faktları ilə bağlı Haaqa şəhərində yerləşən BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.
7 dekabr 2021-ci il tarixində Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və Azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib.
Məhkəmə əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb. Bu qərar 2021-ci il oktyabrın 14-dən 19-dək olan Məhkəmə dinləmələrindən sonra verilib.
Xəbər lenti
0